Şüvəlan bağları
Şüvəlan bağları- Şüvəlan tarixən qalalıların bağ yerləri olmuşdur. Yay fəslində kənd əhalisi bura köçər, dincələr, meyvə yığar doşab bişirər, sirkə tutardılar, mürəbbə hazırlayardılar.
== Tarixi ==
Arxeoloji və yazılı ədəbiyyat materialları Şüvəlanda hələ tunc dövründən yaşayış olduğunu sübut edir. 60-cı illərin əvvəllərində Şüvəlan yaxınlığında Bəndüstü adlanan yerdə arxeoloji qzıntı işləri zamanı qara, boz və qırmızı rıngli saxsı qırıntıları, daş alətlər, ocaq, kül, heyvan sümükləri, həmçinin divar qalıqları aşkar edilimşdir. Divar qalıqlarının üzərində müxtəlif insan və heyvan təsvirləri, ov səhnələırini xatırladan döymə və sızma üsulu ilə işlənmiş digər cizgilər çəkilmişdir. Həmin tapıntılar e.ə. I minilliyin əvvəllərində burada yaşayanların əkinçilik, heyvandarlıq, toxuculuq və s. sənət sahələri ilə məşğul olduğunu söyləməyə əsas verir. Minilliklər boyu Şüvəlanda həyat kəsilməmiş, camaat əkin-biçinlə, bağçılıqla, heyvandarlıqla və s. güzəran keçirmişlər.