şükr sözü azərbaycan dilində

şükr

Yazılış

  • şükr • 84.1270%
  • Şükr • 15.8730%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fənərbaxça Şükrü Saracoğlu Stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
Məhməd Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. == Həyatı == 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.
Xədicə Şükriyə Sultan
Xədicə Şükriyə Sultan (24 fevral 1906, Konstantinopol – 1 aprel 1972, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Şükriyə Sultan 24 fevral 1906-cı ildə atasına məxsus Çamlıca köşkündə dünyaya gəldi. Atası Sultan Əbdüləzizin oğlu İzzəddin Əfəndi, anası isə onun son xanımı Ləman Ünlüsoydur. Hələ 10 yaşında ikən atası İzzəddin Əfəndi Zincirlikuyudakı köşkündə ölü olaraq tapıldı. Ölüm səbəbi intihar nəticəsindəki qan itkisi olaraq göstərilsə də, İttihadçılar tərəfindən qətlə yetirilməsi haqqında fərziyyələr də var. Atasının vəfatından sonra 4 ay boyunca anası, bacısı Mihrişah Sultan və qardaşı Nizaməddin Əfəndiylə birlikdə Dolmabağça sarayında qonaq edildilər və bu müddət ərzində Sultan Rəşad tərəfindən atasının mirası bölüşdürüldü. Şükriyə Sultan hələ 17 yaşında ikən Sultan Əbdülməcidin nəvəsi (Süleyman Əfəndinin oğlu) Şərafəddin Əfəndiylə nigahlandı. Cütlüyün toy mərasimi 14 noyabr 1923-cü ildə Nişantaşı köşkündə baş tutdu. Ancaq cəmi bir neçə ay sonra - 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Şükriyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Sürgündəki ilk mənzil Paris şəhəri oldu.
Çıraqabad-i Şükrabad (Qürvə)
Çıraqabad-i Şükrabad (fars. چراغ آباد شكر آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 169 nəfər yaşayır (37 ailə). Əhalisini kürdlər təşkil edir.
Şükrabad
Şükrabad (Piranşəhər) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. Şükrabad (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şükrabad (Piranşəhər)
Şükrabad (fars. شكراباد‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 113 nəfər yaşayır (13 ailə). Əhalisini kürdlər təşkil edir.
Şükrabad (Qürvə)
Şükrabad (fars. شكوه آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 709 nəfər yaşayır (173 ailə). Əhalisini kürdlər təşkil edir.
Şükran günü
Şükran günü (Thanksgiving Day), ABŞ-də və Kanadada müxtəlif günlərdə qeyd olunan milli bayramdır. Kanadada oktyabr ayının ikinci bazar günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur. Bayramın mənşəyi qırmızıdərililər və ilk koloniyaçıların ortaq təşkil etdikləri bir məhsul yeməyi olsa da, bayram bu ölkələrdə qırmızıdərili ünsürlərdən ayrılarak yalnız ailə və tanrıya adanan bir məna kəsb etmişdir. Hind toyuğu bu günün ənənəvi yeməyidir. == Tarixi == Plimutda Şükran günü 1621-ci ildə Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis koloniyaçının ev heyvanı ovlamağa getməsi ilə başladı. Bir gün o qədər çox heyvan tutdular ki, təxminən 50 adam olan qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə bunlar hind toyuğu idi, lakin ovlanması daha asan olan qaz və ördək olması ehtimalı daha yüksəkdir. Bu hadisədən sonra təxminən 90 nəfərlik bir yerli "Wampanoag" qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Qırmızıdərililər özləri ilə hədiyyə olaraq maral əti gətirmişdilər.
Şükran Şükürani
Şükran Rüfət oğlu Şükürani (4 dekabr 2001; Xətai rayonu, Azərbaycan — 8 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şükran Şükürani 2001-ci il dekabrın 4-də Xətai rayonunda anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şükran Şükürani 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şükran Şükürani oktyabrın 7-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şükran Şükürani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şükri Qüvətli
Şükri əl-Qüvvətli (ərəb. شكري القوتلي‎; 21 oktyabr 1891, Dəməşq – 30 iyun 1967[…], Beyrut) — Suriyanın 1-ci prezidenti. Osmanlı İmperatorluğunun ərəb ərazilərinin müstəqilliyi və birliyi yolunda çalışan bir dissident kimi fəaliyyətə başlamış və fəallığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Suriya Krallığı qurulanda Qüvvətli monarxizmdən məyus olsa da, Respublika İstiqlal Partiyasını qurdu. 1920-ci ildə Suriyaya nəzarəti ələ alan fransızlar tərəfindən Qüvvətli dərhal edam edildi. Bundan sonra özünü Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quraraq Suriya-Fələstin Konqresinin baş səfiri vəzifəsində çalışdığı Qahirəyə yerləşdirdi. Bu əlaqələri Böyük Suriya qiyamının (1925–1927) maliyyələşdirilməsində kömək etdi. 1930-cu ildə Fransa hakimiyyəti Qüvvətlini əfv etdi və bundan sonra Suriyaya qayıtdı və burada tədricən Milli Blokun əsas lideri oldu. 1943-cü ildə Suriyanın prezidenti seçildi və üç il sonra ölkənin müstəqilliyinə nəzarət etdi. Qüvvətli 1948-ci ildə yenidən seçildi, lakin 1949-cu ildə hərbi çevrilişə məruz qaldı.
Şükri əl-Qüvvətli
Şükri əl-Qüvvətli (ərəb. شكري القوتلي‎; 21 oktyabr 1891, Dəməşq – 30 iyun 1967[…], Beyrut) — Suriyanın 1-ci prezidenti. Osmanlı İmperatorluğunun ərəb ərazilərinin müstəqilliyi və birliyi yolunda çalışan bir dissident kimi fəaliyyətə başlamış və fəallığına görə həbs edilmiş və işgəncələrə məruz qalmışdır. Suriya Krallığı qurulanda Qüvvətli monarxizmdən məyus olsa da, Respublika İstiqlal Partiyasını qurdu. 1920-ci ildə Suriyaya nəzarəti ələ alan fransızlar tərəfindən Qüvvətli dərhal edam edildi. Bundan sonra özünü Səudiyyə Ərəbistanı ilə güclü əlaqələr quraraq Suriya-Fələstin Konqresinin baş səfiri vəzifəsində çalışdığı Qahirəyə yerləşdirdi. Bu əlaqələri Böyük Suriya qiyamının (1925–1927) maliyyələşdirilməsində kömək etdi. 1930-cu ildə Fransa hakimiyyəti Qüvvətlini əfv etdi və bundan sonra Suriyaya qayıtdı və burada tədricən Milli Blokun əsas lideri oldu. 1943-cü ildə Suriyanın prezidenti seçildi və üç il sonra ölkənin müstəqilliyinə nəzarət etdi. Qüvvətli 1948-ci ildə yenidən seçildi, lakin 1949-cu ildə hərbi çevrilişə məruz qaldı.
Şükriyyə taleyim (roman)
Şükriyyə taleyim — Ülviyyə Tahirin Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Cavad (Axundzadə) barədə tarixi romanı. Romanın adı Əhməd Cavadın güllələnməsindən sonra Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə sürgün edilən həyat yoldaşı Şükriyyə xanıma hələ sağlığında həsr etdiyi şeirindəki "Şükriyyə taleyim" sözlərindən götürülüb. == Məzmun == Kim ki Vətən-millət dedi, kim ki Azərbaycan dedi, yurdundan-yuvasından didərgin düşdü, güllələndi, sürgün olundu, mühacirətə üz tutdu. Bu şəxslər son nəfəslərinə qədər Azərbaycan naminə, onun istiqlaliyyəti üçün mübarizə apardılar, çalışıb-vuruşdular. Bir çox Vətən sevdalısını qara kölgəsi altına alan məşum 1937-ci ilin bir gecəsi Əhməd Cavad və Şükriyyənin də qapısı döyüldü. İztirablı günlər başladı... Cavada qarşı ağır ittihamlarla kifayətlənmədilər, onun ömür-gün yoldaşı Şükriyyə də həbs olundu, təzyiqlərə məruz qaldı. Bir gün onun qarşısına sənəd qoyuldu, “imzala, canını qurtar”, – dedilər. O isə Azərbaycan qadını adına sədaqət yolunu seçdi. Dörd övladından ayrı və onlardan xəbərsiz, tək-tənha halda dəhşətli ALJİR düşərgəsinə sürgün olundu.
Şükrulla xan Mərəndi
Şükrulla xan Mərəndi və ya Şüca Nizam (Mərənd – 1908, Mərənd) — Mərənd hakimi, Məşrutə əleyhidarı. == Həyatı == Şükrulla xan Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mülkədar idi. Xeyli kəndləri, qışlaqları, yataqları, yaylaqları vardı. Məhəmmədəli şah Qovanlı-Qacar Təbrizdə vali olarkən onunla dostlaşmışdı. Şükrulla xan Mərəndi Məşrutə inqilabının əleyhidarlarından idi. Səttar xana qarşı çıxmışdı. 1907-ci ilin 20 iyunda Şüca Nizam, Əmir Ərşad, Əmir Əşair, Hacı Fərəməz xan Təbrizə hücuma keçmişdi. O, Heydər xan Əmioğlu tərəfindən öldürüldü.
Şükrulla xan Sədrai
Şükrulla xan Hacı Məhəmmədhüseyn xan oğlu Sədrai (1873, İsfahan – Tehran) — Xalxal hakimi, nazir, Məşrutə hərəkatının üzvü. == Həyatı == Şükrulla xan 1878-ci ildə İranın İsfahan şəhərində anadan olmuşdur. Atası Hacı Məhəmmədhüseyn xan Sədrəddövlə Müzəffərəddin şah Qacarın təşrifat rəisi idi. Şükrulla xan ibtidai təhsilini molla yanında, ali təhsilini mədrəsədə almışdı. Atası Xalxalın hakimliyindən Təbrizə, vəliəhd Müzəffərəddin mirzənin sarayına gətirilmiş, onu həmin vilayətə göndərmişdilər. Atasının vəfatından sonra şahzadənin təşrifat işlərinə başçılıq etmişdi. Mötəmədi-Xaqan ləqəbini daşıyırdı. Sonra Qəvamüddövlə ləqəbinə yiyələnmişdi. Müzəffərəddin mirzə 1896-cı ildə Tehrana yollanarkən Şükrulla xanı da özü ilə saraya aparmışdı. O, sarayda iç xidmətlərin birinə, rəisi-xəlvət deyilən bir vəzifəyə təyin olunmuşdu.
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. == Karyerası == === Klub === 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. === Milli === Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Şükrü Elçin
Şükrü Elçin (23 sentyabr 1912, Florina[d], Epir və Qərbi Makedoniya – 30 oktyabr 2008, Ankara) — türk şairi, folklorşünas, tədqiqatçı, akademik və yazıçı. == Həyatı == Şükrü Elçin 23 sentyabr 1912-ci ildə Florinada anadan olub. Ailəsi, Lozanna müqaviləsidən sonra mübadil-mühacir olaraq Türkiyəyə gəlib Turqutluya yerləşmişdi. Şükrü Elçin ilk və orta təhsilini Turqutlu və Manisada bitirib 1936-cı ildə İzmir Oğlan Liseyinin məzunu olmuşdu. 1939-cu ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdi. Xalq ədəbiyyatı ilə əlaqədar məzunluq dissertasiyasını tamamladı və "Aslı və Kərəm" adlı əsəri Milli Təhsil Nazirliyi tərəfindən 1949-cu ildə nəşr olundu. Kitab / Mensur Realist Xalq Hekayələri mövzusunda dissertasiyası ilə elmlər doktoru adını aldı. Sivas Liseyində, Dənizli Liseyində, Ankara Kişi Texniki Müəllim Liseyində, Ankara Atatürk Liseyində, Ankara Maarif Kollecində, Döyüş Kollecində və Qazi Təhsil İnstitutunda ədəbiyyatdan dərs dedi. Milli Təhsil Nazirliyinin təqaüdü ilə iki il Parisə getdi və orada folklor və xalq ədəbiyyatı ilə başlı araşdırmalar etmişdi. 1962-ci ildə Anadolu Köy Orta Oyunları (Kənd Teatrı) adlı dissertasiyası işi ilə dosent oldu.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Şükrü Kaya
Şükrü Kaya (9 mart 1883 – 10 yanvar 1959, İstanbul) — Türk ədibi, görkəmli siyasi xadim. == Həyatı == İstanbulun işğalından sonra Maltaya sürgün edilmiş, sürgündən qaçaraq bir müddət İtaliya və Almaniyada yaşamışdır. Türkiyəyə döndükdən sonra yüksək dövlət vəzifələrində çalışmış, daha çox bədii tərcümə fəaliyyəti ilə məşğul olmuşdur.
Şükrü Naili Gökbərk
Şükrü Naili Gökbərk (türk. Şükrü Naili Gökberk; 1876, Saloniki – 26 oktyabr 1936, Ədirnə, Ədirnə ili) — Türk əsgəri və siyasətçisi. Türkiyə İstiqlaliyyət müharibəsinin komandirlərindən biri olmuşdur. Bursa, Əskişəhər və İstanbulun işğaldan azad edilməsində ən böyük əməyi olan Osmanlı komandirlərindən biridir. == Həyatı == 1876-ci ildə Salonikidə Mustafa bəyin və Həsibə xanımın ailəsində anadan olmuşdur. Ədirnə liseyindən məzun olduqdan sonra 1899-cu ildə Hərbi Məktəbi, 1902-ci ildə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirmişdir. Təhsilini başa vurduqdan sonra Salonikidəki 3-cü ordu komandanlığının nəzdindəki Korça və Vlyorada 2-ci dərəcəli Rədif taboru vəzifəsinə təyin edildi. == Hərbi fəaliyyəti == Şükrü Naili Gökbərk Birinci Dünya müharibəsində Osmanlı ordusunda zabit kimi xidmət göstərdi. 1917-ci ilin senytabrın birində polkovnik və Türkiyə İstiqlaliyyət müharibəsi ərzində isə 1922-ci ilin 30 avqustunda general-mayor rütbəsinə yüksəldi. 1926-ci ilin 30 avqustunda isə general-leytenant oldu.
Şükrü Saracoğlu
Mehmet Şükrü Saracoğlu (1887[…], İzmir, Aydın vilayəti – 27 dekabr 1953, İstanbul) — Türk siyasətçi və dövlət xadimi, Türkiyənin 5-ci Baş Naziri, 1942–1946-cı illər ərzində Türkiyənin Baş naziri, 1938–1942-ci illər ərzində xarici işlər naziri, 1948–1950-ci illərdə isə TBMM-in sədri vəzifələrini icra etmişdir. Bundan başqa müxtəlif hökumətlərin tərkibində Təhsil, maliyyə və ədalət naziri vəzifələrini yerinə yetirmişdir. İsmət İnönü ilə birgə II Dünya müharibəsi illərində Türkiyənin tərəfsiz qalma siyasətinə yön verən şəxslərdən biridir. == Həyatı == Mehmet Şükrü Saracoğlu 1886-ci ildə İzmir əyalətinin Ödəmiş qəsəbəsində anadan olmuşdur. Atası Mehmet Tofiq Trabzonun Akçaabat qəsəbəsindən Ödəmişə köç etmiş və burada sərraclıqla məşğul olmuşdur. Anası Şərifə xanım isə ev qadını olan Şükrü Saracoğlu ailənin ilk uşağı idi. Köhnə maliyyə naziri Əhməd Zühdü paşanın nəvəsi Səadət Oraloğlu ilə evlənmiş, 3 övladı olmuşdur. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Ödəmişdə bitirdikdən sonra İzmir Atatürk liseyinə daxil olmuşdur. Buranı birinciliklə bitirərək təhsilini Məktəb-i Mülkiyyədə davam etdirmişdir. 1909-cu ildə təhsili başa çatdıraraq İzmir valiliyində məmur olaraq çalışmağa başlayır.
Şükrü Saracoğlu stadionu
Fənərbaxça Şükrü Saracoğlu stadionu — Türkiyədə, İstanbul şəhərinin Kadıköy ilçəsində yerləşən futbol stadionu. Stadion 1908-ci ildə tikilmişdir. Türkiyənin ən böyük 4-cü stadionudur. Adını 1936-1950 illəri arasında Fənərbaxça prezidenti olmuş Türkiyənin keçmiş baş naziri Şükrü Saracoğludan almışdır. Dəfələrlə yenilənən stadion sonuncu dəfə 1999-2006 illərində təmir edilib. 2009-cu ildə Şaxtyor və Verder Bremen futbol klubları arasında baş tutmuş UEFA Kubokunun finalına ev sahibliyi edib. == Tarixi == Əvvəllər Silahdarağa, Papazın çayırı adlandırılan stadion ərazisində İngilis və yunan gənclər futbol oynayırdılar. 1908-ci ildə Cəmil Paşanın razılığı ilə stadion "Union Club" adı altında açıldı. Stadiondan illik istifadə dəyəri 30 qızıl idi. Stadionun tikilməsində 3000 qızıl pul xərclənmişdi və İngiltərədən gətirilmiş xüsusi ot örtüyü ilə örtülmüşdü.
Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur. == Həyatı == Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı. == Əsərləri == Fütuhat fil-Cifr Risalətüs-Sultaniyyə fit Tibb Risalə fil-Qulunc vəl-İxtibas Lətaifül-Cəlilə Rəvzətül-İtr fit Tibb Müxtəsəri-Tibb İxtiyarati-Bədi Mürşid fit-Tibb əl-İlyasiyyə fit-Tibb Kamalnamə Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
Mehmet Şükrü Paşa
Mehmet Şükrü Paşa (türk. Mehmed Şükrü Paşa; 1857 və ya 1856, Ərzurum – 1916, Konstantinopol) — Osmanlı generalı. Balkan müharibələrində Bolqarıstanın mühasirəyə aldığı Ədirnəni çətin şərtlər altında 155 gün müdafiə etdi. Bu hadisə tarixdə "Ədirnə müdafiəsi" kimi də tanınır. Ədirnədə xatirəsinə həsr edilmiş abidə var. Bu abidə Balkan müharibələri muzeyində də mövcuddur. Abidə 1998-ci il iyulun 27-də açılmışdır. Abidə və muzeyi ziyarət etmək sərbəstdir. == Həyatı == 1857-ci ildə Ərzurumda anadan olmüşdür. Ailənin yeganə övladı idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.35 dəfə / 1 mln.
2007 ••••••• 0.42
2008 •••• 0.24
2009 ••• 0.16
2010 •••• 0.27
2011 ••••••• 0.43
2012 ••••••••• 0.60
2013 ••••••••••••••• 1.02
2014 •••••••••••••••••••• 1.37
2015 •••••••• 0.51
2016 ••• 0.17
2018 ••• 0.15
2019 ••• 0.14

şükr sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. razılıq bildirmə; minnətdarlıq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şükr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şükr nədir? #şükr sözünün mənası #şükr nə deməkdir? #şükr sözünün izahı #şükr sözünün yazılışı #şükr necə yazılır? #şükr sözünün düzgün yazılışı #şükr leksik mənası #şükr sözünün sinonimi #şükr sözünün yaxın mənalı sözlər #şükr sözünün əks mənası #şükr sözünün etimologiyası #şükr sözünün orfoqrafiyası #şükr rusca #şükr inglisça #şükr fransızca #şükr sözünün istifadəsi #sözlük