zikr sözü azərbaycan dilində

zikr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zikr • 82.6923%
  • Zikr • 17.3077%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zikri Ərdəbili
Zikri Ərdəbili (1790, Ərdəbil – XIX əsr) — Azərbaycan şairi. == Həyatı == Zikri Ərdəbili Azərbaycanın istedadlı şairlərindəndir. O, hicri tarixinin 1205-ci (miladi 1790-cı) ildə Ərdəbil şəhərində anadan olmuşdur. Zikrinin əsl adı İbrahim, atasının adı Həsəndir. == Yaradıcılığı == O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair olan Zikrinin şeirlərində ictimai motivlər və vətənpərvərlik, saf məhəbbət hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri olmuş xanandələr tərəfindən oxunmuşdur. Şeirləri 20 cildlik "Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası"nın VIII cildində (1988) çap olunmuşdur.
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. == Həyatı == Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.48 dəfə / 1 mln.
2004 ••••••••••••••• 1.35
2006 ••••• 0.45
2009 ••••••••• 0.80
2010 •• 0.18
2011 •••••••••• 0.86
2012 •••••• 0.52
2013 •••••••••••••••••••• 1.90
2014 •••••• 0.51
2015 •••• 0.34
2018 •••• 0.30
2019 ••• 0.28
2020 ••••• 0.40

zikr sözünün leksik mənası və izahı

  • 1 [ər.] köhn. 1. Anma, yad etmə, xatirə gətirmə, xatırlama, adını çəkmə, adını söyləmə. □ Zikr etmək (eyləmək) köhn. – 1) anmaq, yad etmək, xatirə gətirmək, adını çəkmək, adını söyləmək. [Dərviş:] Mən də [Ruqiyyənin] adını ürəyimdə yox, dilimdə zikr etdim. A.Divanbəyoğlu; 2) söyləmək, demək, ifadə etmək. Bütün gün fikr eylərəm; Dərdimi zikr eylərəm. (Bayatı). …Necə ki vəzir zikr elədi, ona binaən mən bu cəhətdən qayətdə diləfsürdə idim. M.F.Axundzadə. Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Ə.Haqverdiyev; 3) oxumaq (dua). Alverçi hacılar, baqqallar, müamiləçilər, dəllallar bəzən sabaha qədər yatmazdı, namaz qılıb zikr edərdi. H.Sarabski. Zikr olunmaq köhn. – 1) anılmaq, yad edilmək, xatirə gətirilmək, adı çəkilmək, adı söylənmək; 2) haqqında danışılmaq, söylənilmək, ifadə olunmaq. Şah Abbasın cülusundan altı il keçib yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən 1-2 ay keçəndən sonra Mirzə Cavad köçdü kəndə. Ə.Haqverdiyev. 2. din. Təsbeh çevirə-çevirə dua etmə, Allahın adlarını və sifətlərini bir-birinin ardınca söyləyib təkrar etmə, vird etmə. □ Zikr demək – məsciddə axundun oxuduğu duanı onun ardınca eyni ilə təkrar etmək. Zikr təsbehi – dindarların dua oxuyaoxuya çevirdikləri təsbeh. [Hatəmxan] özü isə mollanın ala-bəzək zikr təsbehini əlinə aldı. S.Rəhimov. 3. Bütün fikir, bütün düşüncə, bütün xəyal (bu mənada adətən “fikir-zikir” şəklində işlənir). Fikrim-zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. …Hətta namaz vaxtı da mömin müsəlmanın fikri və zikri dolu olur dolma ilə, …isgəncəbi ilə. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / zikr

zikr sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. устар. поминание (вспоминание, упоминание в разговоре) 2. религ. поминание, поминовение (моление) 3. помысел; zikr etmək: 1. поминать, помянуть: 1) вспоминать, вспомнить, упоминать, упомянуть кого-л., что-л. 2) религ. молиться, помолиться об умерших, святых; 2. высказывать, высказать (передать словами свои мысли, чувства); zikr olunmaq поминаться, быть помянутым: 1. вспоминаться, быть вспомянутым 2. высказываться, быть высказанным

    Azərbaycanca-rusca lüğət / zikr

zikr sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (anma, xatırlama) remembrance; (adını çəkmə) mention, mentioning the name (of); 2. din. praying; ~ etmək: (anmaq) to remember* (d.); (adını çəkmək) to mention one’s name; (nəql etmək, demək) to narrate, to tell*; to say*; (təsbeh çevirə-çevirə dua oxumaq) to tell* one’s beads

    Azərbaycanca-ingiliscə lüğət / zikr

zikr sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) mention f (adını çəkmə) ; 2) din. rappel m ; ~ etmək (anmaq) souvenir (se) de qch ; remémorer (se) qch ; mentionner vt, faire mention de qch (adını çəkmək) ; narrer vt (nəql etmək)

    Azərbaycanca-fransızca lüğət / zikr

zikr sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] куьгьн. зикир (1. рикӀел гъун, рикӀел хкун, яд авун, тӀвар кьун, тӀвар лугьун; zikr etmək (eyləmək) куьгьн. зикир авун а) рикӀел гъун, яд авун, тӀвар кьун, тӀвар лугьун; б) лугьун; в) кӀелун (дуьа); 2. дин. теспягьар элкъуьриз-элкъуьриз дуьа авун, Аллагьдин тӀварар ва сифетар сад-садан гуьгъуьналлаз, галай-галайвал лугьуз тикрар авун; 3. вири фикир, вири фагьум, вири хиял, фикир-зикир).

    Azərbaycanca-ləzgicə lüğəti / zikr

zikr sözünün türk dilinə tərcüməsi

zikr sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) yada salma, xatirə gətirmə; 2) ağıza alma, adını çəkmə; 3) ifadə etmə; söyləmə, demə; 4) dua, vird; 5) tərif etmə. Zikri-Allah Allahı anma, xatırlama; zikri-zəban tez-tez demə, təkrar etmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zikr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zikr nədir? #zikr sözünün mənası #zikr nə deməkdir? #zikr sözünün izahı #zikr sözünün yazılışı #zikr necə yazılır? #zikr sözünün düzgün yazılışı #zikr leksik mənası #zikr sözünün sinonimi #zikr sözünün yaxın mənalı sözlər #zikr sözünün əks mənası #zikr sözünün etimologiyası #zikr sözünün orfoqrafiyası #zikr rusca #zikr inglisça #zikr fransızca #zikr sözünün istifadəsi #sözlük