zidd sözü azərbaycan dilində

zidd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zidd • 99.7478%
  • Zidd • 0.2102%
  • ZİDD • 0.0420%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziddiyyət qanunu
Ziddiyyət qanunu — məntiq qanunudur və bu qanuna görə bir-birini inkar edən iki təklif eyni vaxtda həqiqi ola bilməz. Ziddiyyət qanununun ilk ifadəsini Aristotel vermişdir. Ziddiyyət qanununu belə də ifadə etmək olur; təklif eyni vaxtda həqiqi və yalan ola bilməz. Formal ziddiyyətlərin düşüncəyə və ya elmi nəzəriyyəyə daxil olması, nüfuz etməsi onları əsassız edir. Ziddiyyət qanunu obyektlərin keyfiyyət müəyyənliyinin təfəkkürdə əks olunmasıdır. Belə bir sadə faktın təfəkkürdə əksidir; əgər obyektin dəyişməsindən sərf-nəzər etdikdə o, eyni vaxtda qarşılıqlı bir-birini istisna edən xassələrə malik ola bilməz.

zidd sözünün leksik mənası və izahı

  • 1 [ər.] sif. Tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Zidd fikir. Zidd rəy söyləmək. Əsərdə iki zidd qüvvə üz-üzə qoyulur. // is. Bir şeyin əksi, qarşılığı, müxalifi. Şirin acının ziddidir. – Gözləmək və səbir etmək [sevginin] təbiətinə zidd imiş. Ə.Sadıq. □ Zidd çıxmaq – 1) əleyhinə (əksinə) çıxmaq, əleyhinə (ziddinə) hərəkət etmək. Təbiətin bu gözəl ahəngdar qanununa zidd çıxmaq olmaz. S.Rəhimov; 2) müvafiq olmamaq, əks olmaq. Bu faktlar bir-birinə zidd çıxır. Zidd getmək – əleyhinə çıxmaq, əksini demək, qarşı durmaq, müxalif olmaq. Zeynəb öz təbiətinə zidd gedə bilmədi. İ.Şıxlı.

    Azərbaycan dilinin izahlı lüğəti / zidd
  • 3 \ – Aralarında kəsişmələrin ortaya çıxması, birinin digərini inkar etməsi, misal üçün ağ – qara, işıq – qaranlıq və s. zidd kəlməsi ərəbcədən bizim dilimizə transfer etmişdir. Ərəbcədəki ػَغّ şəddəli felinin məsdəridir.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / zidd
  • 4 1) tamamilə başqasına əks olan, onunla qətiyyən düz gəlməyən. Məsələn, zidd fikir, zidd rəy söyləmək. Ümumiyyətlə, bir şeyin əksi, qarşılığı, müxalifi; 2) müvafiq olmamaq, əks olmaq. Məsələn, bu faktlar bir-birinə zidd çıxır.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / zidd

zidd sözünün sinonimləri (yaxın mənalı sözlər)

zidd sözünün rus dilinə tərcüməsi

  • 1 1. противный, противоречивый, противоречащий; 2. антагонист; 3. против, наперекор;

    Azərbaycanca-rusca lüğət / zidd
  • 2 I прил. 1. противоположный (совершенно несходный с другим). Zidd fikir противоположное мнение, zidd anlayışlar противоположные понятия, zidd cəbhələr противоположные лагеря, zidd qütblər противоположные полюса, birbirinə zidd mövqelər противоположные позиции 2. антагонистический, антагонистичный. Bir-birinə zidd baxışlar антагонистичные взгляды 3. противоречивый (заключающий в себе противоречие). Bir-birinə zidd hisslər противоречивые чувства II сущ. противоположность. O, öz qardaşının tamam ziddidir он полная противоположность своему брату III послел. против (о том, что делается вопреки, вразрез мнению, желанию и т.п.). Arzusuna zidd против желания, iradəsinə zidd против воли, prinsiplərinə zidd против принципов, siyasətə zidd против политики IV предик. ziddir против. Bunlar ənənəyə ziddir всё это против обычаев (традиций), bu qanuna ziddir это противозаконие, mən buna ziddəm я против этого ◊ daban-dabana zidd диаметрально противоположный; daban-dabana zidd olmaq в корне расходиться с чем-л.; zidd getmək kimə, nəyə qarşı идти, выступать против кого-л. чего; zidd çıxmaq kimə, nəyə qarşı противоречить кому, ч ему (возражать, не соглашаться с кем-л., чем-л.)

    Azərbaycanca-rusca lüğət / zidd

zidd sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. contrariety, the contrary, the opposite; contrast II. s. contradictory; contradicting, contrary (to), opposing; ~ fikir mülahizə contradictory idea / opinion; ~ bəyanat contradicting / contradictory statement; ~ olan contradicting, opposing; qanuna ~ olan unlawful, hüq. illegal; qanuna ~ olan hərəkət illegal action; ~ olmaq to be* against (d.), to be* in contradiction (with), to contradict (d.), Sənin hərəkətin həkimin buyruqlarına ziddirYour action is contrary to the doctor’s orders; birbirinə ~ olmaq to contradict each other / one another III. z. against, contrary (to); ~ hərəkət etmək to act against; Onlar təlimata zidd hərəkət edirlər They act against the instructions; ~ çıxmaq to stand* up against / oppose (d.); (uyğun gəlməmək) to be* at variance (with); Bu faktlar bir-birinə zidd çıxır These facts are at variance with each other; özü-özünə ~ çıxmaq to contradict oneself

    Azərbaycanca-ingiliscə lüğət / zidd

zidd sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. contraire m, opposé m, contrepied m ; 2) sif. contraire, contradictoire adj, opposé, -e ; ~ fikir opinion f opposée ; ~ bəyanat déclaration f contradictoire ; ~ olan contraire à, opposé, -e à ; contradictoire à ; qanuna ~ olan contraire à la loi ; qanuna ~ şəkildə contrairement à la loi, illégalement ; qanuna ~ olan hərəkət acte m illégal, action f contraire à la loi ; ~ olmaq être contraire à, être opposé à, être en contradiction avec ; bir-birinə ~ olmaq être contraire l’un à l’autre, être en contradicion l’un avec l’autre ; onların fikirləri bir-birinə ~ir ils ont des idées opposées ; 3) zərf. contrairement adv, au contraire ; ~ hərəkət etmək agir au contraie ; sən həkimin məsləhətlərinə ~ hərəkət edirsən tu agis en dépit des conseils du médecin ; ~ çıxmaq opposer (s’)(à qch), être contre ; özü-özünə ~ çıxmaq contredire (se)

    Azərbaycanca-fransızca lüğət / zidd

zidd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. акси, зид; zidd fikir акси фикир; zidd çıxmaq а) акси экъечӀун, аксина экъечӀун, аксина лугьун; б) акси акъатун, сад-садав кьун тавун, дуьз татун, акси хьун, сад-садаз зид хьун (мес. фактар); zidd getmək акси фин, аксина экъечӀун, аксина лугьун.

    Azərbaycanca-ləzgicə lüğəti / zidd

zidd sözünün türk dilinə tərcüməsi

"zidd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zidd nədir? #zidd sözünün mənası #zidd nə deməkdir? #zidd sözünün izahı #zidd sözünün yazılışı #zidd necə yazılır? #zidd sözünün düzgün yazılışı #zidd leksik mənası #zidd sözünün sinonimi #zidd sözünün yaxın mənalı sözlər #zidd sözünün əks mənası #zidd sözünün etimologiyası #zidd sözünün orfoqrafiyası #zidd rusca #zidd inglisça #zidd fransızca #zidd sözünün istifadəsi #sözlük