şüai sözü azərbaycan dilində

şüai

Yazılış

  • şüai • 75.0000%
  • Şüai • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirzə Kərim Şüai
Mirzə Kərim Şüai (?-1894) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Firudin bəy Köçərli Mirzə Kərim Şüai haqqında yazır: Mirzə Kərim "Şüai" təxəllüs əslən Dərbəndin cənub tərəfindən — Kürə nahiyəsində Üşdül qəryəsindən İsrafil adında bir şəxsin oğludur. Məzkur mahalda polkovnik Sultan Əhməd bəy ki, o mahalın maliki-riqabı hesab olunurdu, Mirzə Kərimi öz yanında müsəlmani mühərrirliyinə götürüb, hər yerə gedəndə öz yanınca aparardı. Hətta Şeyx Şamilin davasında Mirzə Kərimə əvvəlinci çin və medal verdiribdir. Sonralardan məzkur Sultan Əhməd bəy Dərbənddə sakin olduğu üçün Mirzə Kərimin atası İsrafil öz əhlü əyalı ilə köçüb Dərbəndə gəlibdir və orada cənab polkovnikin zilli-himayətində dolanırdı. İttifaqən Sultan Əhməd bəy övzayi-zəmanədən təngə əlib, özünü qətlə yetirdi və Mirzə Kərim öz vəliyyün-neməsinin qətlindən bir növ müttəhim olub Sibirə göndərildi və neçə illər orada qalıb, imperaturi-əzəm tərəfindən fərmani-humayun sadir olmağa görə, mürəxxəs olub, dübarə Dərbəndə müraciət elədi. Artıq fəhmü zəkavət sahibi olmağa görə, Rusiyada qaldığı zaman rusca oxumağı və yazmağı ləyaqətincə kəsb etmişdi. Sibirdən qayıdandan sonra Dərbənddə nəcib familiyadan təəhhül ixtiyar edib, əziz və möhtərəm şəxslərdən biri oldu və məhəllə rəisi (kvartalnı) mənsəbinə nail olub, xoş güzəran edərdi və sakin olduğu məhəllənin şəbih ümuratına mübaşir olub, məscidi-camedə şəbih gətirmək həm ona mühəvvəl olmuşdu. Şüai şəbih büsatına dair mükalimələr yazıb, mərsiyələr inşa etmişdir və bunlardan əlavə bir kitab hürufi-heça qafiyəsində təlif edib, öz həyatında birinci dəfə çap etdiribdir. Çifayda, o kitabı ələ gətirmək bizə məqdur olmadı.

şüai sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. şüaya aid olan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#şüai nədir? #şüai sözünün mənası #şüai nə deməkdir? #şüai sözünün izahı #şüai sözünün yazılışı #şüai necə yazılır? #şüai sözünün düzgün yazılışı #şüai leksik mənası #şüai sözünün sinonimi #şüai sözünün yaxın mənalı sözlər #şüai sözünün əks mənası #şüai sözünün etimologiyası #şüai sözünün orfoqrafiyası #şüai rusca #şüai inglisça #şüai fransızca #şüai sözünün istifadəsi #sözlük