şüar sözü azərbaycan dilində

şüar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şüar • 97.3134%
  • Şüar • 2.3881%
  • ŞÜAR • 0.2985%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şüar
Şüar və ya motto — bir şəxsiyyət, qrup, təşkilat və ya təşkilatın məqsəd və vasitələrini ümumiyyətlə təyin edən bir deyiş və ya söz siyahısına verilən addır. == Sözün mənşəyi == Motto sözü italyan sözü olub və mənşəyi Latınca muttire yəni "zümzümə etmək, deyilmək" mənasındadır. Motto, təyin edici bir deyişin yanında bir düsturun özü də ola bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.37 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••• 1.57
2004 •••• 1.35
2005 •••••••••••••••••• 6.07
2006 ••••••• 2.25
2007 ••••• 1.48
2008 •••••••• 2.68
2009 •••••• 1.92
2010 •••••• 1.72
2011 ••••••••••• 3.60
2012 ••••••••• 2.75
2013 •••••••• 2.63
2014 ••••••• 2.06
2015 ••••••• 2.21
2016 ••••••• 2.26
2017 •••••• 1.95
2018 ••••• 1.50
2019 ••••• 1.53
2020 ••••••••••• 3.58

şüar sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Siyasi partiyanın müəyyən tarixi şəraitdə kütlələr qarşısında irəli sürdüyü rəhbər ideyanı, vəzifəni və ya tələbi qısa və aydın şəkildə ifadə edən müraciət; çağırış. // Üstündə belə çağırış sözləri olan plakat. Nümayişçilərin əllərində şüarlar irəliləyirdilər. 2. məc. Bir şəxsin məsləkini, hərəkət tərzini, məqsəd və ya tələbini ifadə edən kəlam və ya ifadə. Hacı Rüstəmin həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ə.Haqverdiyev. Oxumaq, qazanmaq, sərvət sahibi olmaq [Qulunun] birinci şüarı idi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / şüar

şüar sözünün sinonimləri (yaxın mənalı sözlər)

şüar sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. лозунг: 1. призыв, в краткой форме выражающий основную идею, задачу или политическое требование. Müharibə əleyhinə şüarlar антивоенные лозунги, partiya şüarları партийные лозунги, şüar irəli sürmək выдвинуть лозунг 2. плакат с таким призывом. Şüarları asmaq повесить лозунги, şüar yazmaq писать лозунг, bayram şüarları праздничные лозунги 3. перен. кратко выраженная руководящая идея, ведущий принцип; девиз. Bizim şüarımız belədir: “Doğma torpağımızın bir qarışını da düşmənə verməyəcəyik” наш лозунг таков: “Ни пяди родной земли мы не отдадим врагу” II прил. лозунговый (относящийся к лозунгу, свойственный ему). Şüar üslubu лозунговый стиль, şüar ifadəsi лозунговое выражение

    Azərbaycanca-rusca lüğət / şüar

şüar sözünün inglis dilinə tərcüməsi

şüar sözünün fransız dilinə tərcüməsi

şüar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. лозунг (са тайин вахтунда партияди вичин асул са мурад, везифа ва я тӀалабун къалурзавай, куьрелди туькӀуьрнавай эвер гун; винел гьахьтин эвер гунин гафар кхьенвай плакат); 2. пер. са касдин меслек, гьерекат авунин тегьер, макьсад ва я тӀалабун къалурзавай калам, гафар.

    Azərbaycanca-ləzgicə lüğəti / şüar

şüar sözünün türk dilinə tərcüməsi

şüar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) əlamət, nişan, əsər; 2) qısa yazılı müraciət; çağırış; 3) adət, vərdiş.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şüar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şüar nədir? #şüar sözünün mənası #şüar nə deməkdir? #şüar sözünün izahı #şüar sözünün yazılışı #şüar necə yazılır? #şüar sözünün düzgün yazılışı #şüar leksik mənası #şüar sözünün sinonimi #şüar sözünün yaxın mənalı sözlər #şüar sözünün əks mənası #şüar sözünün etimologiyası #şüar sözünün orfoqrafiyası #şüar rusca #şüar inglisça #şüar fransızca #şüar sözünün istifadəsi #sözlük