süzə sözü azərbaycan dilində

süzə

Yazılış

  • süzə • 87.5000%
  • Süzə • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süzənək
Süzənək və ya qonoreya (yun. gonorrhoia, gonos – toxum + rheo — axıram), pereloy — əsasən, sidik-cinsiyyət orqanlarının selikli qişasını zədələyən infeksion xəstəlik. Zöhrəvi xəstəliklər qrupundandır. Törədicisini (qonokokk) 1879-cu ildə A.Neyser tapmışdır. Cinsi yolla yayılır, qeyri-çinsi yolla uşaqlar doğuş zamanı xəstə anadan (qonokokk uşağın gözünə düşüb blennoreya törədir, yaxud qız uşağının çinsiyyət orqanına düşür) və ya xəstənin əşyalarından (dəsmalından, yatağından və s.) istifadə etdikdə yoluxurlar. Süzənək xəstəliyində immunitet yaranmır. Bu xəstəlik irsi deyil və hər bir insan bir neçə dəfə xəstəliyə tutula bilər. İnkubasiya dövrü 3—5 gün-dür. Sidik-cinsiyyət orqanlarının selikli qişasına düşmüş qonokokk tez bir zamanda çoxalaraq iltihabi proses yaradır. Bu da iltihabi infiltrata, irinli ifrazata səbəb olur.
Süzərlər
Süzərlər (lat. Certhiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Çox xırda quşları birləşdirir. Dimdiyi nazik, uzun, aşağıya əyilmişdir. Lələklənməsi yumşaq, ayaqları gödəkdir. Barmaqları uzun, caynaqları itidir. Ağac gövdələrinə asanlıqla çıxır, qabığın çatlarından əldə etdiyi cücülərlə qidalanır. Azərbaycanda yeganə süzər cinsinin 2 növü vardır: adi süzər və qısabarmaq süzər.
Adi süzər
Adi süzər (lat. Certhia familiaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan faunasına iki yarımnövü daxil olur. Lənkəran təbii vilayətində yaşayan İran və qalan meşələrdə məskunlaşmış Qafqaz yarımnöləri. Bədəninin üst tərəfi qonurumtul-qəhvəyi, uzununa ağımtıl çilli, altı ağdır. Qanadları və quyruğu köndələn açıq zolaqlıdır. Tək-tək cə ya cütlərlə gəzir. Səsi sakit nəğməsi cingiltili cəh-cəh şəklindədir. Arealı Avropa, Asiya, Şimali Amerikadır. Meşələrdə, parklarda və köhnə ağacları olan bağlarda məskunlaşır.
Qısabarmaq süzər
Qısabarmaq süzər (lat. Certhia brachydactyla) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinin süzər cinsinə aid heyvan növü. Azərbaycan hüdudlarında, Astara rayonunda Kiçikasiya yarımnövü aşkar edilmışdir. Adi süzərə çox oxşayır, ancaq qaşları və bədəninin altı ağ, qarnında və böyürlərində qara-qonur çalar vardır. Arxa barmağının caynağı 7,5 mm-dən uzun deyildir. Ağac gövdələrində tək-tək və ya cütlərlə olur. Növün arealı Avropa, Şimal-Qərbi Afrika, Türkiyə, güman ki, İranın şimal-qərbidir. Oturaq yaşayır, ancaq qışda köçmələr edir. Azərbaycanda statusunun müəyyənləşməsi üçün əlavə materiallara ehtiyac duyulur.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.

"süzə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#süzə nədir? #süzə sözünün mənası #süzə nə deməkdir? #süzə sözünün izahı #süzə sözünün yazılışı #süzə necə yazılır? #süzə sözünün düzgün yazılışı #süzə leksik mənası #süzə sözünün sinonimi #süzə sözünün yaxın mənalı sözlər #süzə sözünün əks mənası #süzə sözünün etimologiyası #süzə sözünün orfoqrafiyası #süzə rusca #süzə inglisça #süzə fransızca #süzə sözünün istifadəsi #sözlük