Sucəddin Mirzəyev
Mirzəyev Sucəddin Qiyas oğlu — azərbaycanlı aktyor.
Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun İkinci Yeddioymaq kəndində anadan olmuşdur.
İlk təhsilini II Yeddioymaq kəndində , hazırda T. Bayraməlibəyov adını daşıyan orta məktəbdə almışdır . 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.
Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.
Teatr tamaşaları şəkilləri
25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əziz Nesin "Üç yeriyən bədbəxlik" -- Fağır
Ə. Nesin "İntihar" — Müştaq bəy
Eldar İskəndərzadə "Qalxın, məhkəmə gəlir" --Mətin
Xədicə Murad " Artan dovlətinin hekayəti" -- Elgüc
Şıxəli Qurbanov "Özümüz bilərik" - Mİriş
Süleyman Rüstəm "Durna" - Murad
Əbdürrəhimbəy Haqverdiyev "Xortdanın cəhənnəm məktubları" - Hacı Kamyab
Fikrət Qoca "Məhkumlar" - Babək
Kamran Nəzirli "Şeytan işığı" - Con Şonvis
Moris Meterlinq "Korlar" II kor
Ramiz Xəlilzadə "Zulus həmayili" --Tennis Rensburq
Aleksandr Çxaidze "Çinari manifesti" Qoqi
Georgi Xuqayev "Andro ve Sandro" - Dudar
Salam Qədirzadə "Şirinbala bal yığır" --Ağaəmi
Mar Bayciyev "Toy şənbə günüdür" - Boruş Monkoloyev
Qoqol "Müfəttiş" -- Osip
Əhmədxan Abubakar "Dulusçu haqqında dastan" -- dilənçi
Şiller _ Qaçaqlar -- Şveytser
S. Mixalkov "Bahalı oğlan" — Jora Timoxin
H. Abbaszadə "General" — Həzi Aslanov
H. İbsen "Kuklalar" — Doktor Rank
L. Korsunski "Fırıldaqçı" — Ata
N. Vəzirov "Hacı Qənbər" -Əşrəf bəy
Anar "Şəhərin yay günləri" — Namiq
C. Cabbarlı "Sevil" — Balaş
N. Nərimanov "Nadir şah" — Şah Təhmas
Ə. Haqverdiyev "Bəxtsiz cavan" — Fərhad
S. Vurğun "Vaqif" — Əli bəy
E. L. Voyniç "Ovod" — Ovod
H. Mirələmov "Vicdanın hökmü" — Rəhim
H. Mirələmov "Pənah xan Cavanşir" — Allahqulu
H. Mirələmov "Ləyaqət" — Kolya
X. Murad "Ucalıq" — Mayor
İlyas Əfəndiyev "Büllur sarayda" — Bayandur
A. Zeynalov "Zəncirlənmiş toy busat" — Şah
H. Allahyarov "Bir ovuc torpaq" — Azad
Y. Əzimzadə "Nəsrəddin" — Nəsrəddin
Sofokl "Şah Edip" — Edip
Elçin "Mənim sevimli dəlim" — Ədəbi işçi
V. Səmədoğlu "Mamoy kişinin yuxuları" — Fərhad müəllim
M. Xubai "Şeytanın oyunları" — Britannik və sair.
Qriqori Qorin "Herostratı unudun" — Herostrat
Əli Vəlioglu "Əsrlərin harayı" — Harpaq
C. Cabbarlı "Vəfalı Səriyyə" — Səfər
M.F. Axundzadə "Hacı Qara" — Hacı Qara
M.F. Axundzadə "Hekayəti-xırs-quldurbasan" -- Oruc
M. F. Axundzadə "Hekayəti-vəziri-xani-Lənkəran" -Teymur aga
Əli Fəhmi "Qanlı namə" — Mürşüdqulu xan
Visnevski "Nikbin faciə" — Odessalı
Beyzai "İlan sultan" — salnaməçi
K. Abdulla "Casus" — Qazan xan
M. Əliyev "Prokuror" — Səlimxan
Q. Nəcəfzadə "İki 23 arasında" ( 2023) Sücəddin Mirzəyevin oynadığı Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən" və C. Məmmədquluzadənin "Ölülər" tamaşaları Azərbaycan Dövlət Televiziyasında "Qızıl fond"da saxlanılır.