Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır.
== Toponimikası ==
Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır.
== Tarixi ==
Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər.
== Coğrafiyası və iqlimi ==
Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir.
== Əhalisi ==
1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.