Qusa sözü azərbaycan dilində

Qusa

Yazılış

  • Qusa • 47.0588%
  • qusa • 41.1765%
  • QUSA • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsənqala (Qusar)
Həsənqala — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Qusar rayonunun 7 türk kəndindən biri == Tarixi == Şirvanşahlar dövründən (861-1539) bilinən “Həsənqələli” oykonimi ərazidəki eyniadlı qədim qalanın adından yaranmışdır. Qafqaz albanlarının yaşadığı bu ərazilərə 8-ci əsrdə ərəblər tərəfindən əsir götürülmüş bir neçə yüz xəzər türkü də yerləşdirilmişdi. Qəbristanlığında 300-400 il öncəyə aid məzar daşları olan bu kənd və əhalisi haqqında 1831-ci il siyahıyaalmasında (61 ailə, 225 kişi) və 1857-ci il Qafqaz təqvimində də qeydlər vardır. Çar Rusiyasına qarşı 1826-cı il üsyanında da yaxından iştirak etmiş Həsənqala kəndi ərazisində arxeoloji qazıntılar aparılarsa tarixi keçmişi barədə daha dəlil-sübutlu məlumatlar əldə etmək olardı. Bu kəndləri Osmanlı-Səfəvi müharibəsi (1578-90) dövründən qalma sayanlar da var. 1921-ci il Azərbaycan kənd təsərrüfatı siyahıyaalınmasının nəticələrinə görə Həsən-qala kəndinin 68 təsərrüfatında 247 nəfər yaşayırdı və sakinlərinin milli tərkibi Azərbaycan türklərindən ibarət idi. 2009-cu ilin əhali siyahıyaalınmasına əsasən kənddə 931 nəfər yaşayırdı. Son məlumatlara görə isə kənddə qeydiyyatda olanların sayı 1200 nəfərdən artıqdır. O cümlədən, onların 1000 nəfərə yaxını kənddə daimi yaşayır.
Həzrə (Qusar)
Həzrə və ya Yargun (ləzg. Яргун) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi :Əsası XV əsrdə qoyulmuş Həzrəti Seyx Cünet adına == == Coğrafiyası == Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdə, Qusar maili düzənliyindədir. == Toponimikası == Kənd Qusar maili düzənliyindədir. Keçmiş adı Quryan olmuşdur. Yaşayış məntəqəsinin adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır. Qızılbaş tayfalarına arxalanan Şeyx Cüneyd (1447-60) "din uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, bu kəndin yerində Şirvanşah I Xəlilullahın (1417-62) qoşunları onu məğlub etdi, Şeyx öldürüldü.
Həzrəoba (Qusar)
Həzrəoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Həzrəoba oyk, mür. Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Kənd keçmişdə Həzrə kəndinə məxsus qışlaq yerində salınmışdır. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Oykonim "Həzrə kəndinin obası" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 15 nəfər əhali yaşayır.
Köhnə Xudat (Qusar)
Köhnə Xudat — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Köhnə Xudat oyk., mür. Xaçmaz r-nunun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır; Qusar r-nunun eyniadlı i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. 1900-cü ildə Biləcəri-Dərbənd d.y. xəttinin çəkilişi ilə əlaqədar burada tikilən stansiyaya Xudat adı verilmişdi. Xudat kəndi yeni yaradılmış stansiyadan əvvəl salındığı üçün Köhnə Xudat adlandırılmışdır. Sonradan yarandığı üçün kənd əhli arasında Törəmə də adlanır.
Kənarçay (Qusar)
Kənarçay — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Oykonim kənar (burada "sahil" mənasındadır) və çay sözlərindən düzəlib, "çay sahili" deməkdir. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonra müxtəlif kəndlərdən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı Qənərçay variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd Sudur çayının sahilində, dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 357 nəfər əhali yaşayır.
Laza (Qusar)
Laza və ya Lazar (ləzg. Лацар) — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Coğrafiyası və iqlimi == Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşir. Laza kəndi Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. == Toponimikası == Laza oyk., sadə. Qəbələ rayonunun eyniadlı i.ə.v.-də kənd. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Lazalıdır; Qusar r-nunun Zindan-muruq i.ə.v.-də kənd. Qusarçayçayın sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır.
Lermontovun ev-muzeyi (Qusar)
Lermontovun ev-muzeyi — görkəmli rus şairi, yazıçısı və dramaturqu Mixail Yuryeviç Lermontov 1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşadığı ev. Bu ev bütün ədəbi və sənədli mətnlərdə şairin ev-muzeyi kimi təqdim olunur. == Lermontov Qusarda == 1837-ci ildə 23 yaşlı Mixail Lermontovun duel nəticəsində vəfat edən dahi şair Aleksandr Puşkinin xatirəsinə yazdığı "Şairin ölümü" şeiri sonda onun həbsi və Qafqaza sürgün olunması ilə nəticələnmişdir. Lermontov sürgün dövründə bir müddət Azərbaycanda – 1837-ci ilin payızında Qusarda, o zaman "Zabitlər küçəsi" adlanan Dvoryan küçəsində – öz tanışı (bəzi bilgilərə görə — qohumu), hərbi həkim, podpolkovnik Aleksandr Aleksandroviç Marşevin evində yaşamışdır. Hazırda bu küçə Fəxrəddin Musayev küçəsidir. Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olmuş; Ləzgi Əhməddən "Aşıq Qərib" dastanını dinləmişdir. O, Qusarda yaşadığı dövrdə 6 əsər (3 poema və 3 şeir) yaratmışdır: "Aşıq Qərib" poeması; "Qaçaq Hacı" poeması; "Qaçaq İsmayıl bəy" poeması; "Xəncər" şeiri; "Ayrılıq" şeiri; "Gənc ləzgi" şeiri. == Tədqiqi == Moskvada jurnalist kimi fəaliyyət göstərən Aleksandr Krivitski 1977-ci ildə Lermontovun Qusardakı evində olmuşdur. O, bu haqda "Qarşılıqlılıq effekti" məqaləsində yazmışdır: "Bu da Lermontovun yaşadığı gildən yapılmış ev. Yalnız burada anlamaq olar ki, bu sürgün yeri 100 il əvvəl necə dəhşətli olub və Sibirin adamsız hüdudlarından heç də yaxşı olmayıb.
Ləcət (Qusar)
Ləcət — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Ləcət oyk., sadə. Xaçmaz r-nlınun eyniadlı i.ə.v.-də kənd. Samur-Dəvəçi ovalığındadır. Keçmiş adı Ləcətoba olmuşdur. Kənd Qusar r-nundakı Ləcət kəndinə məxsus qışlaq yeri olduğu üçün belə adlandırılmışdı. Sonralar daimi yaşayış məntəqəsinə çevrilən kəndin adındakı ikinci komponent (oba sözü) düşmüşdür; Qusar r-nunun Həzrə i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Ehtimal etmək olar ki, oykonim ləc (bataq¬lıq) və ət (burada “yer, məkan" mənasım bildirir) komponentlərindən düzəlib, “bataq¬lıq yer" mənasındadır.
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993)
Ləzə sürüşməsi-sel axını (Qusar, 1993) — 1993-cü ilin sentyabrın 10-da Qusar rayonunun Ləzə kəndi ərazisində baş vermiş sürüşmə-sel axını. == Tarixi == 1993-cü ilin sentyabrın 8-də mərkəzi Xəzər dənizində yerləşən 4 bal gücündə zəlzələ olmuşdur. Bu zaman Ləzədə zəif yer titrəməsi müşahidə olunmuş, yaşayış evlərində çatlar əmələ gəlmişdir. Sentyabrın 9-da isə kənd sakinləri qəribə bir təbiət hadisəsinin şahidi olmuşlar. Qəflətən uçmuş qayanın altında qalan qoyunların leşləri üzərində saysız-hesabsız qartallar dövrə vururdu. Sentyabrın 10-da isə səhər tezdən qopan dəhşətli gurultudan oyanan ləzəlilər kənddəki şəlalədən palçıq axdığının şahidi olurlar. Alimlərin qeyd etdikləri kimi, sentyabrın 9–10-da yağan yağışlardan sonra burada sürüşmə-sel prosesi başlanmışdır. Proses yağışdan sonra sürüşmə və qismən də uçqun kimi başlamış, hərəkətə gələn kütlə Ləzə çayının mənbəyindən onun qollarının yatağına toplanmışdır. 2400–2500 m. yüksəklikdən hərəkət edərək çay dərəsinə daxil olmuşdur.
Qalacıq (Qusar)
Qalacıq — Azərbaycan Respublikasının Qusar rayonunda eyniadlı inzibati ərazi vahidində kənd. Kəndin ərazisindəki qədim xarabalıqlar bu ərazidə orta əsrlərə aid qala olduğunu göstərir. Qalacıq toponimi “kiçik qala” mənasındadır. Yaşayış məntəqəsi qədim qala xarabalıqlarının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Kənddə 1457 nəfər yaşayır.
Quba-Qusar seçki dairəsi
Qullar (Qusar)
Qullar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Oykonim qəd. türkdilli bulqarlann, peçeneqlərin və qıpçaqların tərkibində olmuş kul tayfasının adındandır Gürcüstanda Ağ qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə Kullar (XVII əsrdə), XVI əsrdə Qazan xanlığmda Kul və b. toponimlər qeydə alınmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 313 nəfər əhali yaşayır. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Zeyxur kənd cəmiyyəti tərkibinə daxil olan Qullar kəndində 44 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 174 nəfər (92 nəfəri kişilər, 82 nəfəri qadınlar) əhali yaşayırdı. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 128 nəfər əhali yaşayırdı.
Qusacin
Qusacin (fars. قوسجين‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Qusam ibn Abbas
Qusam ibn Abbas (ərəb. قثم بن العباس‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu idi və İslamı müasir Özbəkistan ərazisinə gətirən şəxsdir. Şaxi Zindada Qusam ibn Abbasın türbəsi olduğuna inanılır.
Qusar
Qusar (ləzg. КцIар)— Azərbaycanın şimalında şəhər, Qusar rayonun inzibati mərkəzi. 1938-ci ildə rayon tabeli şəhər statusu almışdır. Böyük Qafqaz dağlarının ətəyində, Qusar çayı üzərində yerləşir. Dünyada Ləzgilərin kompakt yaşadığı ən böyük şəhər və eyni zamanda Azərbaycanda sayıca üstünlük təşkil etdiyi yeganə şəhər. Şəhərin əhalisi 21 341 nəfər, ümumi rayonn əhalisi 101 687 nəfərdir. Bakı şəhərindən məsafəsi 180 km-dir. İndiki "Qusar" toponimi əvəllər “Ksar” (Ксар), daha sonra isə “Ktsar”(КцIар) formasını alır. Oxford dünya toponimlərin qısa lüğətinə görə bu toponim "kişi" mənasındaki ləzgicədəki "kas" sözündən gəlir. 1837–1839-cu illərdə Qusarın ərazisində İmam Qazi Muhamməd Xuluqvi və Abrek Əli Hilivi rəhbərliyi ilə Rus çarına Qazavat elan edirlər.
Qusar (dəqiqləşdirmə)
Qusar
Qusar (hərb)
Qusar (macar. Huszár) — yüngül atlılar. Qusarların yüngül atlı olması onların xeyli kiçik at növlərindən istifadələrindən irəli gəlirdi. Kiçik atlar bəzən ağır atlardan 3 dəfə yüngül olurdular. Bu isə süvari qoşunu xüsusi furaj hazırlıqlarından azad edirdi, çünki yüngül atlar çox vaxt otlaqdan qidalanırdı. Qusarlar ilk olaraq XV-cı əsrdə Macarıstanda yaranıb. O zaman Avropada odlu silah hələ yayılmamışdı, cəngavərlərin ağır zirehlərindən hər kəs yararlana bilmirdilər. Qusarlar, kirasir və draqunlarla birlikdə cəngavərləri uğurla əvəz etməyə başladı. 1458-ci ildə macar kralı Matyaş Korvin tərəfindən hər 20 həyətdən bir qusar verilməsini əmr edir. Qusarlar yüngül süvarilər sayılsalar da qismən zirehli idilər.
Qusar (qəzet)
"Qusar" (ləzg. КцIар) — 1932-ci ildə Hil rayon partiya təşkilatı və rayon fəhlə, kəndli və əsgər deputatları soveti icraiyyə komitəsinin orqanı kimi "Sosyalizm tempi" adı ilə ləzgi dilində nəşrə başlamışdır. Daha sonra "Qızıl Qusar" adlanıb. İlk redaktoru Nurəddin Şərifov idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qəzet "Qusar" adlanmışdır və səhifələrndə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə məlumatlar verilir. "Qusar" respublikanın rayon qəzetləri sırasında birinci olaraq yeni-kompüterdə hazırlanma və ofset çap üsuluna keçmiş, tərtibatını təkmilləşdirmiş, öz kompüter mərkəzini yaratmışdır. Kollektivin və onun baş redaktorunun xidmətləri 2000-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin diplomlarına layiq görülmüşdür. Ölkə mətbuatının inkişafındakı xidmətlərinə görə 1977-ci ildən bu qəzetdə çalışan, indi onun redaktoru olan Vidadi Sevzixanova 2010-cu ildə "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Bölgədə mətbəənin yoxluğu səbəbilə Bakıda 1250 nüsxəlik tirajla ayda iki dəfə, iri formatda, rəngli çap olunan qəzet iki dildə - azərbaycanca və ləzgicə materiallar verir. Şəfəq (Azərbaycan qəzeti) Şəki (qəzet) Zaqatala (qəzet) Şərq qapısı (qəzet) "90 il fəaliyyət göstərən Qusar rayon qəzeti".
Qusar Dövlət Ləzgi Dram Teatrı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 1992-ci il tarixli 374 nömrəli Qərarına və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 26 iyul 1992-ci il tarixli 177 nömrəli əmrinə əsasən Qusar rayonunda Dövlət Ləzgi Dram Teatrı yaradılmışdır. Teatr Qusar rayon mədəniyyət evinin binasında yerləşdirilmişdir. Teatrın rəsmi açılışı 3 aprel 1993-cü ildə A. Figeyredonun "Ezop" tamaşası ilə olmuşdur. 2000-ci ildə teatra yeni direktor – Rəhimxan Qaraxanov təyin edilmişdir. Azərbaycan müəlliflərindən Ə. Haqverdiyevin, C. Cabbarlının, İ. Əfəndiyevin, S. Rəhmanın, Elçinin, F. Mustafanın, İ. Məlikzadənin, Ə. Əmirlinin əsərlərini ləzgi dilinə tərcümə etmiş, teatrın repertuarında olan bir çox tamaşalara quruluş vermiş, aktyor kimi çıxış etmişdir. Bu müddət ərzində 55 yeni tamaşa hazırlanmışdır: N. B. Vəzirov "Ağa Kərim xan Ərdəbili", S. S. Axundov "Tamahkar" (dövlət sifarişi 2007), S. Rəhman "Yalan". İ. Əfəndiyev "Büllur sarayda", "Bizim qəribə taleyimiz", "Atayevlər ailəsi", Elçin "Qatil", "Mənim ərim dəlidir", Hidayət "Məni qınamayın", Ə. Əmirli "Onun iki qabırğası", "Varlı qadın", Ə. Səmədli "İmam Şamil", M. Əlizadə "Dağ çiçəyi", A. Məmmədov "Həmyerlilər" və s. 2010-cu ildə N. B. Vəzirovun "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərinin dövlət sifarişi ilə hazırlanması nəzərdə tutulmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin vəsadətinə əsasən R. Qaraxanov 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür. Qusar teatrı may ayının 14-də Ə. Əmirlinin "Varlı qadın" tamaşası ilə Milli Teatr Festivalında uğurla iştirak etmişdir.
Qusar Dövlət Rəsm Qalereyası
Qusar Dövlət Rəsm Qalereyası — 1986-cı ildə rayonun Hil kəndində fəaliyyətə başlamışdır. 1998-ci ildə Qalereya Qusar şəhərinə köçürülmüşdür. Rəsm Qalereyasının fondu 152 əsərdən ibarətdir. Bunlardan 7 əsər heykəltaraşlığa, 34 əsər qrafikaya, 111 əsər isə boyakarliğa aiddir. Hal-hazırda qalereyanın ekspozisiya zallarında 40 əsər nümayış olunur. İl boyu qalereyarada iş planına uyğun olaraq müxtəlif mövzularda sərgilər keçirilir. Həmçinin qalereya səyyar sərgilər də təşkil edir. 2013-cı ildən Fəxrəddin Musayev küçəsində yerləşən təzə tikilmiş binaya köçürülmüş və hal hazirda bu binada fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi – Azərbaycan Dövlət Rəsm Qalereyasının tabeçiliyində olmaqla çox zəngin fonda malikdir. Qalereyamızda Respublikanın xalq rəssamları Oqtay Sadıqzadə,Tağı Tağıyev,Kazimov Davud,Maral Rəhmanzadə,Elbəy Rzaquliyev,Kamil Xanlarov və başqa görkəmli rəssamların əsərləri nümayış olunur.
Qusar Dövlət Təbiət Yasaqlığı
Qusar Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır. Meşə sahəsində fıstıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.
Qusar Tarix-Diyarşünaslıq Мuzeyi
Qusar Tarix-Diyarşünaslıq Muzeyi — 1980-ci ildən fəaliyyətə başlamışdır. Muzeyi 1980-ci ildə Heydər Əliyevin "Rayonlarda muzeylər yaratmaq" haqqında Sərəncamına uyğun olaraq yaradılmışdır. Əhalinin və rayon ziyalılarının dəstəyi ilə eksponatlar toplanaraq rayon mədəniyyət evinin bir otağında fəaliyyətə başlamışdır. 1982-ci ildə təyinatı üzrə tikilmiş hal-hazırkı yerləşdiyi həmin bu binaya köçmüşdür. Qədim daş dövründən, müasir dövrümüzə kimi eksponatlar həm sərgidə, həm də iki fondda cəmləşmişdir. Muzey 1 foye və 4 zaldan ibarətdir. Ekspozisiya sahəsi 256 kv.m-dir. Ekspozisiyada təqdim olunan eksponatların sayı 638-dir. Bina 1 mərtəbəlidir. Muzeyin ümumi sahəsi 1652 kv.m-dir.
Qusar bələdiyyələri
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar bələdiyyəsi
Qusar bələdiyyələri — Qusar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.

"qusa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qusa nədir? #qusa sözünün mənası #qusa nə deməkdir? #qusa sözünün izahı #qusa sözünün yazılışı #qusa necə yazılır? #qusa sözünün düzgün yazılışı #qusa leksik mənası #qusa sözünün sinonimi #qusa sözünün yaxın mənalı sözlər #qusa sözünün əks mənası #qusa sözünün etimologiyası #qusa sözünün orfoqrafiyası #qusa rusca #qusa inglisça #qusa fransızca #qusa sözünün istifadəsi #sözlük