* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Boyca gödək, alçaq; gödək (uzun ziddi). Qısa boy. Qısa ağac. Qısa saç. Qısa paltar. – [Şəkər] qısa boz don, göy kofta geymişdi. Ə.Əbülhəsən. 2. Vaxtı, müddəti az, uzun sürməyən; sürəksiz. Qısa bir zaman keçdi. Qısa bir sükutdan sonra. Qısa bir görüş. Qısa söhbət. Ən qısa müddətdə. – Öz qısa ömründə təcrübə əldə edən şəxs ondan çox böyük mənfəətə çatır. A.Bakıxanov. Heyif ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir? M.Müşfiq. 3. Uzaq olmayan, yaxın. Qısa yol. 4. Müxtəsər, təfsilatsız, yığcam. Qısa məktub. Qısa izahat. Qısa məlumat. Qısa cümlə. Qısa bir teleqram alınmışdır. Qısa (z.) cavab vermək. – Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi. M.Hüseyn. ◊ Qısa dalğa rad. – 10 metrdən 150 metrə qədər uzunluqda radio dalğası. Yerdə gedən döyüşlər qalxıb çıxıb göyə də; Vurur dalğa vuranlar orta, qısa dalğanı. X.Rza. Qısa keçmək – bir məsələnin üstündə çox dayanmamaq, üstündən tez keçmək. Qısa kəsmək – uzatmamaq, müxtəsər danışmaq. Sözün qısası – xülasə, müxtəsər. Ey dəli Kür! İşvəli Kür! Artıq topla özünü; Gəl qısa kəs sözünü. Ə.Cavad.
Azərbaycan dilinin izahlı lüğəti / qısa1 “Gödəltmək” mənasında qısmaq feili olub (“sıxmaq” mənası da olub), ondan qısğa (короткий) sifəti əmələ gəlib. Qısıl (сжиматься) kəlməsi də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qısa5 1. QISA [Səlimə:] Mən də saçlarımı, bu dəfə Bakıda son dəbə uyğun olaraq qısa vurdurmuşam (İ.Əfəndiyev); GÖDƏK (bax). 2. QISA [Dilmanc:] Adam sözü qısa deyər (C.Məmmədquluzadə); MÜXTƏSƏR O Həbib, içəri girən Həmidi görüncə söhbətini müxtəsər eləyib dəstəyi asdı.. (H.Abbaszadə); YIĞCAM, İCMALƏN (köhn.).
Azərbaycan dilinin sinonimlər lüğəti / qısa1 QISA – ƏTRAFLI Oxundu qısa dua; əyildilər torpağa (A.Şaiq); Kürd Əhməd, xarici ticarətxanalarla əlbir olmuş bir ovuc tacirlərin işlədiyi cinayətləri ətraflı olaraq Friduna danışdı... (M.İbrahimov). QISA – GENİŞ Heyif ömür qısa, arzu genişdir; Kim bu qayğı ilə titrəməmişdir? (M.Müşfiq).
Azərbaycan dilinin antonimlər lüğəti / qısa1 1. коротко; 2. короткий, краткий, непродолжительный, недолгий; 3. низкий (о росте);
Azərbaycanca-rusca lüğət / qısa2 I прил. 1. короткий: 1) не большой по длине. Qısa saçlar короткие волосы, qısa pencək короткий пиджак, qısa gövdə короткое туловище, qısa qollar короткие рукава; физ., эл.-тех. qısa dalğa короткая волна 2) непродолжительный. Qısa müddət короткий срок, qısa söhbət короткая беседа 2. краткий: 1) сжатый, коротко изложенный. Qısa təsvir краткое описание, qısa mühazirə kursu краткий курс лекций, qısa annotasiya краткая аннотация 2) не длительный. лингв. Qısa saitlər краткие гласные, qısa səslər краткие звуки, qısa heca краткий слог 3. низкий. Qısa boy низкий рост, qısa ağac низкое дерево 4. сжатый, сокращённый. Qısa analiz сокращенный анализ, qısa müddətdə в сжатые сроки II нареч. 1. коротко. Qısa vurulmuş saç коротко остриженные волосы 2. кратко. Qısa cavab vermək кратко ответить 3. сжато (изложить)
Azərbaycanca-rusca lüğət / qısa1 I. s. short, brief, concise; ~ məktub a brief / short letter; ~ məlumat brief information; ~ icmal brief survey; ~ kurs short / concise course (of): ~ lüğət a concise dictionary; ~ müddət a short time / period; ~ dalğa rad. short wave II. z. briefly, short, shortly, in short: ~ danışmaq to speak* briefly: kəndiri ~ kəsmək to cut* the rope short; hekayəni ~ danışmaq to tell* the story shortly; Qısa desək... In short..., Briefly
Azərbaycanca-ingiliscə lüğət / qısa1 sif. court, -e, bre//f, -ve, laconique, sobre ; ~ icmal exposé m sommaire
Azərbaycanca-fransızca lüğət / qısa1 прил. 1. куьруь; qısa paltar куьруь пек; qısa saç куьруь чӀарар; 2. аскӀан (мес. буй); 3. куьруь (мес. жаваб): тӀимил, яргъалди тефир, гъвечӀи (мес. ихтилат, вахт); 4. мукьвал, куьруь; qısa yol куьруь рехъ; 5. нареч. куьрелди (мес. жаваб гун); ** qısa dalğalar рад. куьруь лепеяр (10 м.-дилай 150 м.-дал кьван авай радиодин лепеяр); qısa kəsmək куьруь авун, яргъи ттавун, куьрелди рахун; sözün qısası куьруь гафуналди, са гафуналди, куьрелди; qısa keçmək са месэладин винел гзаф акъваз тавун, фад алатна фин.
Azərbaycanca-ləzgicə lüğəti / qısa