şübhə sözü azərbaycan dilində

şübhə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şübhə • 90.9057%
  • Şübhə • 9.0298%
  • ŞÜBHƏ • 0.0461%
  • şübhƏ • 0.0184%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 38.89 dəfə / 1 mln.
2002 ••••• 27.41
2003 •••••••••••• 65.75
2004 •••••••••• 59.29
2005 •••••••••••••••••••• 118.76
2006 ••••••••• 52.71
2007 ••••••• 40.59
2008 •••••••• 43.85
2009 ••••••••• 47.52
2010 ••••••• 40.30
2011 •••••• 32.43
2012 ••••••• 37.43
2013 ••••••• 40.70
2014 •••••• 35.01
2015 ••••••• 41.51
2016 •••••• 31.93
2017 •••• 20.97
2018 ••••• 27.12
2019 ••••• 26.84
2020 ••••••• 38.85

şübhə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Bir şeyin gerçəkliyinə xatircəm olmama, bir şeyin həqiqətə uyğun ola biləcəyi haqqında fikir, güman, şəkk, tərəddüd. [Nüşabə:] Sənə qəlbimdə bir iman varıdı; Könlümü şübhə, tərəddüd sarıdı. A.Şaiq. Məlun şübhə Məmmədbağıra rahatlıq vermirdi. S.Hüseyn. Məşədi Şərifin ürəyi sakit olmur, şübhə, narahatlıq, təşviş onun yaxasından əl çəkmirdi. Ə.Vəliyev. □ Şübhə doğurmaq (oyandırmaq) – şübhələndirmək, şübhəyə səbəb olmaq. …Qızın yaxşı geyimi məndə şübhə oyandırdı. M.S.Ordubadi. …Leylək özünü düzəltməyə, izafi şübhə doğurmamağa, ağasının müqabilində gözükölgəli olmamağa çalışırdı. S.Rəhimov. Şübhə etmək – bir şeyin gerçəkliyinə tam inanmamaq, xatircəm olmamaq, arxayın olmamaq. Xəbərin düzlüyünə şübhə edirəm. Şübhə etməmək (eləməmək) – inanmaq, xatircəm olmaq, arxayın olmaq. Anam buna razı oldu, çünki ondan ayrılmayacağıma şübhə etmirdi. S.S.Axundov. Tahir Lətifənin aydın baxışlarındakı səmimiyyətə qətiyyən şübhə eləmirdi. M.Hüseyn. Şübhədən çıxartmaq – inandırmaq, şübhə yeri qoymamaq. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Ə.Haqverdiyev. Şübhəyə düşmək – şübhələnmək, şübhə əmələ gəlmək. [Axund:] Amma indi ki siz deyirsiniz, [Səriyyə] razı deyil, ərz olsun, mən də şübhəyə düşdüm. C.Cabbarlı. Şübhəyə salmaq – şübhə doğurmaq, şübhələndirmək. [Nigar:] Koroğlu, bu qızın sözü məni şübhəyə salıb. “Koroğlu”. Heç şübhə yoxdur ki… – şübhəsiz, inanın, həqiqətən, gerçəkdən, yəqin. Heç şübhə yoxdur ki, [qız] vəliəhdi sevdiyini demək istəyirdi, lakin buna cəsarət etmirdi. M.S.Ordubadi. [Xəyyam:] Varlığım bir heçə bənzər mübhəm; Heç var olmaz, buna yoxdur şübhəm. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / şübhə

şübhə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 ŞÜBHƏ [Alxasov:] Bilmirəm o şübhə necə, haradan beynimə soxuldu (H.Abbaszadə); GÜMAN Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! (“Koroğlu”); İŞTİBAH (köhn.) Oxucularımızı bu cür iştibahlardan çıxarmaqdan ötrü lazım bilirik bunu söyləmək ki, həmin mənzumənin müsənnifı Ordubad şairlərindən məşhur Fəqir vəfat edib təxminən iyirmi il bundan qabaq və həmin əhvalatı yazıb bəlkə otuz il bundan irəli (C.Məmmədquluzadə); ŞƏKK Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı (Ə.Haqverdiyev); ŞƏKK-ŞÜBHƏ Qələbənin artıq şəkk-şübhəsi yox idi ki, bütün bunlar iblisanə bir planın nəticələridir.. (Anar); VƏSVƏSƏ (şübhə və tərəddüd) Telli bir saata qədər bir taqım vəsvəsələrlə düşündü (S.Hüseyn); ZƏNN Hacı: Mənim səndən zənnim var idi (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / şübhə

şübhə sözünün antonimləri (əks mənalı sözlər)

şübhə sözünün rus dilinə tərcüməsi

  • 1 сомнение, подозрение

    Azərbaycanca-rusca lüğət / şübhə
  • 2 сущ. сомнение: 1. неуверенность в истинности чего-л., отсутствие твердой веры в кого-л., что-л. kimin səmimiliyinə şübhə сомнение в искренности чьей, кого; nəyin mümkünlüyünə şübhə сомнение в возможности чего 2. подозрение, опасение 3. состояние душевного разлада, неуверенности, колебаний. Şübhələr qəlbini didir kimin сомнения терзают душу чью, кого; şübhə altına almaq ставить, поставить (брать, взять) под сомнение; şübhə altına düşmək подозреваться в чем-л.; şübhə doğurmaq (oyatmaq) вызывать, вызвать сомнение, подозрение; şübhə oyandı (yarandı) kimdə появилось, зародилось сомнение у кого, в ком; şübhəyə düşmək впадать, впасть в сомнение; şübhəyə salmaq kimi наводить, навести на подозрение кого; şübhədən çıxarmaq kimi, şübhələrini dağıtmaq kimin развеять, рассеять все сомнения кого, чьи; şübhəm var nəyə сомневаюсь в чём, имею сомнение; buna zərrəcə şübhəm yoxdur в этом я нисколько не сомневаюсь; heç şübhə yoxdur ki, … нет никаких сомнений в том, что …; şübhə yeri qoymamaq не оставлять сомнения; şübhə yeri qalmadı сомнений не осталось; şübhə ola bilməz nəyə сомнений быть не может в чём, не подлежит сомнению что; şübhə ilə: 1) скептически, скептично (критически, недоверчиво) 2) с недоверием 3) сомнительно, с сомнением 4) подозрительно, с подозрением. Şübhə ilə yanaşmaq: 1. относиться скептически, скептично; 2. относиться с сомнением, с подозрением; şübhə ilə baxmaq смотреть с сомнением, с подозрением; бросить косой взгляд

    Azərbaycanca-rusca lüğət / şübhə

şübhə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. doubt; suspicion; ~ etmək bax şübhələnmək; ~yə düşmək to doubt, to have* one’s doubts; ~ni dağıtmaq to remove all doubts; Şübhə ola bilməz! There can be no doubt; Şübhə yoxdur ki,... There is no doubt that... O, şübhəyə düşdü He / She began to doubt / to hesitate

    Azərbaycanca-ingiliscə lüğət / şübhə

şübhə sözünün fransız dilinə tərcüməsi

şübhə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. шак; кьве рикӀинвал; şübhə etmək шак авун, шаклу хьун, шакун, са затӀунин герчеквилел бегьем чӀалахъ тахьун, архайин тахьун; şübhə etməmək (eləməmək) шак тавун, шаклу тахьун, чӀалахъ хьун, агъун, архайин хьун; şübhəyə düşmək шакуна гьатун, шаклу хьун; şübhəyə salmaq шакуна ттун, шаклу авун.

    Azərbaycanca-ləzgicə lüğəti / şübhə

şübhə sözünün türk dilinə tərcüməsi

şübhə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. şəkk, tərəddüd, inanmama.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"şübhə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şübhə nədir? #şübhə sözünün mənası #şübhə nə deməkdir? #şübhə sözünün izahı #şübhə sözünün yazılışı #şübhə necə yazılır? #şübhə sözünün düzgün yazılışı #şübhə leksik mənası #şübhə sözünün sinonimi #şübhə sözünün yaxın mənalı sözlər #şübhə sözünün əks mənası #şübhə sözünün etimologiyası #şübhə sözünün orfoqrafiyası #şübhə rusca #şübhə inglisça #şübhə fransızca #şübhə sözünün istifadəsi #sözlük