Sellüloz
Sellüloza bitki aləmində ən geniş yayılmış
homopolisaxariddir. Karbon birləşmələrinin yarıdan çoxunu
sellüloza təşkil edir. Bu ən çox kətanda (80-90%), çətənədə,
samanda, bitkilərin oduncağında (40-50%) və pambığın lifində
(90-98%) olur. Kimyəvi düsturu aşağıda: (C6H10O5)n
Bitkilər ildə 1011 ona yaxın sellüloza sintez edir.
Bitkilərdə sellüloza başqa karbohidratlarala (hemisellüloza, liqinin
və s.) birlikdə olur.
Sellüloza hidroliz edilərkən D─qlükozanın β─forması
əmələ gəlir. Sellülozanın molekul kütləsi 10-20 milyon arasında
dəyişir, qlükoza qalıqlarının miqdarı 3000-dən 10 000-ə qədər
olur və zəncirvari şaxələnir. Qlükoza qalıqları biri digəri ilə
birinci və dördüncü karbonlar arasında β─1─4 qlükozid rabitələri
hesabına birləşir.
Təbiətdə sellüloz ən geniş yayılmış maddədir. Bitkilərin hüceyrələri ondan qurulmuşdur.