Sellüloza
Sellüloza (lat. cellula) — təbiətdə əsasən bitki aləmində geniş yayılmış polisaxarid olub, tərkibi [С6Н7О2(OH)3]n formulu ilə ifadə olunur. Yaşıl bitkilərin və eləcə də əksər yosunlar və oomisetlərdə hüceyrə divarının əsas kompanenti sellüoza hesab olunur.
== Yayılması ==
Sellüloza nişastaya nisbətən daha çox yayılmış karbohidratdır. bitki hücüyrələrinin qılıfları sellülozadan ibarətdir. Quru ağacda 60%-ə qədər, pambıq və süzgəc kağızında isə 90%-ə qədər sellüloza olur.
== Quruluşu ==
Molekul kütləsi bir neçə milyona çatır. Makromolekulları yalnız xətti quruluşa malikdir. Bir istiqamətdə yerləşərək onlar lif əmələ gətirir (kətan, pambıq və s.)
== Fiziki xassələri ==
Təmiz sellüloza ağ, bərk maddədir, suda və adi üzvi həlledicilərdə həll olmur, mis 2-hidroksidin ammonyakda məhlulunda (Şveyser reaksiyası) yaxşı həll olur. Sellülozanın həll olmamasının səbəbi onun makromolekulları arasında başqa həlledicilərin qıra bilmədiyi, çoxlu sayda hidrogen rabitələrinin olmasıdır.