şərt-şürut sözü azərbaycan dilində

şərt-şürut

Yazılış

  • şərt-şürut • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kafi şərt
Kafi şərt - Verilmiş hökmün alındığı hər hansı şərt. Kafi şərt zəruri olmaya da bilər. Kafi şərt zəruri şərtlə yanaşı riyaziyyatın çox mühüm anlayışlarından biridir. Riyaziyyatın çox teoremləri "zəruri" və "kafi" dir terminləri ilə ifadə olunur. Müəyyən bir hökmün doğruluğu üçün bir və ya bir - neçə kafi şərt söyləmək olar. Məsələn, qabarıq dördbucaqlının paraleloqram olması üçün aşağıdakı şərtlərin hər biri kafidir. 1) İstənilən iki tərəfin bir-birinə bərabər və paralel olması; 2) Qarşı tərəflərin cüt-cüt bərabər olması; 3) Dördbucaqlının simmetriya mərkəzinin olması və s. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Şərt budaq cümləsi
Şərt budaq cümləsi baş cümlədəki hərəkətin şərtini bildirir və hansı şərtlə? sualına cavab olur. Şərt budaq cümləsinin əsas qrammatik göstəricisi -sa, -sə şəkilçisidir. Bundan başqa, budaq cümlə baş cümləyə əgər, hərgah, madam ki, indi ki, bir halda ki bağlayıcıları ilə də bağlana bilər. Əlaqə vasitələrinin hər ikisi də bir yerdə işlənə bilər, təkcə -sa, -sə şəkilçisi də işlənə bilər. Bu halda baş cümlə budaq cümlədən sonra gəlir. Məs: Əgər qoca yıxılıb ölsə, bütün miras oğlana qalacaq. Hərgah Ataş bu kişi ilə yaxınlaşsa, çox şey öyrənəcəkdi. Boyum uca olsa idi, mən də səninlə arxada oturardım. Madam ki bu fikrə gələcəkdiniz, mənim təklifimi rədd etməməliydiniz.
IF deyimi (şərt deyimi)
IF deyimi (şərt deyimi)-( en. - IF statement - ru. условный оператор ~ tr.koşul deyimi)– Bul ifadəsi doğru olduqda proqramın müəyyən blokunun yerinə yetirildiyi idarəedici deyim. Şərt deyimi çox zaman aşağıdakı formada olur: IF <şərt> THEN <operand>, burada <şərt> – Bul ifadəsi, <operand> isə <şərt> doğru olduqda yerinə yetirilən operanddır. Proqramlaşdırma dillərinin əksəriyyətində vacib olmayan ELSE açar sözü var ki, o da yalnız <şərt> yalan olduqda yerinə yetirilən operandı təyin edir. Aşağıda Java dilində IF deyiminə sadə bir nümunə verilib: if (price == 0) { System.out.println (“Price can’t be equal to zero!”); } Bu misal isə daha praktikdir: if (hours <= 40) { pay = hours * wage; System.out.println(“No overtime hours”); } else { overtime = hours – 40; pay = wage*40 + 1.5*wage*overtime; System.out.println(“Overtime paid”); } C, C++, Java və C# dillərində tez-tez if (x == 5) əvəzinə if (x = 5) kimi, yaxud buna bənzər yanlış yazılışlara rast gəlinir. Burada x = 5 yazılışı x dəyişəninə 5 qiymətinin mənimsədilməsini göstərir. Doğrudur, bəzi kompilyatorlar IF deyiminin içərisinə komanda qoyulmasına “etirazını bildirəcək”, ancaq bu, C dilində qaydalara uyğundur (və əgər mənimsədilən qiymət sıfır deyilsə, şərt həmişə doğru olacaq). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

şərt-şürut sözünün leksik mənası və izahı

  • 1 bax şərt 2-4-cü mənalarda. Müsəlmanın da öz şərt-şürutu var. C.Məmmədquluzadə. □ Şərt(i)-şürut bağlamaq – şərtləşmək, şərt bağlamaq. …Cəlil ağa Olya ilə şərti-şürut bağlayırdı ki, o, sirkdən çıxsın və həmişə ona yar olsun, yoldaş olsun. İ.Musabəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / şərt-şürut

Oxşar sözlər

#şərt-şürut nədir? #şərt-şürut sözünün mənası #şərt-şürut nə deməkdir? #şərt-şürut sözünün izahı #şərt-şürut sözünün yazılışı #şərt-şürut necə yazılır? #şərt-şürut sözünün düzgün yazılışı #şərt-şürut leksik mənası #şərt-şürut sözünün sinonimi #şərt-şürut sözünün yaxın mənalı sözlər #şərt-şürut sözünün əks mənası #şərt-şürut sözünün etimologiyası #şərt-şürut sözünün orfoqrafiyası #şərt-şürut rusca #şərt-şürut inglisça #şərt-şürut fransızca #şərt-şürut sözünün istifadəsi #sözlük