şadlıq sözü azərbaycan dilində

şadlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şadlıq • 90.4507%
  • Şadlıq • 9.3201%
  • ŞADLIQ • 0.2292%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şadlıq
Şadlıq — Türkmənistan Respublikasının Marı vilayətidə şəhər.

şadlıq sözünün leksik mənası və izahı

  • 1 is. Sevinc, fərəh. Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. // İnsana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. [Mərcan bəy qonaqlara:] Oturun burada, yeyin, için, kef çəkin. Bu gün şadlıq günüdür, gərək şad olasınız. Ü.Hacıbəyov. [Vəzir:] Şadlıq dəmi çatdı, durun! Şahanə bir məclis qurun! A.Şaiq. □ Şadlıq eləmək (etmək) – çalıboynamaq, əylənmək, kef eləmək, şadlanmaq. Toydan qabaq gəlinin başına və əl-ayağına xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. H.Sarabski.

    Azərbaycan dilinin izahlı lüğəti / şadlıq
  • 2 şad olma, fərəhlilik, sevinc, fərəh.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / şadlıq

şadlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 şənlik — şuxluq — sevinc — fərəh

    Azərbaycan dilinin sinonimlər lüğəti / şadlıq
  • 2 ŞADLIQ Evimə qucaq-qucaq; Şadlıq gətirən; Nə desəniz varımdır (M.Rahim); FƏRƏH, SEVİNC Hər şeydə fərəh, sevinc, təravət; Artıq oyanıb gülür təbiət (A.Şaiq); ŞADYANALIQ [Şamxal:] Əgər o görsəydi və bilsəydi ki, bu ailə düz iyirmi beş ildi necə bir şadlıq, şadyanalıq içində xoşbəxt, bəxtiyar yaşayır, onda deyərdi ki, bəli, cənnət bax belə imiş (Anar); ŞƏNLİK Belə inqilabi şadlıq -şənlik zamanında Kankan Teybəlinin qayğısı azalmaqdansa artırdı (S.Rəhimov); DİLXOŞLUQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / şadlıq

şadlıq sözünün antonimləri (əks mənalı sözlər)

şadlıq sözünün rus dilinə tərcüməsi

  • 1 радость, веселье, отрада, утеха

    Azərbaycanca-rusca lüğət / şadlıq
  • 2 сущ. 1. радость (чувство удовольствия, удовлетворения). Qələbə şadlığı радость победы, şadlıq gətirmək приносить радость; onun səsində bir şadlıq duyulurdu в его голосе чувствовалась радость, üzündən şadlıq yağır лицо сверкает радостью, şadlığından atılıb düşmək прыгать от радости 2. торжество (празднество в ознаменование какого-л. выдающегося события). Şadlıq başlandı началось торжество, toy şadlığı свадебное торжество, bayram şadlığı праздничные торжества, şadlıqlarda iştirak etmək участвовать в торжествах; şadlıq etmək: 1. радоваться. Uşaqlar şadlıq edirlər дети радуются; 2. веселиться, ликовать. Təbiət şadlıq edir ликует природа; şadlıqda (şadlıqlarda) görüşək чтобы мы встречались только на радостях (пожелание при встрече на похоронах, поминках); evinizə şadlıq aparın мир вашему дому (пожелание уходящему с похорон или поминок); şadlıq evi дом торжеств (место проведения свадебных торжеств) ◊ şadlıqdan papağını göyə atmaq от радости земли под ногами не слышать, не чуять; şadlıqdan yerə-göyə sığmamaq захлебнуться от восторга; şadlığına şitlik eləmək с жиру беситься

    Azərbaycanca-rusca lüğət / şadlıq

şadlıq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. gladness, joy; delight; ~ etmək to enjoy oneself, to make* merry, to have* a good / jolly time; şadlığından şitlik etmək to grow* fastidious / fussy

    Azərbaycanca-ingiliscə lüğət / şadlıq

şadlıq sözünün fransız dilinə tərcüməsi

şadlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. шадвал, хвеш, хвешивал; // шадвилин (мес. хабар); 2. шадлух, кеф, мехъер, кьуьлер, сувар; şadlıq eləmək (etmək) шадвал авун, кьуьлер авун, кефер авун, шад хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / şadlıq

şadlıq sözünün türk dilinə tərcüməsi

"şadlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şadlıq nədir? #şadlıq sözünün mənası #şadlıq nə deməkdir? #şadlıq sözünün izahı #şadlıq sözünün yazılışı #şadlıq necə yazılır? #şadlıq sözünün düzgün yazılışı #şadlıq leksik mənası #şadlıq sözünün sinonimi #şadlıq sözünün yaxın mənalı sözlər #şadlıq sözünün əks mənası #şadlıq sözünün etimologiyası #şadlıq sözünün orfoqrafiyası #şadlıq rusca #şadlıq inglisça #şadlıq fransızca #şadlıq sözünün istifadəsi #sözlük