* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bədənin bütün üzvlərinin sağlam, saz olması, düzgün, normal işləməsi, salamatlıq, səhhət. Sağlığa ziyan verən şeylərdən qaçmalı. – Abır istəsən – çox demə; Sağlıq istəsən – çox yemə. (Ata. sözü). □ Sağlıq olsa (olsun) – 1) salamatlıq arzusu bildirir; inşallah, Allah qoysa. [Qonaqlar:] İnşallah, sağlıq olsa gələrik… ancaq bir az yolumuz uzaqdır. E.Sultanov. [Sevil Balaşa:] Mən hər gün ürəyimi satacaq, beynimə yedirdəcəyəm, sağlıq olsun! C.Cabbarlı; 2) bəzən hədə mənasında. [Cavad:] Düşmənin də ömrü bu qar kimi əriyəcəkdir. Sağlıq olsun, səhər gərək onlara bir oyun tutaq ki, atalarının toyu yadlarına düşsün. Ə.Vəliyev. (Öz) sağlığında – yaşadığı zaman, yaşamaqda ikən, sağkən, diri ikən, diriliyində. Sağlığımda gəlmədin; Barı can verəndə gəl. (Bayatı). Öz xələfin gərək gözləyə kişi; Sağlığında ola alışverişi. Q.Zakir. [Əmiraslan baba:] Oğul gərək nəinki öz sağlığında, hətta özündən sonra da ad-san qoysun. S.Rəhimov. 2. Məclisdə şərəfinə badə qaldırılan şəxsə xitabən deyilən xoş sözlər, tost. İdris onun sağlığına deyilən tostdan… xəbərsiz yatırdı. Ə.Məmmədxanlı. □ Sağlıq demək – məclisdə badələri müəyyən münasibətdə içməyi təklif etmək. Salman konyakın hamısını stəkana süzdü, sağlıq demədən başına çəkdi. M.İbrahimov. Həsrət ayaq üstə dayanıb bəylə gəlinin şərəfinə sağlıq deyirdi. B.Bayramov. 3. Sağlığın(ız) şəklində – birindən haləhval soruşduqda müsbət mənada cavab kimi işlənir. – Nə xəbər var, Məşədi? – Sağlığın! M.Ə.Sabir. 4. Sağlığına şəklində – ifadə olunan fikrə danışanın müsbət münasibəti, məmnunluğu bildirilir. Sağlığına, kefim kökdür. – [Bəbir bəy:] Bu saat, sağlığına, pristavın yanında bir sözüm iki deyil. Mir Cəlal. ◊ Sağlıqla qal(ın)! – bax sağ ol(un) 2-ci mənada (“sağ2”da). Sağlıqla qal, əziz ana; Ölüm yoxdur qəhrəmana. N.Rəfibəyli.
Azərbaycan dilinin izahlı lüğəti / sağlıq1 SAĞLIQ – XƏSTƏLİK Sağlıq böyük dövlətdir, qədrini bilmək gərək (Ata. sözü); Bu və ya başqa xəstəlik qana öz təsirini göstərə bilər (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / sağlıq1 SAĞLIQ I is. Bədənin saz olması, sağlamlıq. Sənsiz sağlığıma yoxdu gümanım; Nə tablaşdı, nə dayandı ürəyim (Aşıq Qurbani). SAĞLIQ II is. Şən məclislərdə adamların sağlığına qədəh qaldırma. Sağlıq desin ürəkdən; Ona yad da, tanış da (Ə.Kürçaylı).
Azərbaycan dilinin omonimlər lüğəti / sağlıq2 сущ. 1. здоровье (состояние организма, при котором нормально действуют все его органы). Sağlığa ziyan verən вредный для здоровья, sağlıq olsun, hər şey düzələr лишь бы было здоровье, всё поправимо 2. тост, здравица (краткая застольная речь с пожеланием здоровья). Yubilyarın şərəfinə sağlıq demək произнести здравицу (провозгласить тост) в честь юбиляра ◊ sağlıq olsun, бахарыг будем живы, там посмотрим; sağlıqla qalın! счастливо оставаться! sağlıqla gedin! счастливого пути! sağlıqla geyəsən (geyəsiniz)! носи (носите) на здоровье! canına sağlıq, xəstələnmişdim не дай бог и тебе болеть, я болел.., üstünüzə sağlıq дай бог, чтобы вы были живы и здоровы; sağlığına (sağlığınıza) qismət olsun! на здоровье! (о приобретенных вещах)
Azərbaycanca-rusca lüğət / sağlıq1 i. life; health; ~ arzu etmək to wish a happy life, to wish good health; Sağlıqla qalın! Bye-bye! Good-bye! See you! Good luck! Sağlıq olsun! We’ll see, Let’s live and see!
Azərbaycanca-ingiliscə lüğət / sağlıq1 сущ. 1. сагъвал, ччандин сагъвал, саламатвал, беден (ччан) сагъ тир гьал; // sağlıq olsa (olsun) сагълугъ (хьайитӀа) хьуй а) сагъвал (хьайитӀа) хьуй, иншаллагь; б) гагь-гагь гьелягъар кьун манада; (öz) sağlığında) сагъ тир вахтунда, сагъзамаз, ччан аламаз, диризамаз; 2. сагълугъ, тост; sağlıq demək сагълугъ лугьун, тост лугьун (межлисдал); 3. sağlığın(ız) ви (куь) сагъвал (садавай жузун-качузун ийидамаз, кеф-гьал жузадамаз хъсан манада гудай жаваб); ** sağlıqla qal(ın)! кил. sağ¹ (sağ olun б).
Azərbaycanca-ləzgicə lüğəti / sağlıq