Şamama sözü azərbaycan dilində

Şamama

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şamama • 90.7692%
  • şamama • 7.6923%
  • ŞAMAMA • 1.5385%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şamama Həsənova
Şamama Mahmudəli qızı Həsənova (7 noyabr 1923, Arayatlı, Qaryagin qəzası – 5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == Şamama xanım Həsənova 1923–cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur. == Fəaliyyəti == 1953–cü ildə Şamama Həsənova işlədiyi "1 May" kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir. Şamama Həsənova şərəfli həyat yolu keçmişdir.
Şamama Əliyeva
Əliyeva Şamama Tanrıverdi qızı (1 may 1938, Yevlax rayonu – 9 yanvar 2020, Yevlax rayonu) — Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Əliyeva Şamama Tanrıverdi qızı Yevlax rayonunda yaşamış və təhsil almış şəxslərdəndir. "Çinar" fermer təsərrüfatının rəhbəri "Qəhrəman ana"dır. SSRİ dövündə işlədiyi "Kommunist" kolxozunda pambıqçılıqda əldə etdiyi nailiyyətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Şamama Ələsgərova
Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan – 2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır. == Həyatı == Şamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır. Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu.
Şamama (film, 1973)
== Məzmun == Film tanınmış ictimai və dövlət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıqçı, Füzuli rayonundakı 1 May kolxozunun sədri Şamama Həsənovanın həyat və fəaliyyətinə həsr olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.75 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 3.15
2004 •••• 0.67
2005 •••• 0.67
2006 •••• 0.68
2007 •• 0.21
2008 •••••••••••••••••••• 3.65
2009 ••• 0.48
2010 ••••••• 1.18
2011 ••••••• 1.20
2012 •• 0.34
2013 •••••• 1.02
2014 •••••• 1.03
2015 •• 0.34
2016 •• 0.35
2018 0.15
2019 •• 0.28
2020 0.13

şamama sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Çox ətirli və şirin, adətən yeyilməyən kiçik yemiş növü. Mən gələndə şamamalar gülüdü; Dörd yanımı atlı kazaq bürüdü. “Qaçaq Nəbi”. Cavanlar özləri ilə toyxanaya alma, portağal, şamama, … püstə, badam gətirərdilər. H.Sarabski. Xarabalar əvəzinə qovunlar, şamamalar rəng verib rəng alırdı. M.Hüseyn. □ Şamama kimi – 1) çəhrayı, təzə, tər. Qumrunun şamama kimi tər, mərmər kimi ağ vücudunu gördükdə atlı içindən qovrulur(du). Mir Cəlal; 2) yumru, girdə.

    Azərbaycan dilinin izahlı lüğəti / şamama

şamama sözünün etimologiyası

şamama sözünün rus dilinə tərcüməsi

  • 1 небольшая по размерам душистая несъедобная дыня

    Azərbaycanca-rusca lüğət / şamama
  • 2 I сущ. мелкая душистая дыня II прил. дынный куст; şamama kimi: 1. круглый; 2. свежий, цветущий (свидетельствующий о прекрасном здоровье)

    Azərbaycanca-rusca lüğət / şamama

şamama sözünün inglis dilinə tərcüməsi

şamama sözünün fransız dilinə tərcüməsi

şamama sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. шамума (гзаф иер ни галай, ширин, нен тийир гъвечӀи хелердин са жуьре); // шамумадин.

    Azərbaycanca-ləzgicə lüğəti / şamama

şamama sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax şəmmamə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

xoşiyli qovun növü.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"şamama" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şamama nədir? #şamama sözünün mənası #şamama nə deməkdir? #şamama sözünün izahı #şamama sözünün yazılışı #şamama necə yazılır? #şamama sözünün düzgün yazılışı #şamama leksik mənası #şamama sözünün sinonimi #şamama sözünün yaxın mənalı sözlər #şamama sözünün əks mənası #şamama sözünün etimologiyası #şamama sözünün orfoqrafiyası #şamama rusca #şamama inglisça #şamama fransızca #şamama sözünün istifadəsi #sözlük