şaman sözü azərbaycan dilində

şaman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • şaman • 61.6071%
  • Şaman • 36.6071%
  • ŞAMAN • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şaman (şəhər)
Şaman — Pakistanın şimalında, Bəlucistan əyalətində şəhər. Əfqanıstan sərhəddində yerləşir və Qəndəhar vilayəti ilə qonşudur. Əfqanıstan sərhəddinə yaxın olduğu üçün şəhər "Qızıl ayparanın" ən önəmli ixracatçı şəhərlərindən biridir.
Şaman Qayası
Şaman Qayası burnu, həmçinin Burxan burnu, Şaman burnu, Mağara burnu (bur. Ойхон Баабай, rus. Мыс Скала Шаманка) — Baykal gölündə yerləşən Olxon addasının qərb sahillərində yerləşir. İki zirvəli qaya «Şaman-qaya» adı ilə tanınır. Hal-hazırda təbiət və tariixi abidə olaraq qorunur.. İnzibati cəhətdən İrkutsk vilayəti, Olxonski rayonu, Xujir qəsəbəsi ərazisinə daxildir. Onun ərazisi Pribaykal milli parkı ərazisində yerləşir. Burunun Baykal daxilinə uzanması, sahildən ensiz bərzəxlə ayrılmasına görə onu burunların «adayabənzər tipinə» daxil etmək olar. Burun kristallaşmış əhəng daşından, bitişik sahil isə qranit və qneysdən təşkil olunmuşduir. Bərzəx isə düzən əraziyə sahibdir və çöküntülərlə örtülmüşdür.
Şaman burnu
Şaman burnu (bur. Айха Шулуун, rus. Шаманский мыс) — Baykal gölünün qərb qutaracağında, Slyudyanka şəhəri ilə Kultuk qəsəbəsi arasında yerləşən burun. Yerli sakinlər və turistlərin ən sevimli istirahət məkanlarından biridir. Gölün içərilərinə 600 m məsafədə daxil olur. Kultuk körfəzinin mərkəzində yerləşir. Burunun şərq hissəsi «Starı kamen» adlanır. Eni 30 m, uzunluğu isə 200 netrdən çoxdur. Əsas buruna 10 m eni olan bərzəxlə birləşir. == Toponim və yerli adətlər == Buryatlar arasında burun müqəddəs sayılır.
Şamanizm
Şamanizm – şamanın ruh dünyası hesab edilən dünyanı anlamaq, onunla əlaqə qurmaq və həmin transendental enerjiləri bu dünyaya ötürmək üçün fərqli şüur halına keçməsini özündə ehtiva edən spiritual tətbiqat."Şamanik" olaraq təsnifləndirilən inanc və təcrübələr antropoloqlar, arxeoloqlar, tarixçilər, dinşünas alimlər, filosoflar və psixoloqlar daxil olmaqla, müxtəlif sahələrdən olan alimlərin marağına səbəb olub. Bu mövzuda yüzlərlə kitab və akademik məqalələr yazılıb, şamanizmin öyrənilməsi üçün mütəxəssislər tərəfindən nəzarət edilən elmi jurnal təsis olunub. 20-ci əsrdə submədəniyyətin nümayəndələri olan bir çox qərbli dünyanın müxtəlif yerlərindəki yerli dinlərin ideyalarından təsirlənərək neoşamanizm və ya neoşamanik hərəkat adlandırılan müasir magik-dini tətbiqatlar yaratdı. Bu, bir çox neopaqan tətbiqatların inkişafına təsir göstərdi, amma mənsub olmadıqları mədəniyyətləri təmsil etməyə çalışan bir sıra kənar müşahidəçilərə görə, başqa mədəniyyətin ünsürləri məsimsəməkdə ittiham olundu, istismara məruz qaldı və təhrifə uğradı.Şamanizm termini yerli spiritual tətbiqatları təsvir etmək üçün istifadə olunsa da, bəziləri bunu müxtəlif yerli xalqlar və qəbilələrə xas olan fərqli və qarmaşıq spiritual tətbiqatların ümumiləşdirici söz kimi qiymətləndirib. Terminin bu cür istifadəsi müxtəlif və mürəkkəb xarakter daşıyan yerli mədəniyyətləri bəsitləşdirə, irqçi fikirləri qüvvətləndirə və "digərləri" anlayışına müstəmləkəçi bir baxış bucağı gətirə bilər. == Terminologiya == === Etimologiya === Şamanizm sözünün tunqus-mancur dilində "bilici" mənasını verən šaman sözündən, şaman sözünün isə evenki dilindəki šamán sözündən, çox güman ki, Sim evenki xalqlarının danışdığı cənub-qərb dialektindən yarandığı ehtimal olunur. Tunqus termini sonralar Sibirdəki yerli xalqlarla qarşılıqlı əlaqədə olan ruslar tərəfindən qəbul edildi. Bu, sürgün edilmiş rus din xadimi Avvakumun xatirələrində tapılmışdır. Nikoles Uitsen adlı holland bir səyyah 17-ci əsrin sonlarında bu sözü Qərbi Avropaya gətirdi. O, "Noord en Oost Tataryen" (1692) adlı kitabında tunqus və samodi dillərində danışan yerli Sibir xalqları və bu ərazilərdə qalması haqqında yazdı.
Şamanyo
Şamanyö (fr. Chamagnieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38067. Kommunanın 2012-ci il üçün əhalisi 1466 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 ilə 341 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 27 km şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2003 •••••• 0.39
2006 •••••••••••••••••••• 1.35
2008 •••• 0.24
2009 •••••••••••• 0.80
2010 ••••• 0.27
2011 ••• 0.17
2012 ••• 0.17
2013 ••••••••••• 0.73
2014 ••• 0.17
2015 •••••• 0.34
2017 ••••• 0.33
2020 •••••••••• 0.66

şaman sözünün leksik mənası və izahı

  • 1 is. [tunq.] Ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında): sehrbaz, ovsunçu, cadugər (şamanlar oxumaqla, dəf çalıb-oynamaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarına, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inanırdılar).

    Azərbaycan dilinin izahlı lüğəti / şaman

şaman sözünün sinonimləri (yaxın mənalı sözlər)

şaman sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. шаман (колдун-знахарь, служитель культа у некоторых народов, сохраняющих религию, основанную на вере в духов) II прил. шаманский, шаманий. Şaman mərasimləri шаманские обряды

    Azərbaycanca-rusca lüğət / şaman

şaman sözünün inglis dilinə tərcüməsi

şaman sözünün fransız dilinə tərcüməsi

şaman sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [tunq.] сущ. шаман, суьгьуьрчи, фалчи, жадуяр ийидай, ицитӀдай кас (руьгьерал, магиядал чӀалахъ тир бязи кеферпатан халкьара).

    Azərbaycanca-ləzgicə lüğəti / şaman

şaman sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

sehrbaz, ovsunçu, cadugər; əsasən ruhlara, magiyaya inanan (şimal xalqlarında).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"şaman" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şaman nədir? #şaman sözünün mənası #şaman nə deməkdir? #şaman sözünün izahı #şaman sözünün yazılışı #şaman necə yazılır? #şaman sözünün düzgün yazılışı #şaman leksik mənası #şaman sözünün sinonimi #şaman sözünün yaxın mənalı sözlər #şaman sözünün əks mənası #şaman sözünün etimologiyası #şaman sözünün orfoqrafiyası #şaman rusca #şaman inglisça #şaman fransızca #şaman sözünün istifadəsi #sözlük