Şamdan sözü azərbaycan dilində

Şamdan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Şamdan • 52.0325%
  • şamdan • 47.9675%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şamdan bəy (dram)
"Şamdan bəy (dram)" — Nəriman Nərimanov tərəfindən 1895-ci ildə komediya janrında yazılmış dram əsəri. Yazıçının ikinci dram əsəri olan bu "Şamdan bəy"in ikinci adı "Dilin bəlası" da adlanır. Müəllif bu komediyanı milyonçu Ağa Musa Nağıyevin maddi yardımı ilə Bakıda, Quberniya idarəsi mətbəəsində ayrıca kitab şəklində çap etdirib. O, "Dilin bəlası, yaxud Şamdan bəy" (1895) komediyasında burjua cəmiyyətinin doğurduğu fəlakətlərə qarşı çıxır, Şamdan bəy obrazında dövrün lovğa, ikiüzlü dost görünüşlü düşmənlərini ifşa edirdi. Dramaturq bu əsərində ilk dəfə olaraq kapitalizm aləminin bəlalarından xilas olmaq üçün mütərəqqi qüvvələrin ittifaqı ideyasını irəli sürürdü. Nəriman Nərimanov "Dilin bəlası, yaxud Şamdan bəy" komediyasında kapitalizm münasibətlərinin formalaşdığı dövrdə hakim burjuaziya cəmiyyətinin əxlaq pozlunluğununu, riyakarlığını Şamdan bəy simasında açıb göstərir. Dörd məclisdən ibarət olan bu komediya sadə dramatik konflikt əsasında qurulmuşdur. Bu münaqişə insanlıqlarını itirmiş "Zəmanə fırıldaqçısı" Şamdan bəyə qarşı əsərin qəhrəmanı Yusifin dostları ilə birlikdə apardığı mübarizə əsasında yaranıb. Dramaturq Şamdan bəyin son monoloqunda bir tərəfdən onun mənəvi sarsıntı keçirdiyini, buna baxmayaraq qaranlıq fikirlərdən əl çəkmədiyini göstərirsə, o biri tərəfdən onun intiharının əsl səbəbini nəzərə çatdırır. Şamdan bəy deyir: Yusif — mədəniyyətli, qulluq edən cavan oğlan, Avropa libasında Qulu — Yusifin nökəri Xədicə — Yusifin nişanlısı, 19 yaşında Hacı İbrahim — Xədicənin atası, 40 yaşında Nigar — onun övrəti, 50 yaşında Nazlı — onun qulluqçusu, 20 yaşında Niyaz bəy — Xədicənin dayısı, 40 yaşında, çərkəzi libasında Şamdan bəy — Yusifin dostu, 30 yaşında, çərkəzi libasında, bığı yoğun Sultan, Murad, Rəsul-- Yusifin dostları, cavan oğlanlar, 30 yaşında.
Şamdangülü
Şamdangülü (lat. Pelargonium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. Çox vaxt mürəkkəb hibrid mənşəli növ olan zonal şamdangülündən (P.zonale) istifadə edirlər. Bu yaşıl zoğlu, yumru, qırmızı zolaqlı, sallaq yarpaqları olan iri bitkidir. Müxtəlif rəngli çiçəkləri çətir-hamaşçiçəyinə yığılmışdır. Gülçülükdə dişli yarpaqlı və ikirəngli çiçəkləri olan kraliçə şamdangülü (P.domesticum), ətirli yarpaqları olan ətirli şamdangülü (P.fragrans) və sallaq zoğlu, çəhrayı çiçəkləri olan sarmaşıqyarpaqlı şamdangülündən (P.Peltatum) geniş istifadə olunur. Çox vaxt şamdangülünü qələmlə çoxaldırlar. Bu dövrdə bitkinin çox zoğ verməsi üçün təpə tumurcuğu kəsilir. Qələmləri əkməzdən əvvəl 1-2 saat qurudulur və kölgəli yerdə əkilir. Şamdangülünü çox vaxt dibçək gülü kimi becərilir, yayda açıq sahəyə köçürürlər.
Şamdanvari öldürgən
Şamdanvari öldürgən (lat. Anabasis brachiata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2ac + 3cd4 B2ab(ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Gövdəsi çılpaq, ətli, asan qırılan, silindrik, üçüzlü, sarı-yaşılımtıl, 15-25 sm hündürlükdə kolcuqdur. Yarpaqları 2,5-5 mm uzunluğunda, pulcuqvari, geniş üçbucaqlı-yumurtavari, qoltugunda tüklü-yunvari, qurtaracaq qısa iynəciklidir. Çiçəkləri pulcuq qoltuğunda təkdir. Çiçəkyanığının yarpaqcıqları pərdəvari və ya ovaldır, qanadları dairəvi və ya geniş tərs-yumurtavari, çəhrayıdır. Meyvələri yumurtavari və ya dairəvidir. Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir.

şamdan sözünün leksik mənası və izahı

şamdan sözünün etimologiyası

şamdan sözünün rus dilinə tərcüməsi

şamdan sözünün inglis dilinə tərcüməsi

şamdan sözünün fransız dilinə tərcüməsi

şamdan sözünün ləzgi dilinə tərcüməsi

şamdan sözünün türk dilinə tərcüməsi

"şamdan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şamdan nədir? #şamdan sözünün mənası #şamdan nə deməkdir? #şamdan sözünün izahı #şamdan sözünün yazılışı #şamdan necə yazılır? #şamdan sözünün düzgün yazılışı #şamdan leksik mənası #şamdan sözünün sinonimi #şamdan sözünün yaxın mənalı sözlər #şamdan sözünün əks mənası #şamdan sözünün etimologiyası #şamdan sözünün orfoqrafiyası #şamdan rusca #şamdan inglisça #şamdan fransızca #şamdan sözünün istifadəsi #sözlük