Şamxor sözü azərbaycan dilində

Şamxor

Yazılış

  • Şamxor • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şamxor
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamkur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Şamxor döyüşü
Şamxor döyüşü (rus. Шамхорская битва) — Rusiya-İran müharibəsi dövründə, 1826-cı ildə Şamxor (indiki Şəmkir) ətrafında baş verən döyüş. == Tarixçəsi == 19 iyul 1826-cı ildə Azərbaycan valisi, İran taxt-tacının vəliəhdi Abbas Mirzənin başçılıq etdiyi 60 minlik qoşun Xudafərin körpüsünü keçərək Qarabağ və Gəncə üzərinə yeridi. Bundan ruhlanan Gəncə əhalisi iyulun 27-də Rusiya əleyhinə üsyana qalxdı. Bakı, Şamaxı və Şəki xanlıqlarının əhalisi də Rusiya əleyhinə üsyanlara başladılar. Sarı Aslanın başçılıq etdiyi İrəvan xanlığının ordusu Dağ Borçalısında və Şirəkdə yerləşdirilmiş rusları geri oturtdu. Bolus-Kəpənəkçi əhalisi ruslar tərəfindən onların torpaqlarına yerləşdirilmiş alman kolonistlərini qovdular. Rusiyanın Qafqazdakı baş hakimi Yermolovun Borçalının sünnü əhalisini şiələrə qarşı qaldırmaq cəhdi uğursuzluqla nəticələndi. Abbas Mirzə Qarabağın xeyli hissəsini ruslardan azad edərək, 60 minlik ordunun 40 minlik əsas hissəsi ilə rusların Təbriz-Tiflis yolu üstündəki əsas dayaq məntəqəsi olan Şuşa qalasını mühasirəyə aldı və qalan 20 minlik qoşunla Tiflisə tərəf hərəkət etdi. Artıq vaxt itkisinə səbəb olan 48 günlük mühasirə rus qüvvələrinin birləşərək əks hücuma keçməsi üçün şərait yaratdı.
Şamxor hadisəsi
Şamxor hadisəsi — Türkiyə cəbhəsindən geri qayıdan Rusiya hərbi hissələrinin 1918-ci il yanvarın 8–10-da Şamxor (indiki Şəmkir) stansiyası yaxınlığında tərk-silah edilmişdir. == İlkin hadisələr == Milli Azərbaycan hissələrinin yaradıldığı andan üzləşdiyi əsas problemlərdən biri müasir silahların çatışmazlığı idi. Müsəlman Korpusunun komandanı general-leytenant Ə.Şıxlinski öz xatirələrində yazırdı ki, "bizim əlimizdə silah, cəbbəxana… yox idi". Əgər ərzaq və paltar çatışmazlığını milli burjuaziyanın səyləri nəticəsində aradan qaldırmaq mümkün olmuşdusa, silah və hərbi texnika ilə təchizat olduqca zəif idi. Gürcü və erməni milli hissələri hələ müharibə dövründə silahla təmin edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni hərbçilər rus ordusunda hərbi vəzifələrdən çox təminat və təchizata cavabdeh olan vəzifələri tuturdular. Bolşeviklər hakimiyyətə gəldikdə də Qızıl Ordunun silah və sursatla təminatına cavabdeh olan idarələrdə ermənilərin sayı kifayət qədər idi. Zaqafqaziya Komissarlığı, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. Yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə bu məsələ yubadılırdı. Yubadılmanın səbəbi bir tərəfdən rus hərbi hissələrinin bolşevik təbliğatına uyması və milli hissələrə silah verməməsi idisə, digər tərəfdən Zaqafqaziya Komissarlığının rus, erməni və gürcü deputatları rus hərbi hissələrindən Azərbaycan hissələrinə silah ayrılmasını qəsdən gecikdirirdilər.
Şamxor mahalı
Şamxor mahalı — Gəncə xanlığının mahallarından biri. == Mahal haqqında qısa bilgi == Sahəsi — Əhalisi — Yaranması — 1747-ci il Mərkəzi — Dəllər kəndi Sərhədləri — Qərbdən Ayrım mahalı, şimaldan Şəmşəddil mahalı, şərqdən Şəki xanlığı, cənubdan Gəncə mahalı. == Mahalın tarixi == Xanlıqlar dövründə Şamxor mahalı Gəncə xanlığının tərkibində olmuşdur. Qazax sultanlığından başlayaraq Kür çayı boyunca cənuba doğru uzanan Gəncə xanlığı İrəvan və Qarabağ xanlıqları əhatəsində yerləşirdi. Samux, Kürəkbasan, Gəncə, Şamxor (Şəmkir) və Ayrım mahallarından ibarət idi. Ərazisi 5000 kv. verst idi. Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır. 1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.
Şamxor qəzası
Şamxor qəzası — 22 aprel 1920-ci ildə Gəncə qəzasından ayrılmış qəza. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 22 aprel 1920-ci il tarixli iclasında qəbul olunan 5 maddəli xüsusu qanina əsazən Şamxor qəzası yaradılmışdır. Qanunun birinci maddəsində Şamxor qəzasının Gəncə qəzasının qərb hissəsinin və keçmiş Novobayazid qəzasının ona bitişik hissələrinin hesabına yaradıldığı və qəza idarəsinin isə Zəyəm stansiyasında yerləşməli olduğu göstərilirdi. İkinci maddəyə görə isə yeni təsis edilmiş Şamxor qəzasına 34 kənd icmasının verilməsi nəzərdə tutulurdu. Bunlar Qaracəmirli, Georgiyevsk, Alabaşlı, Seyfəli, Annino, Dəllər, Keçili, Morul, Quşçu, Zəylik, Bolçalı, Damcılı, Xinnalı, Kovlar, Bayramlı, Aşağı Əyyublu, Yuxarı Ayıblı, Düyərli, İrmaşlı, Klixli, Çardaqlı, Barsum, Slavyanka, Gədəbəy, Novosaratovka, Novoivanovka, Miskanlı, Qaramurad, Cil, Məzri, Zad, Basarkeçər, Sarıyaqub, Aşağı Alçalı daxil idi. Üçüncü maddədə qəza polis idarəsinin yaradılması, 4-cü maddədən Gəncə Qəza Polis İdarəsinin heyətindən 4 nəfərini Şamxor Qəza Polis İdarəsinə təyin edilməsi, 5-ci maddədə isə Şəmkir Qəza İdarəsinə pul ayrılması qeyd olunmuşdu. 8 avqust 1929-cu ildə Şamxor qəzası ləğv edilmişdir.
Şamxor rayonu
Şəmkir rayonu — Azərbaycanın Qərbində yerləşir. "Şəmkir" adı ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qala V-VI əsrlərdə Əhəmənilər tərəfindən inşa edildiyi söylənilir. Bu qalanın qalıntılarını Muxtariyyat kəndindədir. Muxtariyyat kəndinin adı keçmişdə "Qala kəndi" idi. İndi isə Qədimqaladır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunu Şəmkir rayonu adlandırılmışdır. == Ümumi məlumat == == Şəhər və iri qəsəbələrin adları == Şəmkir rayonunda 1 şəhər, 7 şəhər tipli qəsəbə, 60 kənd vardır. == Sərhəd rayonlar == Göygöl, Gədəbəy, Daşkəsən, Tovuz, Samux rayonları ilə həmsərhəddir. == Əhali == == Ərazi == == Tarix == Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur.
Şamxor döyüşü (1195)
Şamxor döyüşü (gürc. შამქორის ბრძოლა) — 1 iyun 1195-ci ildə Gürcüstan krallığının ordusu ilə Şəmkir şəhəri yaxınlığında Atabəy Əbu Bəkr arasında döyüş. == Səbəb == Gürcüstan hərbi təşkilatı Şimali İrandakı Xorazmlərə məğlub olduqdan sonra başlayan Səlcuqlulara qarşı ümumi hücumun başlanğıcında onlara uğur qazandırdı. == Gürcüstan qarşı səfər == Gürcü qoşunlarının davamlı basqınlarından hiddətlənən Səlcuqlular Gürcüstanın artan gücünü qırmaq üçün bir kampaniya təşkil etmək qərarına gəldilər. Bunun üçün Bağdad xəlifəsi Ən-Nasirə müraciət etdilər. Bağdad xəlifəsi müsəlmanların mənəvi başçısı olaraq, xristianlar tərəfindən məzlum edilən dindarların müdafiəsinə qalxmağı müqəddəs vəzifə saydı və Gürcüstanın cəzalandırılması təklifini dəstəklədi. Kampaniyanın hazırlanmasına görə An-Nasir ödənc ayırır və bayrağını sadiqlərin ordusuna təhvil verir. Ən-Nasirdən maddi yardım ayırması və möminlərin dini hisslərinə müraciət etməsi Əbu Bəkrə böyük bir ordu toplamağa imkan verdi. Bu ordunun cəmləşməsi dərin gizlilik şəraitində aparıldı və gürcülər düşmənin artıq Güney Azərbaycanda olanda yaxınlaşan hücumu barədə məlumat aldılar. Əbu Bəkr əvvəlcə Gürcüstanın bir vassalı olaraq daim saray intriqalarında iştirak edən Şirvanşah I Axsitanı cəzalandırmaq qərarına gəldi.
Şamxorskilər
Şamxorskilər — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanda, keçmiş Yelizavetpol quberniyasında iri mülkədar nəsli. 40 min desyatindən artıq torpağı var idi. Şamxorskilərin torpaqlarında dəfələrlə kəndli çıxışları baş vermişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, Azərbaycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli dekretinə əsasən Şamxorskilərin mülx və torpaqları müsadirə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2006 •••••• 0.23
2007 •••••• 0.21
2010 ••••• 0.18
2012 ••••••• 0.26
2013 •••••••• 0.29
2014 ••••• 0.17

şamxor sözünün fransız dilinə tərcüməsi

"şamxor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şamxor nədir? #şamxor sözünün mənası #şamxor nə deməkdir? #şamxor sözünün izahı #şamxor sözünün yazılışı #şamxor necə yazılır? #şamxor sözünün düzgün yazılışı #şamxor leksik mənası #şamxor sözünün sinonimi #şamxor sözünün yaxın mənalı sözlər #şamxor sözünün əks mənası #şamxor sözünün etimologiyası #şamxor sözünün orfoqrafiyası #şamxor rusca #şamxor inglisça #şamxor fransızca #şamxor sözünün istifadəsi #sözlük