xəm sözü azərbaycan dilində

xəm

Yazılış

  • xəm • 67.4419%
  • Xəm • 27.9070%
  • XƏM • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elçin Xəmmədov
I Şah Təhmasibin Xəmsə əlyazması
I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır. Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir. == Tarixi == === Tarixi-mədəni mühit === XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu.
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.
Xəmir
Xəmir — çörək-bulka, qənnadı və makaron sənayesində istifadə olunan yarımfabrikat. Un, su, maya, duz və s.-nin müəyyən nisbətdə qarışığından hazırlanır. Bulka və s. məmulatların dad və ətrini yaxşılaşdırmaq üçün xəmirə yağ, şəkər, yumurta və ətirli-ədviyyəli maddələr də qatılır. Çörəkbişirmədə buğda unu xəmirini acıtmaq üçün ona quru, preslənmiş və ya duru maya, çovdar xəmirinə isə xəmrə əlavə edilir. Unlu qənnadı məmulatlarının əksəriyyətinin hazırlanmasında xəmirdə yumurta, süd, yağ, şəkər və s.-nin miqdarı çoxaldılır və ona maya vurmurlar. Azərbaycanda unlu şirniyyatının (şəkərbura, şorqoğalı, paxlava, kətə və s.) xəmiri xüsusi reseptlə və texnologiya ilə hazırlanır. Çörəkbişirmə istehsalında texnoloji prosesin birinci və əsas mərhələsi xəmirin hazırlanmasıdır. Bu mərhələ texnoloji prosesin ən uzunmüddətli mərhələsidir. Sonrakı mərhələlər (bölmə, bişirmə) və hazır məhsulun keyfiyyəti daha çox bu mərhələdən asılıdır.
Xəmir şəhristanı
Xəmir şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəndər Xəmir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 47,545 nəfər və 10,320 ailədən ibarət idi.
Xəmiraşı
Qoyun əti – 163q. Buğda unu – 35q. Yumurta −1/4 ədəd. Ərinmiş yağ – 10q. Ağ lobya – 20q. Şərab sirkəsi – 10q. Baş soğan – 20q. keşniş – 20q. Quru nanə – 1q. İstiot – zövqə görə.
Xəmis (Ərdəbil)
Xəmis və ya Xəms (fars. خمس‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,051 nəfər yaşayır (295 ailə).
Xəmis Qəddafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Xəmis Qəzzafi
Xəmis əl-Qəddafi (ərəb. خميس القذافي‎; 27 may 1983, Tərabülüs əl-Qərb – 29 avqust 2011, Tarhuna) — Müəmmər əl-Qəddafinin övladlarından biri. Hərbi təhsilini Rusiyada alıb, polis zabitidir. Özəl hərbi dəstənin komandanıdır. 2011-ci ilin fevralında Liviyanın Benqazi şəhərində Qəzzafi hakimiyyətinə etiraz edən aksiyaçılara qarşı silahlı əməliyyatlara komandanlıq edib.
Xəmit (Əbyəlil)
Xəmit kəndi (başq. Хәмит) — Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Xəmit kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Xəmit kəndinin milli tərkibi: başqırdlar 100%. Məsafələr: rayon mərkəzindən (Askar): 70 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 117 km. Совет муниципальных образований Республики Башкортостан.
Xəmriyyə
Xəmriyyə (ərəb. خمريات‎, fars. خمریه‎ — şərab poeziyası) - ərəbdilli və farsdilli ədəbiyyatda İslamın qadağan etdiyi şərabı mədh edən ədəbi hərəkatdır. Esat Ayyıldız, "Ebû Nuvâs’ın Şarap (Hamriyyât) Şiirleri". Bozok Üniversitesi İlahiyat Fakültesi Dergisi 18/18 (Aralık 2020): 147-173.
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. Qatılığına görə xəmrə üç cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Xəms-əl-Xəşna
Xəms-əl-Xəşna (ərəb. خميس الخشنة‎, fr. Khemis El Khechna) — Əlcəzairin şimalında şəhər, Bumerdes vilayətinin ərazisində kommuna. Kommuna vilayətin qərb hissəsində, dəniz səviyyəsindən 77 metr yüksəklikdə yerləşir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 35 kilometr cənub-şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 27 kilometr cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 76,474 nəfər idi.
Xəmsi
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur. Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.
Xəmsin
Xəmsin – Misirdə cənubdan əsən quru küləyin adıdır. Xəmsin yazda Aralıq dənizi üzərində havanın təzyiqi alçaq Nilin yuxarısında isə yüksək olanda əsir, özü ilə çoxlu toz və qum gətirir.
Xəmsə
Xəmsə – "Pənc gənc" ümumi adı ilə fars dilindən tərcümə olunan Azərbaycan ədəbiyyatının klassiki Nizami Gəncəvinin (1141–1209) beş əsas əsəridir. Nizami Gəncəvi öz ölməz beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") ilə dünya ədəbiyyatında tamamilə yeni bir səhifə açdı. Nizaminin beş poeması sonralar "Xəmsə" (ərəb. خمسة ‎, ivr. ‏חמסה‏‎ xəmsə həmayili) "Beşlik" adı altında birləşdirilmiş və bu adla da Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatlarında məşhur olmuşdur. Nizami məktəbinin bir çox ardıcılları ölməz ustad kimi "Xəmsə" yaratmağa çalışmış, ancaq baş şairə nəsib olmuşdur. Nizami Gəncəvi nin "Xəmsə"si Avstriya Milli Kitabxanasının "Azərbaycan əlyazmaları" sərgisində nümayiş etdirilir. Azərbaycan şairi Nizami Gəncəvinin beş poemadan ibarət "Xəmsə"sinin əlyazması xüsusi əhəmiyyət kəsb etdiyi üçün Heydər Əliyevin himayəsi ilə bərpa prosesinə başlanılıb. Bu qiymətli əsərin bərpa prosesi 2002-ci ildə başlanıb. Bərpa olunmuş əlyazmanın CD variantı artıq Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərilib.
Xəmsə (Qarabağ)
Xəmsə (erm. Խամսայի մելիքությունները) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş erməni məsihi məlikliyinin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. 19-cu əsrdə ermənilərin Qarabağa köçürülməsindən əvvəl burada az sayda yerli ermənilər mövcud idi ki, sonradan Rus imperiyasının Türkiyə və İrandan köçürdüyü ermənilərlə qarışaraq sayları artdı. Həmin məlikliklər bunlar idi: Dizaq Vərəndə Çiləbörd Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur) Xaçın 1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Semion İrəvanlının «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir.
Xəmsə (dəqiqləşdirmə)
Xəmsə — Nizami Gəncəvinin beş poeması ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə") Xəmsə (oyun) — beynəlxalq statuslu milli intellektual komanda oyunu. Xəmsə (Qarabağ) — Qarabağ məlikliyi. Xəmsə həmayili — Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayil.
Xəmsə (oyun)
Xəmsə — 2007-ci ildə Nə? Harada? Nə zaman? oyunu üzrə Azərbaycan çempionu Faiq Hüseynov tərəfindən yaradılmış beynəlxalq statuslu milli intellektual komanda oyunu. Oyun ilk dəfə 2007-ci il 2 fevral tarixində geniş auditoriyaya təqdim olunmuşdur. 2007-ci ilin yayından 2018-ci il avqustun 17-dək televeriliş şəklində ilk dəfə İctimai Televiziyada yayımlanıb. Verilişin aparıcısı kanalın idman oyunları şərhçisi Tural Dadaşovdur. 2014-cü ilin sonuna müxtəlif yaş qrupları — məktəblilər, tələbələr, böyüklər arasında ölkə çempionatları mütəmadi keçirilir. 2011-ci ilin iyulundan etibarən "Xəmsə" oyunu Gürcüstanın Batumi şəhərində hər il mütəmadi keçirilən İntellektual oyunlar üzrə Cənubi Qafqaz çempionatının, 2012-ci ildən isə həmin çempionatın yeni formatı olan Qara dəniz açıq çempionatının yarış proqramına daxil edilmişdir. 2011-ci ilin sentyabrında oyun Ukraynanın Odessa şəhərində keçirilən Nə?
İmad Xəmis
Imad Xəmis (ərəb. عماد محمد ديب خميس‎; 1 avqust 1961, Dəməşq) — Suriyanın 67-ci baş naziri və siyasətçisi. Xəmis 1961-ci il 1 avqust tarixində Səqba şəhərində anadan olub.1981-ci ildə Dəməşq Universitetinin mühəndislik kursuna daxil olub. İmad Xəmis evlidir və 3 övladı var.
Əmral Xəmmədov
Xəmsə əfşarları
Xəmsə əfşarları — Əfşar boyunun coğrafi bölgü əsasında formalaşmış qruplarından biri. Əfşarların Cənubi Azərbaycandakı bir digər qrupu Xəmsə əfşarları idi və onlar burada gümanki Səfəvi dövründən etibarən məskunlaşmışdılar. Xəmsə Qəzvin ilə Zəncan arasındakı inzibati bölgənin adıdır. Bu inzibati bölgənin əsas şəhəri də Zəncan idiş. Altı hissədən meydana gələn bu inzibati bölgədə əfşarlar əsasən Qəzvinin cənub-qərbindəki yerdən (bu yer hələ də Əfşar adlanmaqdadır) başlayaraq Sayınqala və Sultaniyyəyə qədər uzanan yerlərdə, şimaldakı Yuxarı Tarum, Aşağı Tarumda, hətta Xalxal çevrəsində sıx bir şəkildə yaşamaqda idilər. Bu bölgədəki əfşarlra əsasən Xəmsəli əfşarları deyilməkdədir. XVIII əsrə aid qaynaqlarda buranı idarə edən Əfşar bəyləri də XƏmsəli, Tarumi və ya Xalxali deyə anılmaqda idi. Xəmsə əfşarlarının çoxunun Eberlü oymağından olduğu bilinməkdədir. Sümerə görə, XVIII əsrdə adı keçən Qutulu Əfşarının Xəmsə əfşarlarından olması ehtimalı mövcuddur. H. Fieldə görə, əfşarlar əslində burada 5 min ailədən ibarət olsalar da, 1920-ci ildən etibarən sayları azalmış və min ailəyə düşmüşdür.
Xəmirkəsən (Duzluca)
Xəmirkəsən — Türkiyənin İğdır vilayətinin Duzluca rayonunda kənd. Kənd 1901-ci ildən eyni addadır. Ermənilər 13 avqust 1919-cu ildə kəndin kişilərini ayıraraq əksəriyyətini qətlə yetirmişdilər.
Xəmsə tayfaları
Xəmsə (fars. ایلات خمسه‎) — İranın cənub-qərbində yerləşəm Fars ostanında tayfa konfederasiyası. Beş tayfadan ibarətdir və ona görə də "xəmsə", yəni "beş" adlanır. Tayfalar qismən köçəridir. Onlardan bəziləri farsca danışan basarilər, bəziləri ərəbdilli ərəblər, bəziləri isə qaşqay dilində danışan (İnanlı, Baharlı və Nəfər) tayfalardır. Onlar qoyunçuluqla məşğuldurlar, dəvələrə minirlər. Xəmsə tayfa konfederasiyasının tarixi 1861–1862-ci illərdə Nasirəddin şah Qacarın Xəmsə tayfa konfederasiyasını yaratması ilə başlayır. O, mövcud beş köçəri tayfanı, ərəb, nəfər, baharlı, inanlı və basiriləri birləşdirərək Qəvamülmülk ailəsinin nəzarəti altına qoymuşdur. Tayfaların zorla birləşdirilməsi nümunəsi yeni ideya deyildi, çünki Səfəvi şahları əvvəllər bu qədər güc əldə edən qaşqayların artan gücünü yumşaltmaq üçün homogen qızılbaş konfederasiyaları yaratmışdılar. Xəmsə tayfaları farslar, türklər və ərəblərin qarışığı idi.
Xəmsə ərəbləri
Xəmsə ərəbləri — İranın Fars ostanının köçəri və pastoral tayfası. Onlar Xəmsə konfederasiyasının bir hissəsidirlər. Körfəz ərəbcəsinin ləhcəsində danışırlar. Onların əhalisi təxminən 200,000 nəfərdir. Şeybanilər digər qrupdan əvvəl İranda məskən salmışdılar. Əvvəlcə Xorasanda məskən salmış, sonra Fars ostanına köçmüşdülər. Onların bir qrupu Xuzistanın Bavi şəhristanının Şeyban şəhərində yaşayır. Fars ostanında məskunlaşan Cabbarilər öz iddialarına görə, Məhəmmədin səhabəsi Cabir ibn Abdullahın nəslindəndirlər. Onların əcdadı Şeyx Cinah Fars ostanına məskən salmış və nəslinə “Cabbari” adını verərək Şeybani qızı ilə evlənmişdir. Xəmsə ərəbləri bir çox fars sözlərini qəbul edən ərəb dilinin Körfəz ləhcəsində danışırlar.

xəm sözünün leksik mənası və izahı

"xəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəm nədir? #xəm sözünün mənası #xəm nə deməkdir? #xəm sözünün izahı #xəm sözünün yazılışı #xəm necə yazılır? #xəm sözünün düzgün yazılışı #xəm leksik mənası #xəm sözünün sinonimi #xəm sözünün yaxın mənalı sözlər #xəm sözünün əks mənası #xəm sözünün etimologiyası #xəm sözünün orfoqrafiyası #xəm rusca #xəm inglisça #xəm fransızca #xəm sözünün istifadəsi #sözlük