xəmrə sözü azərbaycan dilində

xəmrə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəmrə • 72.7273%
  • Xəmrə • 22.7273%
  • XƏMRƏ • 4.5455%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəmrə
Xəmrə - buğda unu, maya və sudan hazırlanan, müəyyən hissəsi xəmirin yoğrulmasına, qalan hissəsi isə xəmrənin özünün təzələnməsinə (yenidən istehsalına) sərf olunan yarımfabrikatdır. == Xəmrənin hazırlanması == Qatılığına görə xəmrə iki cür olur: qatı xəmrə, çox qatı xəmrə və maye xəmrə. Bütün xəmrələr əvvəlcə becərmə dövründə, sonra isə istehsalat dövründə hazırlanır. Çovdar unundan, çovdar və buğda unları qarışığından çörək istehsalı zamanı xəmir çox qatı xəmrə ilə; dəm tətbiq et-məklə maye xəmrə ilə; dəm tətbiq etmədən maye xəmrə ilə; qa-tılaşdırılmış mayasız süd turşulu xəmrə ilə hazırlanır. Xəmrələr tam becərmə dövrü üzrə hər bir müəssisədə müəyyənləşdirilmiş qrafik üzrə ildə 1÷2 dəfə, yaxud qaldırma qüvvəsi pisləşdikdə, turşuluğun toplanması kifayət etmədikdə, dadı və qoxusu pisləşdikdə, məcburi boş dayanmalar nəticəsində, yaxud müəyyənləşdirilmiş texnoloji rejimin pozulması zamanı digər qüsurlar meydana çıxdıqda yenidən hazırlanır .
Qatı xəmrə
Qatı xəmrə – nəmliyi 48-50%, son turşuluğu: kəpəkli çovdar unundan hazırlandıqda 13-180N, kəpəksiz çovdar unundan hazırlandıqda isə 11-140N, “kürəciyin suyun üzünə çıxmasına” görə qaldırma qüvvəsi 18-25 dəq. olan qatı konsistensiyalı yarımfabrikatdır (fazadır).. == Qatı xəmrənin hazırlanması == Qatı xəmrə əvvəlcə becərmə dövründə, sonra istehsalat dövründə hazırlanır. Becərmə dövründə qatı xəmrə yalnız bir dəfə hazırlanır, sonrakı istehsalat dövründə isə təkrar istehsal olunaraq təzələndirilir və bu yolla fəal vəziyyətdə saxlanılır. === Becərmə dövrü === Becərmə dövründə qatı xəmrə üç fazada hazırlanır: I fazada – mayalı xəmrə, II fazada – aralıq xəmrə, III fazada – əsas xəmrə. I fazanın xəmrəsi üç variantda hazırlanır. Birinci variantda mayaların və süd turşulu bakteriyaların təmiz kulturalarından, ikinci variantda quru laktobakterindən, üçüncü variantda isə əvvəl hazırlanmış istehsalat xəmrəsindən (yetişdirilmiş xəmrədən) və preslənmiş mayalardan istifadə edilir. I fazanın xəmrəsini hazırlamaq üçün mayaların və süd turşulu bakteriyaların təmiz kulturaları, yaxud əvvəl hazırlanmış istehsalat xəmrəsi və preslənmiş mayalar müəyyən miqdarda su və un ilə yoğrulur, qıcqırmağa qoyulur. Müəyyən qıcqırma müddətindən sonra I fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və II fazanın xəmrəsi alınır. Müəyyən qıcqırma müddətindən sonra II fazanın xəmrəsinə su və un əlavə edilərək yoğrulur, qıcqırmağa qoyulur və III fazanın xəmrəsi alınır.

xəmrə sözünün leksik mənası və izahı

xəmrə sözünün sinonimləri (yaxın mənalı sözlər)

xəmrə sözünün rus dilinə tərcüməsi

xəmrə sözünün ləzgi dilinə tərcüməsi

xəmrə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Culfa, İsmayıllı, Naxçıvan, Şahbuz, Şərur) bax xamra. – Xəmrəni xəmrə qatıllar (Şahbuz); – Xəmrəmizi pişiy yeyib, onun dərdinnən xəmir eliyə bilmiriy (Culfa)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xəmrə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəmrə nədir? #xəmrə sözünün mənası #xəmrə nə deməkdir? #xəmrə sözünün izahı #xəmrə sözünün yazılışı #xəmrə necə yazılır? #xəmrə sözünün düzgün yazılışı #xəmrə leksik mənası #xəmrə sözünün sinonimi #xəmrə sözünün yaxın mənalı sözlər #xəmrə sözünün əks mənası #xəmrə sözünün etimologiyası #xəmrə sözünün orfoqrafiyası #xəmrə rusca #xəmrə inglisça #xəmrə fransızca #xəmrə sözünün istifadəsi #sözlük