xətər sözü azərbaycan dilində

xətər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xətər • 96.5854%
  • Xətər • 2.4390%
  • XƏTƏR • 0.9756%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xətər sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Təhlükə, qorxu. [Şah öz-özünə:] İndi bütün ümidim vəzirin fərasətinədir, yəqin keçəni görüb mənim xətərdə olduğumu anlar. Ü.Hacıbəyov. 2. Ziyan, zərər. [Həcər:] Ömrün uzun olsun, Qəhrəman qardaş; Xətər görməyəsən heç zaman, qardaş!… S.Rüstəm. □ Xətər dəymək (gəlmək, toxunmaq) – 1) ziyan dəymək, zərər dəymək. Güclü, doludan taxıla xeyli xətər toxundu. – Səlim bildi ki, belə ovçulardan bu quşlara bir xətər gəlməz. M.Rzaquluzadə. Nə qarajın qapısından asılan qıfıl sındırılıb, nə də maşının açar yerinə bir xətər dəyib. H.Seyidbəyli; 2) fəlakət, bədbəxtlik üz vermək; fəlakətə, faciəyə uğramaq, ziyan dəymək. Mən misal üçün deyirəm ki, iki-üç günlüyə göz-qulaq olaq ki, uşaqlara bir xətər toxunmasın. S.Rəhimov. [Şeyx Amiri qullara:] Dərhal oğlumun izinə düşüb səhraya gedin! Dalınca gəzin, keşiyin çəkin, ona bir xətər dəyməsin. Ə.Məmmədxanlı. Xətər vurmaq – qəsd etmək, ziyan vurmaq; öldürmək. [Qarı Nurəli xana:] İndi sənə bir yağı göz dikibdir, … xətər vurmaq istəyir. Çəmənzəminli. Xətər yetirən – toxunan, təhqir edən. Qayınata isə arvadı ilə namusa xətər yetirən sözlər icad edib, gəlinə min böhtanlar isnad verirdilər. Çəmənzəminli. Xətər yetirmək – zərər yetirmək, fəlakətə uğratmaq, canına qəsd etmək; vurmaq, yaralamaq. [Eyvaz dəlilərə:] Biz əgər belə şəhərə girsək, Koroğluya xətər yetirərlər. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / xətər

xətər sözünün sinonimləri (yaxın mənalı sözlər)

xətər sözünün rus dilinə tərcüməsi

  • 1 1. угроза, опасность; 2. вред;

    Azərbaycanca-rusca lüğət / xətər
  • 2 сущ. 1. опасность (угроза бедствия, несчастья, катастрофы). Ciddi xətər серьёзная опасность (угроза), xətər sovuşdu опасность (угроза) миновала 2. вред. Xətər dəyib kimə, nəyə нанесён вред кому, чему; xətər yetirmək kimə, nəyə: 1. подвергать опасности кого, что 2. наносить, нанести вред

    Azərbaycanca-rusca lüğət / xətər

xətər sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. jeopardy; peril; danger; threat, menace; ~dən uzaq out of danger; ~ə məruz qoymaq to expose to danger (d.), to endanger (d.), to jeopardize (d.); həyat üçün ~li perilous of one’s life, in peril of one’s life; 2. (ziyan) harm, hurt, injury, damage; ~ yetirmək to harm (d.), to do* harm (to), to injure (to); to damage (d.)

    Azərbaycanca-ingiliscə lüğət / xətər

xətər sözünün fransız dilinə tərcüməsi

  • 1 is. danger m ; peril m ; həyat üçün ~li au péril de la vie ; ~lidir il est dangereux ; ~ sovuşdu le danger a passé ; ~ yetirmək nuire à ; ~dən uzaq loin du danger

    Azərbaycanca-fransızca lüğət / xətər

xətər sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. хата, хаталувал, кичӀевал; 2. зиян, зарар; xətər dəymək а) зиян галукьун, зарар галукьун; б) кьилел бедбахтвал атун, кьил баладик акатун; машат хьун, хасаратвал хьун; xətər vurmaq къаст авун, зарар гун, хасаратвал авун; кьин; xətər yetirmək зарар галукьарун, ччандиз къаст авун; хасаратвал гун, ягъун, яна херун.

    Azərbaycanca-ləzgicə lüğəti / xətər

xətər sözünün türk dilinə tərcüməsi

"xətər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xətər nədir? #xətər sözünün mənası #xətər nə deməkdir? #xətər sözünün izahı #xətər sözünün yazılışı #xətər necə yazılır? #xətər sözünün düzgün yazılışı #xətər leksik mənası #xətər sözünün sinonimi #xətər sözünün yaxın mənalı sözlər #xətər sözünün əks mənası #xətər sözünün etimologiyası #xətər sözünün orfoqrafiyası #xətər rusca #xətər inglisça #xətər fransızca #xətər sözünün istifadəsi #sözlük