xətlər sözü azərbaycan dilində

xətlər

Yazılış

  • xətlər • 98.0695%
  • Xətlər • 1.8447%
  • XƏTLƏR • 0.0858%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elektrikötürücü xətlər
Elektrikötürücü xətlər — elektrik şəbəkəsinin tərkib hissələrindən biri, elektrik cərəyanından elektrik ötürmək üçün nəzərdə tutulmuş enerji avadanlığı sistemi. Həm də elektrik stansiyasından kənara çıxan belə bir sistemin tərkibində olan elektrik xətti. Hava və kabel elektrik xətləri var. Son illərdə qaz izolyasiya edilmiş xətlər populyarlaşmışdır. Elektrikötürücü xətlərlə yüksəktezlikli siqnallar vasitəsilə informasiya ötürülməsi də mümkündür. Mütəxəssislərin rəyinə görə, təkcə MDB dövlətlərində 60 min yüksəktezlikli məlumat ötürmə kanalı istifadə edilir. Onlar dispetçer idarəetməsi, telemetrik məlumatların ötürülməsi, rele mühafizə və qəza əleyhinə avtomat sistemlərə siqnalların ötürülməsi üçün istifadə edilir. Elektrikötürücü xətlərin tikilməsi özündə layihələndirmə, istehsal, quraşdırma, işəsalma və xidməti əhatə edən mürəkkəb prosesdir. == Keçiricilik qabiliyyəti == Elektrik keçiricilik qabiliyyəti dedikdə rejim-texniki məhdudiyyətlər nəzərə alınmaqla üç elektrikötürücü fazanın uzunmüddətli sabit rejimdə ötürməsi mümkün olan ən yüksək aktiv gücü başa düşülür. Ötürüləbilən ən yüksək aktiv elektrik gücü elektrik stansiyalarının generatorlarının, elektroenergetika sisteminin ötürücü və qəbuledici hissələrinin statik dayanıqlılığından və yol verilən cərəyanla xətlərin naqillərinin yol verilən qızma gücündən asılıdır.
Paralel xətlər
Paralel xətlər (q.yun. παράλληλος hərfi mənada "yan-yana dayanan, digəri boyunca qaçan") — planimetriyada kəsişməyən düz xətlər. Stereometriyada iki xətt eyni müstəvidə yerləşirsə və kəsişmirsə, paralel adlanır. Evklid həndəsəsində paralel xətlər eyni müstəvidə yerləşən və kəsişməyən xətlərdir. Tərifin başqa variantında üst-üstə düşən xətlər də paralel hesab olunur . Sonuncu tərifin üstünlüyü ondan ibarətdir ki, paralellik ekvivalentlik münasibətinə çevrilir . Xətlərin paralelliyi m {\displaystyle m} və n {\displaystyle n} adətən aşağıdakı kimi qeyd olunur: m ∥ n . {\displaystyle m\parallel n.} Xəttdə olmayan hər hansı bir nöqtə vasitəsilə verilənə paralel bir xətt çəkə bilərsiniz və üstəlik, yalnız bir xətt. Bu ifadənin sonuncu hissəsi Evklidin məşhur beşinci postulatıdır. Beşinci postulatın rədd edilməsi Lobaçevski həndəsəsinə gətirib çıxarır.
Çarpaz düz xətlər
Bir müstəvi üzərində yerləşməyən iki düz xətt. Əgər a {\displaystyle a} və b {\displaystyle b} düz xətləri çarpazdırsa, onda yalnız bir cüt paralel α {\displaystyle \alpha } və β {\displaystyle \beta } müstəviləri var ki, a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β . {\displaystyle b\subset \beta .} Eyni zamanda sonsuz sayda perpendikulyar müstəvilər cütü var ki, onlardan biri a {\displaystyle a} düz xəttindən, digəri isə b {\displaystyle b} düz xəttindən keçir. Əgər α ‖ β {\displaystyle \alpha \|\beta } , a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β {\displaystyle b\subset \beta } olarsa, ondabu iki paralel müstəvi arasındakı məsafə a {\displaystyle a} və b {\displaystyle b} çarpaz düz xətləri arasındakı məsafəyə bərabərdir. a {\displaystyle a} və b {\displaystyle b} düz xətləriin çarpazlığı " a − b {\displaystyle a-b} " kimi işarə olunur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
"Avtomatik Xətlər" Elmi-İstehsalat Müəssisəsi
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == 1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması: "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının; Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının; "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır. 2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.
Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi

Blaşko xətləri
Blaşko xətləri olduqca nadir görünür və ilk olaraq 1901-ci ildə alman dermatoloqu Alfred Blaşko tərəfindən təqdim edilən, açıqlana bilməyən bir insan anatomiyası fenomenidir. Nə müəyyən bir xəstəlik, nə də bir xəstəliyin təxmin edilə bilən əlamətidir. Bir çox köçürülən və əldə edilən bədən, ya da mukoz xəstəliyi özlərini, lentlərinin vizual görünüşünü yaradan naxışlara görə izah edirlər. Onları daha müəyyən hala gətirən şey xəstədən, xəstəyə bənzər yaxınlıqda uyğunlaşmalaradır, ümumiyyətlə, onurğa ətrafında V şəklində sinə, qarın və yan tərəflər ətrafında S şəklində forma götürər. == Əlamətləri == Ən ilginci isə gedən cəsəd sindromudur. Bu xəstəliyin daşıyıcıları ölü olduqlarına inanırlar. Bu bir ağılı depressiya və intihar meylləri sindromudur. Belə ki, bu vəziyyətdə xəstə hər şeyini itirmiş olmaqdan şikayət edir. Onlar ehtiraslarını, bədəninin bir qismini ya da hamısını, ümumiyyətlə öldüyünü və gedən bir cəsəd olduğunu düşünürlər. Şizofreniyaya tutulanlar da öldüklərini, ətlərinin çürüdüyünü, bəzən də həyati orqanlarının ya da qanının olmadığını düşünürlər.
Boru Xətlərində Yeni Texnika (1979)
Boru xətlərində yeni texnika qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə boru xətlərinin salınmasında yeni texnikanın istifadə olunmasından danışılır. == Məzmun == Kinolentdə boru xətlərinin salınmasında yeni texnikanın istifadə olunmasından danışılır.
Boru xətlərində yeni texnika (film, 1979)
Boru xətlərində yeni texnika qısametrajlı sənədli filmi rejissor Vyaçeslav Mixaylov tərəfindən 1979-cu ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə boru xətlərinin salınmasında yeni texnikanın istifadə olunmasından danışılır. == Məzmun == Kinolentdə boru xətlərinin salınmasında yeni texnikanın istifadə olunmasından danışılır.
Elektrik veriliş xətləri
Elektrik veriliş xətti — işlədiciləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik stansiyalarında hasil olunan elektrik enerjisinin ötürülməsi və paylanmasını həyata keçirən qurğulardır. == Elektrik verilişi xətlərinin gərginlik sinifləri == Şəbəkənin xarakteristikasından, xəttin uzunluğundan, işlədicilərin sayından və s. asılı olaraq EVX-ləri aşağıdakı gərginlik siniflərinə ayrılır: Alçaq gərginlikli — (1 kV – dan aşağı gərginlik) Orta gərginlik — (1 kV – dan 35 kV – dək olan diapazondakı gərginlik) Yüksək gərginlikli — (110 ÷ 220 kV – dək olan diapazondakı gərginlik) İfrat yüksək gərginlikli — (330 kV – dan 750 kV – dək olan diapazondakı gərginlik) Ultra yüksək gərginlikli — (750 kV – dan yüksək olan gərginlik) == Elektrik verilişi xəttinin konstruktiv quruluşu == EVX konstruktiv quruluşuna görə aşağıdakılara bölünür: Hava EVX — cərəyanın ötürülməsi xüsusi dayaqlar üzərində çəkilmiş məftillər vasitəsilə həyata keçirilir. Kabel EVX — cərəyanın ötürülməsi xüsusi kabel kanallarında, torpaqda və s. quraşdırılmış güc kabelləri vasitəsilə həyata keçirilir. == Hava elektrik veriliş xətti == Hava elektrik veriliş xətti elektrik enerjisinin dayaqlardakı izolyatorlardan asılmış məftillər vasitəsilə ötürülməsinə və paylanılmasına xidmət edən qurğudur. === Hava elektrik verilişi xətti konstruktiv elementləri === Elektrik enerjisini ötürən məftillər Məftilləri atmosfer (ildırım) ifrat gərginliklərindən mühafizə edən troslar Məftilləri yer və su səthindən müəyyən məsafədə saxlayan dayaqlar Məftilləri dayaqlardan izolə edən izolyatorlar Məftilləri, izolyatorları və dayaqları bir-biri ilə əlaqələndirən armaturlar Dayaqların, trosların, izolyatorların ağırlığını öz üzərinə götürən özüllər Dayaqların torpaqlama sistemləri Hava elektrik veriliş xətlərinin məftil və trosları müəyyən yerlərdə (xəttin çəkilmə şəraitindən asılı olaraq) aknker dayaqlara sərt bərkidilməli və lazımi qədər çəkilməlidir. Anker dayaqları arasında məftil və trosları müəyyən hündürlükdə saxlamaq üçün aralıq dayaqları qurulur. Dayaqlarda iki qonşu bərkidilmə nöqtəsi arasındakı ən kiçik məsafəyə aşırımın uzunluğu və ya aşırım (l) deyilir. Məftilin ən çox sallanma şəraitində onunla yer arasındakı ən kiçik məsafəyə qabarit məsafəsi (h) deyilir.
Elektrik veriliş xətləri (EVX)

Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naska xətləri
Naska xətti — Perunun cənub hissəsində, Naska dağ yamacında nəhəng həndəsi və fiqurlu geoqliflər. Şimaldan cənuba 50 kilometr, qərbdən şərqə 5-7 kilometr uzanan dağ yamacında 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörümçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Həcmlərinə görə ancaq çox yüksək məsafədən görünən bu simvollar özündə əsasən, heyvan və bitkilərin böyük təsvirini birləşdirir. Qədim astronavtlarla bağlı nəzəriyyə olan paleokontakt üzrə bir çox mütəxəssislərin fikrinə görə, bu fiqurlar kosmik gəmilər üçün eniş meydanı funksiyasını daşımışdır. Yer üzündəki müəmmaların ən böyüklərindən biri Naska şəkilləridir. Perunun cənub hissəsindəki Naska düzənliyində 65 kvadrat kilometr ərazidə yayılmış böyük cizgilər, şəkillər var. 30-a qədər heroqlif rəsmlər (quş, meymun, hörmçək, güllər və s.); həmçinin 13 min xətt və 700-ə qədər həndəsi fiqur şəkilləri (əsasən üçbucaq və trapezlər, yüzlərlə spirallar) məlumdur. Üçbucaqlar, düz xətlər, kəsişən xətlər və heyvan şəkilləri təxminən e.ə 650-400-cü illər arasında daşların yerlərindən sökülməsiylə düzəldilmişdir. Ümumiyyətlə bu cizgilərə "İnka" yolları adı verilib, amma bu fikir yalnışdır, çünki bu yollar heç bir yerə aparmır. 1939-cu ildə bir təyyarədən kəşf edildikdən sonra bunların şəkil olması öz təsdiqini tapıb.
Şreger xətləri
Şreqer xətləri fil və mamont dişinin üzərindəki kəşişmə hissələrində görünür və mamontlarda iti bucaqdan və müasir fillərdə kor bucaqdan ibarətdir.

"xətlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xətlər nədir? #xətlər sözünün mənası #xətlər nə deməkdir? #xətlər sözünün izahı #xətlər sözünün yazılışı #xətlər necə yazılır? #xətlər sözünün düzgün yazılışı #xətlər leksik mənası #xətlər sözünün sinonimi #xətlər sözünün yaxın mənalı sözlər #xətlər sözünün əks mənası #xətlər sözünün etimologiyası #xətlər sözünün orfoqrafiyası #xətlər rusca #xətlər inglisça #xətlər fransızca #xətlər sözünün istifadəsi #sözlük