Bəylər sözü azərbaycan dilində

Bəylər

Yazılış

  • Bəylər • 86.4275%
  • bəylər • 13.0265%
  • BƏYLƏR • 0.5460%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi.Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — MüğənniYaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid. Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir.
Aygün Bəylər
Aygün Bəylər (22 avqust 1975, Kirov) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir. 2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
Bala Bəylər
Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Böyük Bəylər
Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Bəylər (Saatlı)
Bəylər — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Bəylər kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Saatlı rayonunun Bəylər kəndi Əlisoltanlı kənd inzibati dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Bəylər kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisinin sayı 1604 nəfərdir. == Din == Kənddə Bəylər kənd məscidi dini icması fəaliyyət göstərir.
Bəylər Aslanov
Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. == Həyatı == Bəylər Aslanov 16 mart 1957-ci ildə Azərbaycan Respublikası, Laçın rayonu, Fərəcan kənd sovetliyinin Səfian kəndində anadan olmuşdur. 1975-ci ildə Laçın şəhər orta məktəbini qurtararaq həmin ildə M.Əzizbəyov adına Neft və Kimya (hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyası) (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) institutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, institutu qırmızı dıplomla qurtararaq "Dağ mühəndisi-geofizik" ixtisası almış və həmin institutun aspirantura şöbəsinə qəbul olunmuşdur. 1990-cı ildə "Geofiziki məlumatlara görə Orta Xəzərin dərinlik quruluşu" mövzusunda namizədlik (geologiya-mineralogiya elmləri namizədi), 2010-cu ildə "Azərbaycanın əsas geostruktur elementlərinin tektonikası və onların qravitasiya sahəsində ifadəsi" mövzusunda doktorluq (geologiya-mineralogiya elmləri doktoru) dissertasiyası müdafiə etmişdir. 2007-ci ildə geoloji-geofiziki məlumatların interpretasiyası fənni üzrə ixtisas dosenti elmi adı almışdır. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. == Əmək fəaliyyəti == 1975—1984 — M.Əzizbəyov adına Neft və Kimya institutunun tələbəsi; 1976—1978 — SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət; 1978-1982 — Milli Elmlər Akademiyası "Geofizika" Elmi Mərkəzi, texnik; 1982—1983 — Milli Elmlər Akademiyası Geologiya institutu, böyük texnik; 1983—1995 — "Xəzərdənizneftgeofiz-kəşfiyyat" tresti, böyük texnik, geofizik, böyük geofizik; 1995—2004 — "Azərneft-geofizika" tresti (hal-hazırda Kəşfiyyat Geofizikası idarəsi) böyük geofizik, aparıcı geofizik; 2004—2010 — Zəlzələlərin Proqnozu və Öyrənilməsi Elmi-tədqiqat İnstitutu, "Geofiziki tədqiqatlar" laboratoriyasının müdiri, elmi işlər üzrə direktor müavini, paralel olaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Elmi mərkəzində bölmə rəisi (Aspiranturanın direktoru); 04 iyun 2010-cu il tarixdən hal-hazıra qədər Respublika Dövlət Neft Şirkəti, "Neftqazelmitədqiqatlayihə" institutu, "Geoloji-geofiziki məlumatların ümumiləşdirilməsi" laboratoriyasının aparıcı elmi işçisi, sonradan həmin laboratoriyanın müdiri, paralel olaraq Bakı Dövlət Universiteti, "Seysmologiya və Yer təkinin fizikası" kafedrasının dosenti vəzifələrində işləyir. == Elmi fəaliyyəti == 90-dan çox elmi məqaləsi, o cümlədən iki monoqrafiya, iki dərs vəsaiti, iki patenti var. == Elmi istiqaməti == Elmdə müdafiə etdiyi aspektlərdən başqa ilk dəfə isbat etmişdir ki, İran körfəzi nefti ilə Cənubi Xəzər çökəkliyinin nefti arasında tam bağlılıq mövcuddur və Yer qabığının quruluşundan asılı olaraq neftin əsas kütləsi İran körfəzinə "axır".
Bəylər Ağayev
Bəylər Tapdıq oğlu Ağayev (3 fevral 1969, Qaraağac, Qubadlı rayonu – 6 avqust 1992, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qarağac kəndində doğulmuşdur. O hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olur. 1992-ci ildə təhsilini yarımçıq qoyan Bəylər könüllü olaraq Milli Ordu sıralarına yazılır. == Döyüşlərdə iştirakı == Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. 1992-ci il… Avqustun 6-sı… Erməni irqçi vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür.
Bəylər Eyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Bəylər Məmmədov
Bəylər Məmmədov (əsgər) — Azərbaycanlı əsgər. "Hərbi xidmətlərinə görə" medalı laureatı. Bəylər Məmmədov (filoloq) — Azərbaycanlı filoloq, pedaqoq.
Bəylər məscidi
Bəylər məscidi — İçəri Şəhərdə yerləşən və yerli əhəmiyyətli abidə olan məscid. == Haqqında == Məscid İçəri şəhərdə Şirvanşahlar Sarayı Kompleksinin yaxınlığında yerləşir. 1895-ci ildə tikilib. Məscidin inşasında Məhəmməd Haşim Əl-Bakuinin oğulları Hacı-baba və Hacı Cavad, eləcə də məşhur milyonçu Аğa-Murtuza Muxtarov, xəttat İbrahim Şirvani, Mir Əli ən-Nağı, Mir Tağı, usta-memar Seyid Hüseyn də iştirak etmişdilər. Daha qədim məscidin yerində inşa olunmuş, özündə Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərini birləşdirir.Məsciddə İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə 2014-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına qədər təmir-bərpa işləri aparılıb. Təmir-bərpa zamanı məscidin pəncərələrindəki taxtadan olan altıgüşəli Davud ulduzu simvolu ləğv edilərək taxta şəbəkə ilə əvəz edilmişdir. == Memarlığı == Burada ilk dəfə Bakı memarlıq məktəbi üçün xarakterik olan fəzalı-forma kompozisiyasının tətbiqinə cəhd edilmişdir. Buna baxmayaraq, məscidin Şirvanşahlar Saray Kompleksinin klassik tikintisi ilə heç bir ümumi cəhətləri yoxdur, sadəcə, minarəsinin və daş günbəzinin quruluşunda müəyyən oxşarlıqların olduğu sezilir. Cəmi bir minarədən ibarət Bəylər məscidinin interyerinə vestibül və üç nefli ibadət zalı daxildir.
Bəylər Əyyubov
Bəylər Həsən oğlu Eyyubov (10 mart 1951, Şirazlı, Vedi rayonu) —Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini (2003–2020), general-polkovnik. "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Bəylər Eyyubov 10 mart 1951-ci ildə Ermənistan SSR-də yerləşən Şirazlı kəndində anadan olmuşdur. == Karyerası == Bəylər Eyyubov 2 iyun 2003-cü ildə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini — Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilmişdir.16 mart 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. == Mükafatları == 26.12.1998 — "Azərbaycan Bayrağı" ordeni. 21.08.2010 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
Aşıq Bəylər Qədirov
Aşıq Bəylər Qədirov (tam adı:Qədirov Bəylər Hacı Rəşid oğlu; d. 25 may 1914, Çuxanlı, Salyan rayonu, Azərbaycan – v. 1991, Çuxanlı, Salyan rayonu, Azərbaycan) — Azərbaycan aşığı, aşıq sənətinin "Bülbülü" kimi tanınmış, Şirvan aşıq məktəbinin inkişafında özünəməxsus xidmətləri olmuşdur. == Həyatı == Aşıq Bəylər Qədirov 25 may 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulub. O uşaq yaşlarından aşıqlıq sənətinə maraq göstərmiş, yüksək bacarıq və istedadı sayəsində bu sənətin bilicisinə çevirilmişdir.1938-ci ildən el məclislərdə çıxış edib. Azərbaycan Aşıqlarının II və III Qurultaylarında iştirak edib. Bir sənətkar kimi xidmətləri yüksək qiymətləndirilib, diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülüb.1970-ci illərdə Moskvada "Azərbaycan mədəniyyəti günləri ongünlüyü"ndə iştirak etmişdir. XX əsrdə Şirvan bölgəsində, eləcə də Azərbaycan səviyyəsində tanınan Aşıq Bəylər Qədirov Şirvan aşıq mühitinin ən layiqli nümayəndəsi olmuşdur. Aşığın sənətkar kimi formalaşmasında ərazinin toyları, el şənlikləri mühüm rol oynamışdır. Beləki, yaşayıb-yaratdığı illərdə bölgədə keçirilən bütün ictimai tədbirlərdə, el şənliklərində fəal iştirak etmişdir.Görkəmli sənətkar Aşıq Bəylər 1991-ci ilin 3 iyununda Salyan rayonunun Çuxanlı kəndində vəfat edib.
Bəylər Məmmədov (filoloq)
Bəylər Məmmədov (1924, Şuşa, DQMV – 15 fevral 1991, Bakı) — filoloq, pedaqoq. == Həyat == Bəylər Ağalar oğlu Məmmədov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. İxtisasca stomatoloqdur. Filologiya sahəsində dissertasiya müdafiə etdiyi üçün filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. Alim hekayə və şeirlər yazmışdırBəylər Məmmədov 15 fevral 1991-ci ildə Bakıda vəfat etmiş, vəsiyyətinə görə Şuşada dəfn edilmişdir. == Yaradıcılığı == Bəylər Məmmədov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Xurşidbanu Natəvanın həyat və yaradıcılığının tədqiq etmişdir. Alim ilk dəfə olaraq Natəvanın şair qohumları haqqında da məlumat vermişdir. O, "Natəvanın şair qohumları" kitabında şairənin anası Bədircahan bəyimin, dayıları Kəlbəli xan Müsahibin, Fətəli bəy Halinin, bibiləri Ağabəyim ağa Ağabacının, Gövhər ağanın, əmisi Əbülfət xan Tutinin, əmisi oğlu Cəfərqulu xan Nəvanın, bibisi oğlu Qasım bəy Zakirin yaradıcılıqlarından bəhs etmiş, nümunələr göstərmişdir. Tədqiqatçı Natəvanın övladları Mehdiqulu xan Vəfanın, Mir Həsən Ağa Mirin, Xanbikə xanımın analarının poetik üslubunu davam etdirdiklərini, orijinal qəzəllər qələmə aldıqlarını yazmışdır. == Əsas elmi əsərləri == Xurşid Banu Natəvan.
Bəylər Məmmədov (əsgər)
Bəylər Eldar oğlu Məmmədov (13 mart 1971, Ağkilsə, Vardenis rayonu – 18 fevral 1993, Ağdam) — Şəhid. == Həyatı == Məmmədov Bəylər Eldar oğlu 1971-ci il martın 13-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. 1988-ci ilin dekabrında erməni təcavüzü nəticəsində elindən–obasından didərgin düşüb, Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1992-ci ilin aprel ayının 1-də Daşkəsən RHK-dan könüllü olaraq Milli Ordu sıralarına yollanıb. 1993-cü il fevralın 18-də Qarabağda Ağdərə rayonunun Aterk kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Gəncə şəhərindəki şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra 9 oktyabr 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədov Bəylər Eldar oğlu "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Mirzə Bəylər
Mirzə Bəylər (1837, Zod – 1919) — Göyçəli el şairi. == Həyatı == El şairi Mirzə Bəylərin həyat və sənət yolunda atası Kazımın xüsusi rolu vardır. O, özü savadlı, tərəqqipərvər olduğu üçün oğlu Bəylərin təhsilinin qayğısına qalmış, oğlunun ərəb, fars, rus, fransız dillərində mükəmməl təhsil almasına nail olmuşdur. Doğma kəndi Zodda Axund Qafarın yanında 4 il ruhani məktəbində və təxminən 1870–1880-ci illərdə İrəvanda rus-tatar məktəbində, daha sonra Kəvərdə gimnaziyada təhsil almışdır. Çox dil bilməsinə və yaxşı xəttat olmasına görə el arasında ona "Mirzə Bəylər" — deyə müraciət edərmişlər. Qabiliyyəti, istedadı ilə məşhur olan Mirzə Bəylər uzun müddət İrəvan quberniyasının dəftərxanalarında, İqdırda təxminən 19 il general Koçelinin yanında tərcüməçi və katib, Irəvan quberniyasının Məzrə qəza məhkəməsində Boqoslovskinin katibi işləmiş, bundan sonra Türkiyəyə işə göndərilmişdir. Türkiyədə olarkən Məşhəd şəhərinə ziyarətə getdiyinə görə ona Məşədi Bəylər deyə müraciət edirmişlər. M. Bəylər xidmət müddəti başa çatdıqdan sonra Zodda təsərrüfat işləri ilə məşğul olur, eyni zamanda kənddə iki su dəyirmanı inşa edib, camaatın ixtiyarına vermişdir. O, "Molla Nəsrəddin" jurnalının abunəçisi olmuş, şeirin, sənətin, sənətkarın qədrini bilmiş, Mirzə Ələkbər Sabir xəstə olarkən "Molla Nəsrəddin" yurnalı redaksiyasının ünvanına şairin müalicəsi üçün Hacı Əliş Ağa ilə birlikdə 20 manat qızıl pul göndərirlər. Mirzə Bəylər dövrünün aşıqlarından Dədə Ələsgər və Aşıq Hüseyn Şəmkirli ilə dostluq etmişdir.
Tarzən Bəylər
Tarzən Bəylər (XIX əsrin əvvəli—?) — el sənətkarı, xalq musiqiçisi. == Həyatı == Onun həyatı və sənəti haqqında məlumat çox azdır. XIX yüzilliyin başlanğıcında Qarabağın Xankəndi şəhərində doğulub və əsrin sonlarında vəfat edib. 10 il Tehran şəhərində təlim almışdır. Bu səbəbdən farsca yaxşı bilirdi. Musiqi elminə kamil yiyələnmişdir. Sonra Bakı şəhərinə gəlib və ömrünün çox hissəsi bu şəhərdə keçib. Deyilənlərə görə evi Böyük Qala küçəsində idi. 1880-cı ildə Bəylər Kutaisiyə köçür. İki il Bakıdakı dost tanışları ondan xəbər tutmurlar.
Məşədi Bəylər Fəttahov
Heydərli-i Bəylər (Urmiya)
Heydərli-i Bəylər (fars. حيدرلوي بيگلر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 379 nəfər yaşayır (116 ailə).
Qışlaqağdaş-i Bəylər (Biləsuvar)
Qışlaqağdaş-i Bəylər (fars. قشلاق اغداش بيگلر‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 48 nəfər yaşayır (10 ailə).
Saatlı-i Bəylər (Urmiya)
Saatlı-i Bəylər (fars. ساعتلوي بيگلر‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Nazlı bəxşi ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 675 nəfər yaşayır (196 ailə).
Astrabad bəylərbəyliyi
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər.
Azərbaycan bəylərbəyliyi
Azərbaycan bəylərbəyiliyi – Səfəvilər dövlətinin inzibati ərazisi olan Təbriz bəylərbəyliyinin yerində yaranan aid yeni inzibati ərazi. == Tarixi == Səfəvilər dövründə Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi Təbriz, Ərdəbil) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olan Naxçıvan tüməni inzibati cəhətdən mərkəzi Təbriz şəhəri olan Azərbaycan bəylərbəyliyinə, XVI əsrin ikinci yarısında isə mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinə daxil olmuşdur. == Osmanlı dönəmi == 1587-ci ildə Şah Məhəmməd Xudabəndə (1578–1587-ci illər) öldü və oğlu Abbas (1587–1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. İstanbul sülh müqaviləsindən dərhal sonra Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu. 1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. 1603–1639-cu illərdə Səfəvi-Osmanlı arasındakı müharibənin 3-cü mərhələsi olmuşdur.
Bican bəy (bəylərbəyi)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Bəylərbəyi
Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən qubernator. == Etimologiya == Fars dilinə keçmiş azərbaycanizmdir. == Tarixi == V. Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər dövlətini hakimlər idarə etmişlər, halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər.
Bəylərbəyi Sarayı
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı. Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır. == Ərazisi == Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır. Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. == Üsyanın gedişi == Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Bəylərin evi
Bəylərin evi — Şuşa şəhəri Komsomolskaya 87 ünvanında yerləşən tarix-memarlıq abidəsidir. == Memarlıq xüsusiyyətləri == XVIII əsrin sonları – XIX əsrin əvvəllərinə aid bu tikilinin memarlıq xüsusiyyətləri həmin dövrə aid bir çox ənənəvi Şuşa evlərinin memarlığı, eləcə də Azərbaycanın digər dağlıq rayonlarının yaşayış evləri üçün xarakterik olan xüsusiyyətlərə malikdir.İki mərtəbəli evin daha hündür olan birinci mərtəbəsində xidməti otaqlar və axır yerləşir. Açıq daş pilləkən ikinci mərtəbədə yerləşən və şərqə doğru istiqamətlənən daş lodciyaya aparır. Lodciyanın iki tərəfinə yaşayış otaqları, üçüncü tərəfində isə divar yerləşir. Lodciyaya açılan otaqların divarları oyma işləmələrlə bəzədilmiş taxta qapılar və böyük şəbəkə pəncərələrlə bəzədilmişdir. Həmin otaqların qarşı tərəfdəki (lodciyaya açılan divarın qarşı tərəfiindəki) divarları da oxşar şəkildə - böyük şəbəkə pəncərələrlə həll edilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. А. В. Саркисов, А. М. Ализаде.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Bəylərkənd (Çaroymaq)
Bəylərkənd (fars. بيگلركندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (43 ailə).
Diyarbəkir bəylərbəyliyi
Diyarbəkir bəylərbəyliyi — bugünkü Türkiyə ərazisində yerləşən Səfəvilər İmperiyasının qısa ömürlü bir əyaləti. Diyarbəkr (Diyarbəkir) əyalətin paytaxtı və Səfəvi bəylərbəyilərinin olduğu yer idi. Aşağıdakı inzibati ərazi vahidlərinə sahib idi; Orfah (Urfa), Cəzirə (Cizre), Xarput (Elazığ), Mardin, Sert (Siirt) və Hesn Keyfe (Hasankeyf). == Bəylərbəyilər == II Əmir xan Mosullu Xanməhəmməd bəy Ustaclı Qara xan Ustaclı == Mənbələr == Faroqhi, Suraiya. Frisch, Shelley (redaktor). The Ottoman Empire: A Short History. Markus Wiener Publishers. 2009. səh. 91.
Elnur Bəylərov
Elnur Ehtibar oğlu Bəylərov (15 may 1998, Ağaməmmədli, İmişli rayonu – 3 noyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Bəylərov 15 may 1998-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2005-2016-ci illərdə şəhid Elçin Heydərov adına tam orta məktəbdə təhsil almışdır. == Hərbi xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur Bəylərov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elnur Bəylərov noyabrın 3-də Qubadlının azad edilməsinin birində gecə saatlarında ürəyindən vurulmaqla şəhid olub və doğulduğu İmişli rayonunun Ağaməmmədli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elnur Bəylərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.51 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••••••••••••••• 7.48
2004 ••••• 2.36
2005 •••••••••••• 6.07
2006 ••••• 2.48
2007 •••••••••••• 6.13
2008 ••••••• 3.65
2009 ••••••••••• 5.44
2010 •••••••••••••• 7.08
2011 •••••••••• 4.98
2012 •••••••• 3.87
2013 •••••••••••••••••••• 10.65
2014 ••••••• 3.26
2015 ••••••• 3.57
2016 •••••• 2.95
2017 ••••••• 3.25
2018 •••• 2.10
2019 •••• 1.67
2020 ••••••• 3.58

bəylər sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

"bəy" sözünün cəmi, çoxlu bəy.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"bəylər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bəylər nədir? #bəylər sözünün mənası #bəylər nə deməkdir? #bəylər sözünün izahı #bəylər sözünün yazılışı #bəylər necə yazılır? #bəylər sözünün düzgün yazılışı #bəylər leksik mənası #bəylər sözünün sinonimi #bəylər sözünün yaxın mənalı sözlər #bəylər sözünün əks mənası #bəylər sözünün etimologiyası #bəylər sözünün orfoqrafiyası #bəylər rusca #bəylər inglisça #bəylər fransızca #bəylər sözünün istifadəsi #sözlük