* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •• | 270.67 |
2003 | •••• | 738.55 |
2004 | •••••••••••••• | 2, 844.26 |
2005 | •••••••••••••••• | 3, 418.46 |
2006 | •••••••••••••••••••• | 4, 297.53 |
2007 | ••••••••••••••••••• | 3, 933.61 |
2008 | •••••••••••••••••••• | 4, 099.87 |
2009 | •• | 303.81 |
2010 | ••• | 600.10 |
2011 | ••••••• | 1, 386.30 |
2012 | •••••••• | 1, 537.24 |
2013 | •••• | 805.66 |
2014 | •••• | 787.18 |
2015 | •••• | 729.30 |
2016 | •••• | 741.71 |
2017 | ••• | 483.37 |
2018 | •• | 225.79 |
2019 | • | 197.23 |
2020 | •••••• | 1, 113.51 |
1 is. [ər.] 1. Bir iş, hadisə və s. haqqında məlumat. Nə lazım olmuşdu ki, belə dəhşətli xəbəri şaha verib bu qalmaqala səbəb ola və özünü dəxi həlakətə sala? M.F.Axundzadə. Bu yavuqlarda bizim sahibmənsəblərdən birisinin ölüm xəbərini qəzetlərdə oxuduq. C.Məmmədquluzadə. [Ağayar] “Bakıdan komissiya gəlib” xəbərini eşidincə, çox dilxor oldu. Ə.Əbülhəsən. □ Xəbər almaq – soruşmaq, bilmək, istəmək. Məsələni xəbər almaq. İşi xəbər almaq. – Xəbər alsa səndən: o binəvanın; Necə keçir ruzigarı görəsən; Söylə ki, göz yolda, könül intizar; Şəm tək oturub sübhədək ağlar. Q.Zakir. [Axundov:] Canım, qız bir yasin surəsini bildi, bəsdir, kifayətdir və oğlana da lazım olan məsələləri gəlib mənim kimi axundlardan xəbər alar, vəssalam. C.Cabbarlı. Xəbər çıxmaq – bir hadisə və s. haqqında söz eşidilmək, şayiə çıxmaq (yayılmaq). Xəbər çıxmamaq – getmiş, yaxud yoxa çıxmış bir adamdan, ya da gözlənilən bir işdən heç bir soraq gəlməmək, heç bir xəbər eşidilməmək. [Uşaqların] …atalarından bir xəbər çıxmadı. S.S.Axundov. Xəbər eləmək – bildirmək, xəbərdar etmək. Gələcək nəslə şerim bu gündən; Hay vurub, qıy vurub, xəbər eyləsin. M.Rahim. Xəbər gəlmək – söz eşidilmək, məlumat gəlmək. Ta ki xəbər gəldi xublar şuxundan; Əl çəkdim cahanın varü yoxundan. M.V.Vidadi. Xəbər gətirmək – gördüyü və ya eşitdiyi bir şey haqqında məlumat vermək, bildirmək. Bələdçinin biri xəbər gətirdi ki, məftil hasarın bir kilometrliyini düşmən minalamışdır. Ə.Vəliyev. Səhər Səriyyə xəbər gətirdi ki, kəndə yaman küy düşüb. İ.Əfəndiyev. Xəbər tutmaq – soruşub bilmək, məlumat almaq, məlumat əldə etmək, xəbərdar olmaq. Biz cəbhənin vəziyyətindən xəbər tuturduq. M.S.Ordubadi. [Fərhad Nazlıya:] Sən də buradasanmış, Nazlıcan, yenə Mustafa ilə mənim görüşümdən xəbər tutmusan? Ə.Məmmədxanlı. Xəbər vermək – məlumat vermək, bildirmək, xəbərdar etmək, çatdırmaq. Lalə tək daği-dilisineyi-suzanımı gör; Ver xəbər dilbərisüsənbərə, ey badi-səba. S.Ə.Şirvani. Kətxuda Bayramı tutub dama salmaq, elə gecə ikən şəhərə çapar yollayıb rəisə xəbər vermək istədi. M.Hüseyn. Ancaq qorxdu ki, onlar bunu başqalarına xəbər verərlər. M.Rzaquluzadə. Xəbər yayılmaq – şayiə yayılmaq, söz yayılmaq. Lakin çox çəkmədi ki, elə bil bütün quşlara xəbər yayıldı. Ə.Məmmədxanlı. …xəbəri gəlmək – 1) haqqında məlumat gəlmək, nəticəsi bilinmək, sorağı gəlmək. Məktubun xəbəri hələ də gəlməyib; 2) birinin ölümü haqqında məlumat, xəbər gəlmək. Ölüm xəbəri gəlmək. 2. Məlumat, bilik, vaqiflik. Onun elmdən heç xəbəri yoxdur. Bu işdən xəbərim yoxdur. 3. qram. Mübtəda ilə ifadə olunan əşyanın əlamətini göstərən cümlənin iki baş üzvündən biri. 4. Yalnız cəm şəklində: xəbərlər – vaxtaşırı nəşr edilən bəzi məcmuələrin adı. “Azərbaycan Elmlər Akademiyasının Xəbərləri”.
Azərbaycan dilinin izahlı lüğəti / xəbər3 1. XƏBƏR, MƏLUMAT Bir çox arvadların .. bulağa gəlməsi yeni məlumat almaq, təzə xəbərlər öyrənmək marağından irəli gəlirdi (S.Rəhimov); DONOS (dan.) (hökumət adamlarına verilən xəbər) Müsəlmanların bədxahlan hökumətə donos veriblər ki, ..çoxluca azuqə və tüfəng yığıblar (C.Məmmədquluzadə); SALIQ (dial.) Salığını almışam, gedif alajam (ADDL); SORAQ Dərələr, təpələr, dağlar aşaraq; Bizə getirdiniz kəndlərdən soraq (S.Rüstəm); ŞAYİƏ (yalan xəbər, məlumat) [Rza:] Həmzə sənin qızla sevişdiyini bilib, hələ kənddə başqa şayiələr də gəzir (M.İbrahimov). 2. XƏBƏR (dilç.), PREDİKAT Beləliklə, hər bir cümlədə ..iki qütb müəyyənləşmişdi: mübtəda (subyekt) və xəbər (predikat) (N.Məmmədov).
Azərbaycan dilinin sinonimlər lüğəti / xəbər1 XƏBƏR I is. [ ər. ] Məlumat. Xəbər var əqlə batan; Xəbər var qara böhtan (R.Rza). XƏBƏR II is. [ ər. ] qram. Cümlənin baş üzvlərindən biri.
Azərbaycan dilinin omonimlər lüğəti / xəbər1 1. весть, известие, сообщение, слух; 2. извещение, уведомление, донесение, информация; 3. сведение; 4. грамм. сказуемое;
Azərbaycanca-rusca lüğət / xəbər2 сущ. 1. известие (сообщение, сведение о ком-л. о чём-л.); весть. Xoş xəbər радостная весть, həyəcanlı xəbər тревожное известие, gözlənilməz xəbər неожиданное известие, xəbər almaq получить известие, xəbər gətirmək принести известие, xəbər gözləmək ждать известий, xəbər gəlib пришла весть, xəbərlə gəlmək прийти с известием 2. xəbərlər известия (в составе названий некоторых периодических изданий). Elmlər akademiyasının xəbərləri известия Академии наук 3. лингв. сказуемое (один из двух главных членов предложения, обозначающий действие или состояние предмета, выраженного подлежащим). Cümlədə xəbərin yeri место сказуемого в предложении ◊ xəbər almaq спрашивать, спросить; xəbər vermək сообщать, сообщить, давать, дать знать; xəbər eləmək извещать, известить; xəbər yayılıb: 1. разнеслась весть; 2. распространился слух; xəbər yaymaq распространять, распространить слух; xəbəri gəlib kimin, nəyin пришла весть о ком, о чем; xəbər tutmaq справляться, справиться о ком-л. о чём-л.; xəbər çıxmadı kimdən, nədən ни слуху ни духу от кого, от чего; xəbəri olmaq иметь сведение о ком-, о чем-л.; быть в курсе чего-л.; xəbəri olmamaq не иметь сведений, не иметь представления о ком-л. о чём-л., быть не в курсе чего-л.; xəbəri var знает, наслышан о ком-, о чем-л.; xəbəri yoxdur не знает, не имеет сведений, не имеет представления о чём-л.; … xəbərə görə по сообщениям …, по известиям …; xəbəri olmadan kimin без ведома кого, чьего; не спрашивая, не извещая ко г о; xəbəri yoxkən kimin будучи не извещенным, кем-л., без ведома кого; xəbəriniz varmı знаете ли вы? известно ли вам? xəbərdən xəbərin yox? ты ничего не знаешь?; qara xəbər извещение о смерти кого- л.; похоронка; rəsmi xəbər официальное сообщение, официальная информация; son xəbərlər последние известия (радиопередача, сообщающая свежие новости, еще не опубликованные или только что опубликованные в газетах)
Azərbaycanca-rusca lüğət / xəbər1 I. i. 1. news, a piece of news, tidings pl., (məlumat) information; qara ~ bad* news; ~ almaq 1) to ask (d., about), to inquire (of, d., about, after, for); to demand (d. of, from smb.); bir kəsin əhvalını ~ almaq to inquire after smb.’s health; 2) (məsuliyyət tələb etmək) to make* responsible; Sizdən xəbər alacaqlar You will be responsible for that; 3) to receive information, to make* inquiry; ~ vermək to inform (d.); (rəsmi) to notify (d.), to let* (d.) know; ~ verilmək to be* informed / (rəsmi) notified; ~ tutmaq to make* inquiries (about); ~ gəlmək to get* information (of smb.), to receive information (of); ~i olmaq to know*, to be* aware; Xəbərim var I know, I am aware; xarici ~lər foreign news; Nə xəbər var? What’s the news? Mənim ondan heç bir xəbərim yoxdur I have had no news from him / her; 2. qram. predicate; sadə ~ the simple predicate; mürəkkəb ~ the compound predicate II. s. ~ forması qram. Indicative mood
Azərbaycanca-ingiliscə lüğət / xəbər1 is. nouvelle f ; avis m ; xoş ~ une bonne nouvelle ; həyacanlı ~ une nouvelle émouvante ; ~ almaq informer (s’) ; ~ vermək informer qn de qch ; əhvalını ~ almaq renseigner (se) sur la santé de qn ; ~i olmaq être au courant de ; Nə ~ var? Quoi de neuf? qram. ~ forması mode m indicatif
Azərbaycanca-fransızca lüğət / xəbər1 [ər.] сущ. хабар (1. малумат; xəbər almaq хабар кьун, жузун; xəbər çıxmaq хабар акъатун, чав акъатун (чукӀун, гьатун), гафар акъатун; xəbər çıxmamaq хабар акъат тавун, суракь акъат тавун; xəbər eləmək хабар авун, хабар гун, хабарун, чирун; xəbər gəlmək хабар атун, хабар агакьун, малумат атун; xəbər gətirmək хабар гъун, малумат гун, чирун; xəbər tutmaq хабар кьун, жузуна чирун, малумат къачун, хабардар хьун; xəbər vermək хабар гун, малумат гун, чирун, хабардар авун, агакьарун (хабар); xəbər yayılmaq хабар чукӀун, чав гьатун, гафар акъатун; ...xəbəri gəlmək ...хабар атун а) малумат атун, суракь атун, нетижа малум хьун; б) садан кьиникьин гьакъинда хабар атун, хабар агакьун; 2. чирвал, билиг. малумат; 3. грам. хабар, сказуемое; xəbər forması хабардин наклонение; 4. xəbərlər гз. хабарар, бязи газетрин, журналрин ва мс. тӀвар).
Azərbaycanca-ləzgicə lüğəti / xəbərə. 1) bir hadisə haqqında məlumat; 2) qrammatikada: cümlənin baş üzvlərindən ikincisi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti