xələl sözü azərbaycan dilində

xələl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xələl • 99.9069%
  • Xələl • 0.0698%
  • XƏLƏL • 0.0233%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.06 dəfə / 1 mln.
2002 ••• 3.43
2003 ••••••••••••••• 17.32
2004 ••••••••••••••• 16.51
2005 ••••••••••••• 14.17
2006 •••••••••• 11.49
2007 •••••••• 9.09
2008 ••••••••• 10.48
2009 •••••••••••• 13.92
2010 ••••••••••• 12.62
2011 •••••••••••• 13.64
2012 ••••••••••• 12.13
2013 •••••••••••••••• 17.80
2014 •••••••••••••••• 18.36
2015 •••••••••••••••••••• 23.48
2016 •••••••••••• 13.54
2017 ••••••••••••••••••• 22.27
2018 •••••••••••••••• 17.68
2019 ••••••••••••••••• 19.06
2020 •••••••••• 11.54

xələl sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Pozuculuq, əskiklik, zəiflik, nöqsan, ziyan. Qəflət xələlindən ayrılardın; Əlbəttə kim olduğun bilərdin. Füzuli. Vaizi-şəhr öz iqrarına etsəydi əməl; Düşməz idi bu qədər din ilə dünyayə xələl. S.Ə.Şirvani. □ Xələl dəymək (yetişmək) – ziyan dəymək, zərər çəkmək. Dostluğa xələl dəymək. – [Əbülhəsənbəy qadına:] Sizin gözəlliyinizə heç bir xələl yetişməmişdir. M.S.Ordubadi. Xələl gəlmək – ziyanı, zərəri olmaq; pozulmaq; eyibli, nöqsanlı olmaq. …Eyni musiqi parçasını biz vaxt etibarilə tez və ya yavaş bir sürətlə ifa edə bilərik, halbuki bundan musiqinin ölçüsünə heç bir xələl gəlməz, çaldığımız musiqinin ölçüsü heç də dəyişməz. Ə.Bədəlbəyli. Xələl vermək (vurmaq, gətirmək, qatmaq) – ziyan vurmaq, zərər gətirmək, pozmaq, xarab etmək, eyibli, nöqsanlı etmək. Gözəlliyinə xələl gətirmək. Sevincinə xələl qatmaq. Oyuna xələl vurmaq. – Kitablar Rüstəmin fikir dairəsini genişləndirdi, lakin qəti olaraq onun köhnə əqidəsinə xələl vura bilmədi. Çəmənzəminli. [Cəmil] yenə Tahirlə dost olduğunu və aralarındakı incikliyin bu dostluq hissinə heç bir xələl gətirə bilməyəcəyini sübut etmək üçün səsinə mehriban bir ifadə verdi. M.Hüseyn. Xanım … [uşaqlara] baxır və onların oyununa xələl qatmaq istəməyərək oğlunun məğlubiyyətinə o qədər də əhəmiyyət vermirdi. P.Makulu.

    Azərbaycan dilinin izahlı lüğəti / xələl

xələl sözünün sinonimləri (yaxın mənalı sözlər)

xələl sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 XƏLƏL – XEYİR Qeyrət günüdür, olmayalar özgəyə möhtac; Kim qatsa xələl şərə, edin ortadan ixrac (Ə.Vahid); Xeyir dilə qonşuna, xeyir gəlsin başına (Ata. sözü).

    Azərbaycan dilinin antonimlər lüğəti / xələl

xələl sözünün rus dilinə tərcüməsi

  • 1 1. нарушение, расстройство; 2. ущерб, вред;

    Azərbaycanca-rusca lüğət / xələl
  • 2 сущ. вред, ущерб. Xələl gətirmək приносить, принести, причинять, причинить вред; xələl dəydi причинен ущерб, xələl gəldi см. xələl dəydi; xələl gəlməz вреда не будет

    Azərbaycanca-rusca lüğət / xələl

xələl sözünün inglis dilinə tərcüməsi

  • 1 i. damage; loss; detriment; prejudice; ~ gətirmək to cause / to do* damage (to), to damage (d.); to harm (d.) to do* harm (to); Xələl böyük deyildir The damage is not great

    Azərbaycanca-ingiliscə lüğət / xələl

xələl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. зиян, зарар; xələl dəymək (yetişmək) зиян (зарар) галукьун, зарар чӀугун; xələl gəlmək зиян (зарар) хьун; чӀур хьун; xələl vermək (vurmaq, gətirmək, qatmaq) зиян (зарар) гун, чӀурун; 2. рехне, нукьсан, кимивал, эксиквал.

    Azərbaycanca-ləzgicə lüğəti / xələl

xələl sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) açıqlıq, boşluq; 2) pozuqluq, şuluqluq; 3) əskiklik, nöqsan.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xələl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xələl nədir? #xələl sözünün mənası #xələl nə deməkdir? #xələl sözünün izahı #xələl sözünün yazılışı #xələl necə yazılır? #xələl sözünün düzgün yazılışı #xələl leksik mənası #xələl sözünün sinonimi #xələl sözünün yaxın mənalı sözlər #xələl sözünün əks mənası #xələl sözünün etimologiyası #xələl sözünün orfoqrafiyası #xələl rusca #xələl inglisça #xələl fransızca #xələl sözünün istifadəsi #sözlük