xəcil sözü azərbaycan dilində

xəcil

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəcil • 86.1111%
  • Xəcil • 11.1111%
  • XƏCİL • 2.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xəcil sözünün leksik mənası və izahı

  • 1 [ər.] klas. Xəcalətli, üzüqara. Hər tənə ki, eyləsən rəvadır; Səndən xəciləm, üzüm qəradır. Füzuli. Yüz cəfa gördün, vəli hərgiz şikayət etmədin; Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül! S.Ə.Şirvani. □ Xəcil etmək (eyləmək) – xəcalətli etmək, utandırmaq, qızartmaq, başını aşağı etmək. [Yetər:] Sizi and verirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil eləməyin. N.Vəzirov. [Azər Reyhana:] And içirəm ki, səni düşmən qabağında xəcil etməyəcəyəm. Ə.Məmmədxanlı. Xəcil olmaq – utanmaq, sıxılmaq, xəcalət çəkmək. Rənalıq ilə qaməti-şümşadı qılan yad; Olmazmı xəcil sərvi-xuramanını görgəc? Füzuli. Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb; Qönçələr qan oldu ta ləli-dürəfşanın görüb. S.Ə.Şirvani. [Müfti:] Burda həqiqət sana aydın deyil; Bəlkə qiyamətdə olursan xəcil. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / xəcil

xəcil sözünün sinonimləri (yaxın mənalı sözlər)

xəcil sözünün rus dilinə tərcüməsi

  • 1 смущенный, сконфуженный, пристыженный

    Azərbaycanca-rusca lüğət / xəcil
  • 2 прил. устар. стыдливый, смущённый; xəcil etmək (eləmək) устыжать, устыдить кого-л.; xəcil olmaq устыжаться, устыдиться

    Azərbaycanca-rusca lüğət / xəcil

xəcil sözünün inglis dilinə tərcüməsi

xəcil sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] клас. хажалатлу; xəcil etmək (eyləmək) хажалатлу авун, регъуь авун, яру авун, кьил агъада ттун; xəcil olmaq хажалатлу хьун, регъуь хьун, яру хьун, къекъифун, хажалат чӀугун.

    Azərbaycanca-ləzgicə lüğəti / xəcil

xəcil sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. xəcalət çəkən; xəcalətli, utancaq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xəcil" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəcil nədir? #xəcil sözünün mənası #xəcil nə deməkdir? #xəcil sözünün izahı #xəcil sözünün yazılışı #xəcil necə yazılır? #xəcil sözünün düzgün yazılışı #xəcil leksik mənası #xəcil sözünün sinonimi #xəcil sözünün yaxın mənalı sözlər #xəcil sözünün əks mənası #xəcil sözünün etimologiyası #xəcil sözünün orfoqrafiyası #xəcil rusca #xəcil inglisça #xəcil fransızca #xəcil sözünün istifadəsi #sözlük