xəfif sözü azərbaycan dilində

xəfif

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəfif • 87.6404%
  • Xəfif • 11.7978%
  • XƏFİF • 0.5618%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəfif ləpə
Xəfif ləpə-(rus. рябь, ing. ripple) küləyin təsiri altında dalğalanmanın başlanğıc forması. Dənizin hamar səthi kələ-kötürlənir və sanki pulcuqlarla /kapilyar sularla/ örtülür. Ləpələr uzun müddət qalmır, və küləyin sürəti artdıqca qravitasion dalğaya çevrilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.40 dəfə / 1 mln.
2004 •••••••••••• 0.67
2009 •••••• 0.32
2010 ••••••••••• 0.64
2011 •••••••••• 0.60
2012 •••••• 0.34
2013 •••••••• 0.44
2014 •••••••••••••••••••• 1.20
2015 ••••••••••••••• 0.85
2016 •••••• 0.35
2017 ••• 0.16
2018 ••• 0.15
2019 ••• 0.14
2020 ••••••• 0.40

xəfif sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Mülayim, yüngül, yumşaq. Xəfif yel. – İndi çöldə xəfif meh əsdiyi üçün hava bayaqkı qədər bürkü deyildi. İ.Əfəndiyev. Xəfif axşam küləyi əsir, şəhərdə yavaş-yavaş işıqlar alışırdı. Ə.Məmmədxanlı. 2. Zərif, incə. Çox çəkmədi ki, qızın yanaqlarında xəfif bir qızartı göründü. M.Hüseyn. Zaldakıların üzü xəfif bir gülüşlə işıqlandı. M.İbrahimov. // Zəif, yüngül. Xəfif sazaq. – Dünyanın sevinci də, kədəri də ikidir. Biri yüngül, keçəri – xəfif dumana bənzər. R.Rza. [Xosrov] …sahildə əyləşib xəfif şırıltıya qulaq asırdı. B.Bayramov. Qonaqlara şərbət, çay təqdim edən qulluqçuların ayaqlarının xəfif tappıltısından başqa, [sarayda] heç bir başqa səs eşidilmirdi. P.Makulu. □ Xəfif eləmək (etmək) – azaltmaq, zəiflətmək. Basıb pəncərəni, qapını kip-kip; Lampanın odunu eləyib xəfif. H.K.Sanılı.

    Azərbaycan dilinin izahlı lüğəti / xəfif

xəfif sözünün sinonimləri (yaxın mənalı sözlər)

xəfif sözünün antonimləri (əks mənalı sözlər)

xəfif sözünün rus dilinə tərcüməsi

  • 1 тихий, мягкий

    Azərbaycanca-rusca lüğət / xəfif
  • 2 прил. 1. тихий, мягкий (приятный для восприятия органами чувств). Xəfif meh мягкое дуновение ветра, xəfif sərinlik мягкая прохлада 2. нежный, тонкий. Xəfif cizkilər тонкие линии (черты), xəfif gülüş нежная улыбка 3. лёгкий, слабый. Xəfif kədər лёгкая грусть, xəfif ləpələr лёгкие волны (рябь, зыбь), xəfif külək лёгкий ветерок; xəfif eləmək (etmək) смягчить, ослабить что-л.

    Azərbaycanca-rusca lüğət / xəfif

xəfif sözünün inglis dilinə tərcüməsi

  • 1 s. quiet; low, silent, still, soft, gentle; faint, smooth; light; ~ hərəkət gentle / smooth movement; ~ səs mellow soft sound; ~ külək light wind; çayın ~ şırıltısı gentle murmur of a river; ~ səslə danışmaq to speak* in a low voice, to speak* in hushed / low tones

    Azərbaycanca-ingiliscə lüğət / xəfif

xəfif sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. dou//x, -ce ; mou (sait və lal h qarşısında mol), molle ; tendre ; ~ meh un vent doux ; ~ sərinlik une fraîcheur douce ; ~ kədər une légère tristesse

    Azərbaycanca-fransızca lüğət / xəfif

xəfif sözünün ləzgi dilinə tərcüməsi

xəfif sözünün türk dilinə tərcüməsi

xəfif sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) yüngül, zəif; 2) nadir; 3) sıyıq; 4) şeirdə bir vəznin adı; 5) m. yelbeyin, dəmdəki; 6) m. diribaş, zirək.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xəfif" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəfif nədir? #xəfif sözünün mənası #xəfif nə deməkdir? #xəfif sözünün izahı #xəfif sözünün yazılışı #xəfif necə yazılır? #xəfif sözünün düzgün yazılışı #xəfif leksik mənası #xəfif sözünün sinonimi #xəfif sözünün yaxın mənalı sözlər #xəfif sözünün əks mənası #xəfif sözünün etimologiyası #xəfif sözünün orfoqrafiyası #xəfif rusca #xəfif inglisça #xəfif fransızca #xəfif sözünün istifadəsi #sözlük