* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 37.69 |
2003 | •••••••••••••••••••• | 49.21 |
2004 | ••••••••••• | 25.27 |
2005 | •••••••••••••••••••• | 47.23 |
2006 | •••••••••• | 23.20 |
2007 | •••••••••• | 23.89 |
2008 | •••••••••• | 24.12 |
2009 | ••••••••••• | 26.08 |
2010 | ••••••••••• | 25.60 |
2011 | •••••••• | 17.84 |
2012 | ••••• | 12.22 |
2013 | ••••••••••• | 25.97 |
2014 | •••••••• | 17.50 |
2015 | ••••• | 10.04 |
2016 | ••••••• | 15.45 |
2017 | •••••••• | 19.35 |
2018 | ••••••• | 16.48 |
2019 | ••••••• | 16.83 |
2020 | ••••••••• | 20.02 |
1 is. [ər.] 1. Fayda, mənfəət. Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir. Atalar, babalar əkiblər, tər töküb becəriblər, xeyrini biz görürük. Mir Cəlal. □ Xeyir dəymək (gəlmək) – faydası olmaq, xeyri olmaq. Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. M.Hüseyn. [Qoşqar:] Soyuqqanlı fikir mübadiləsi olmayan yerdə heç vaxt ümumi işə xeyir dəyməz, yoldaş Əmirli. İ.Hüseynov. Xeyir eləmək – bax xeyir görmək. Eşqin məni gündəngünə qeyr elər; Səni sevən, əlbəttə ki, xeyr elər. M.V.Vidadi. Xeyir gətirməmək – heç bir xeyri olmamaq, ziyan vermək, zərəri olmaq. [Rəhim xan Sitarəyə:] Dilin çox itidir. Hər halda ziyandan başqa sənə bir xeyir gətirməz. C.Cabbarlı. Xeyir görmək – mənfəət götürmək, xeyri olmaq, faydalanmaq. [Hacı Əhməd Almaza:] Biz dedik ki, biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. C.Cabbarlı. [Pərinin əri:] Qızı nə qədər tez ərə versən, bir o qədər xeyir görərsən, canın rahat olar. Ə.Vəliyev. Xeyir vermək – mənfəət vermək, fayda vermək. [Qurban:] Molla, mənə bir məktub yaz. Bilirsən ki, hər il sənə nə qədər xeyir verirəm. A.Şaiq. Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. M.Hüseyn. Xeyri qalmamaq – daha heç bir faydası olmamaq, artıq işə yaramamaq, işlənməz, yararsız hala gəlmək. Xeyri yox – artıq işə yaramır, faydasızdır. Sığallı, səksəkəli, sətirləri ləkəli; yüz eyhamlı, kölgəli; tənqidin həm şairə, həm də onu yazana; vallah, bir xeyri yoxdur. R.Rza. Öz xeyrini güdmək – ancaq öz mənafeyi üçün çalışmaq. Dövlətlilər ancaq öz xeyirlərini güdürdülər. Ə.Sadıq. // Qazanc, fayda. [Hacı Qara:] …Yüz manat xeyir hardan yetişəcək? Bu xeyri yetirən kimdir? M.F.Axundzadə. 2. Yaxşılıq, yaxşı iş. □ Xeyir iş görmək – yaxşılıq eləmək. ◊ Xeyir xəbər – xoş xəbər, ürəkaçan xəbər, yaxşı xəbər, sevindirici xəbər. [Hacı Kamyab:] Çox mübarək və böyük səadətdir. Bu saat gedim bu xeyir xəbəri qızın anasına da yetirim. Mürəxxəs olum. Ə.Haqverdiyev. Xeyir iş – 1) evlənmə, nikah, toy, nişan, düyün. [Əfifə:] Zəhmət haqqı olmasa da, mən bu vəzifəni bitirə bilərəm. Madam ki, xanımın xeyir işi vardır, haman xeyir işdə iştirak etmək lazımdır. M.S.Ordubadi; 2) faydalı, sevindirici. Bir kəndin ki koxası Mürşüd ola, heç olar ki, orada xeyir iş ola? (Ata. sözü). Qəzetləri də bir-birinə vurdum, heç bir yerdə Sultan tərəfindən bir xeyir iş baş verdiyini görmədim. C.Məmmədquluzadə. Xeyir ola? Xeyir olsun? Xeyir xəbər ola? – heyrət, maraq, təəccüb məqamında işlənən sual ifadəsi. [Asya:] …Görəsən bu bizə nəyə gəlir, xeyir xəbər ola?… Ü.Hacıbəyov. Usta Zeynal xəbər aldı: – A mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? Ə.Haqverdiyev. Xeyrini görəsən! – yeni alınan, əldə edilən şey haqqında xoş arzu bildirir (bəzən istehza yolu ilə deyilir). Xeyrini görmək – istifadə etmək, faydalanmaq. Axşamın (sabahın) xeyir! – səhər (axşam) görüşüb salamlaşdıqda işlənən ifadə. Sabahınız xeyir, Səmirə xanım! M.Hüseyn. Allah xeyrə calasın! Allah xeyir versin! – xoş arzu, uğur arzusu bildirən ifadə. [Cahan:] Nə deyirəm, Allah xeyir versin! Ü.Hacıbəyov. [Məşədi Səfdər:] Arvad, Allah xeyrə calasın, bu genə nə qırmızı kəsim-biçimdir? M.Əliyev. Başıma xeyir! – təəccüb, heyrət ifadəsi. Boy, başıma xeyir, buna bax, buna; Elə bil borcluyam zalım oğluna. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / xeyir1 XEYİR – ŞƏR Axşamın xeyrindən sabahın şəri yaxşıdır (Ata. sözü). XEYİR – VAY Xeyir iş yerdə qalmaz (Ata. sözü); Qədirin vay xəbəri çoxdan alçaq daxmanı titrətmişdi (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / xeyir2 I сущ. 1. польза (хороший результат, благоприятные последствия для кого-л., чего-л.) 2. выгода (прибыль, доход, извлекаемый из чего-л.) 3. добро: 1) всё положительное, хорошее. Paxıl adamdan xeyir gözləmə от завистливого человека добра не жди 2) филос. нормативно-оценочная категория морального сознания, обозначающая нравственно-положительное; благо. Xeyir şərə qalib gəlir добро побеждает зло (торжествует над злом) II прил. добрый (благоприятный, несущий благо, успех, радость). Xeyir xəbər добрая весть, xeyir iş görmək сделать доброе (благое) дело; xeyir vermək: 1. приносить пользу; 2. давать выгоду; xeyri olmaq: 1. иметь пользу; 2. иметь выгоду; xeyri dəymək: 1. быть полезным; 2. приносить выгоду; xeyir eləyir: 1. полезно; 2. выгодно; xeyir eləmir не выгодно; xeyir gətirmək приносить, принести пользу; xeyir gətirməmək: 1. не приносить пользы; 2. не давать выгоды: xeyir görmək получать, получить пользу, выгоду ◊ xeyri yoxdur: 1. нет никакой пользы; 2. бесполезно; öz xeyrini güdmək из всего извлекать выгоду для себя; xeyir iş свадьба, женитьба и т.п.; xeyir ola! к добру бы (ли)! какими судьбами! xeyrini görəsən чтобы приносило пользу что; xeyrini görmək пожинать плоды чего; Allah xeyir versin! дай Бог пользы! axşamın xeyir! добрый вечер! sabahın xeyir! доброе утро! с добрым утром!; axşamın xeyrindən sabahın şəri yaxşıdır утро вечера мудренее; başıma xeyir! что я наделал (наделала)!; şər deməsən xeyir gəlməz нет худа без добра; xeyrə yozmaq толковать положительно (о снах); uşaqlarımın xeyrini görməyim, əgər … (клятва) чтоб мне не видеть добра от моих детей, если …; xeyrini görməyəsən чтоб тебе пусто было, чтобы ты подавился, чтобы тебе не пошло впрок; xeyirdən qalmamaq не оставаться в стороне от доброго дела, от благотворительности; xeyrindən qalmamaq из всего извлекать выгоду; xeyir yoxdur kimdən, nədən нет толку, пользы от кого, от чего
Azərbaycanca-rusca lüğət / xeyir1 i. 1. gain, profit, benefit, favour; Bununla heç bir xeyir əldə etmək olmaz Nothing is gained by it; kiminsə xeyrinə həll etmək to decide in smb.’s favour; Bu ona xeyir gətirmədi He / She derived no benefit from it; 2. well*, good*; O, sizə xeyir arzu edir He / She wishes you well; Bundan xeyir gəlməz No good will come of it; Bu xeyir deyil It is a bad sign / omen; ~ etmək to be* useful; to be* helpful
Azərbaycanca-ingiliscə lüğət / xeyir1 is. 1) intérêt m ; profit m ; avantage m ; ümumi ~ intérêt commun ; kiminsə ~inə en faveur de qn ; kiməsə ~ vermək porter profit à qn ; ~ götürmək tirer parti de ; 2) ~ iş mariage m ; noce f ; ~ ola! quelle surprise! başıma ~ mais qu’est-ce que j’ai fais. .
Azərbaycanca-fransızca lüğət / xeyir1 [ər.] сущ. хийир (1. файда, менфят; къазанжи; xeyir dəymək (gəlmək) хийир хкатун (атун), файда хьун, хийир хьун; xeyir eləmək кил. xeyir görmək; xeyir gətirməmək хийир тагъун, са хийирни тахьун, зиян хьун, зарар хьун; xeyir görmək хийир акун, менфят къачун, файда къачун, хийир хьун; xeyir vermək хийир гун, менфят гун, файда гун; xeyri qalmamaq хийир амукь тавун, са файдани тахьун, виже текъвер, лазимсуз гьалдиз атун; xeyri yox хийир авач (амач), кардиз виже къвезмач, файдасуз я; 2. хъсанвал, хъсан кар (кӀвалах); xeyir iş görmək хийир кар авун, хъсанвал авун); ** xeyir xəbər хийир хабар, хъсан хабар, хуш хабар, рикӀ шадардай, хвеши жедай хабар; xeyir iş хийир кар, хийир кӀвалах а) мехъер, лишан, никягь, шадвал; б) файдалу, рикӀ шадардай кӀвалах; xeyir ola? xeyir olsun? xeyir xəbər ola? хийир хьу(ра)й? хийир (хабар) яни? (мягьтелвал, тажубвал къалурдай ибара); xeyrini görəsən! (ваз) хийир акурай!; xeyir görmək хийир акун, менфят къачун, файда къачун; axşamın (sabahın) xeyir! нянин (экуьнен) хийир! (салам гун); Allah xeyrə calasın! Allah xeyir versin! Аллагьди (Гъуцари) хийир гурай! хийирдихъ хьуй! эхир хийирдихъ хьуй!; başıma xeyir! мягьтелвал, тажубвал къалурдай ибара.
Azərbaycanca-ləzgicə lüğəti / xeyirə. 1) fayda, mənfəət; 2) yaxşı iş; yaxşılıq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətifayda, mənfəət; yaxşılıq.
Azərbaycan kişi adlarının izahlı lüğəti