* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 27.41 |
2003 | •••••••• | 9.84 |
2004 | ••••••• | 8.42 |
2005 | •••••••••• | 12.82 |
2006 | ••• | 3.38 |
2007 | ••• | 3.59 |
2008 | •• | 2.68 |
2009 | •••••••• | 10.56 |
2010 | •••••••• | 9.62 |
2011 | ••••••••• | 11.07 |
2012 | •••• | 5.16 |
2013 | •••••••••••• | 15.32 |
2014 | ••••• | 6.35 |
2015 | ••••••• | 8.51 |
2016 | •••• | 5.38 |
2017 | •••• | 4.72 |
2018 | ••• | 2.85 |
2019 | ••• | 3.89 |
2020 | •••• | 5.30 |
1 əd. [ər.] Bir şeylə razı olmadıqda və ya verilən suala mənfi cavab üçün işlənir. Suallarla razısan? – Xeyr. Gəzmək istəyirsən? – Xeyr. Gələcəksənmi? – Xeyr. – Eldarı hələ unutmamışsınızmı? – Xeyr, unutmamışam. S.Hüseyn. [Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Gözilə dünyada alovlar görən; Kəndistan yeridir, bəli, kəndistan! S.Vurğun. // Ümumiyyətlə, etiraz, narazılıq bildirir (bəzən təkrar şəklində). Xeyr, xeyr, – deyə qışqırdı. Xeyr, xeyr, razı deyiləm. – [Hacı Baxşəli:] Xeyr, Hacı Həsən ağa, qoy şeyx cənabları bizdə qonaq olsun. C.Məmmədquluzadə. [Sultan:] Xeyr, şəxs ola bilər ki, çox elm oxumuş olsun və tərbiyəsi az olsun. N.Nərimanov. // İnkar mənasında işlənir. – Xeyr, gözəl deyil, çirkindir. Xeyr, çox uşaqdır hələ. – [Həsən bəy:] Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? …Məşədi İbadın pulu, malı, dövləti? Ü.Hacıbəyov. Ondan uzaqlarda bir səyyarə var; Xeyr, səyyarə yox, bir təyyarə var. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / xeyr2 XEYR (inkarlıq bildirir) Xeyr, o yanılmamışdı (B.Bayramov); YOX (dan.) [Rüstəm:] Yox, Qəzənfər Ələkbərovun övladlarıyıq (Anar).
Azərbaycan dilinin sinonimlər lüğəti / xeyr1 XEYR – BƏLİ Xeyr, inanın ki, qabaqlar mən heç yerdə sizə rast gəlməmişəm (C.Əmirov); Mən ölüm, Baloğlan, belədir, ya qeyri belədir? Bəli, bəli (C.Cabbarlı).
Azərbaycan dilinin antonimlər lüğəti / xeyr2 част. нет (употребляется как отрицательный ответ или выражение несогласия). İclasa gedəcəksən? – Xeyr. Пойдешь на собрание? – Нет. Xəstəsiniz? – Xeyr. Вы больны? – Нет
Azərbaycanca-rusca lüğət / xeyr1 əd. no; O, orada idi? – Xeyr (yox idi) Was he / she there? – No (he / she wasn’t); Siz onu gördünüzmü? – Xeyr (görmədim) Did you see him? – No (I dind’t)
Azərbaycanca-ingiliscə lüğət / xeyr1 əd. non ; O orada idi? Il y était? ~, o orada deyildi. Non, il n’y était pas
Azərbaycanca-fransızca lüğət / xeyrə. yox.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti