* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2011 | •••••••••• | 0.94 |
2012 | •••••••••••••••••••• | 2.07 |
2013 | ••• | 0.29 |
2015 | ••••••• | 0.68 |
2016 | •••• | 0.35 |
1 is. [ər.] Toy və ya yas, şadlıq və ya kədər olan yer və bunlarla əlaqədar işlər, mərasim. Xeyir-şərdə iştirak etmək. Xeyir-şər məclisində olmaq. – Yasda, toyda, hamamda, məsciddə, müxtəsər “hər yanda aşdı, orada başdı”, xeyir-şər Tükəzbansız keçməzdi. B.Talıblı. [Zeynal:] Hansı tacirin evində xeyir-şər olanda Nisə arvadı çağırmayıblar? Ə.Əbülhəsən. [Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi, kəndin bütün xeyir-şər işlərinə də qarışırdı. S.Qədirzadə. ◊ (Öz) xeyir-şərini bilmək (anlamaq, qanmaq) – özünə nəyin xeyirli və nəyin zərərli olduğunu bilmək, başa düşmək, anlamaq, ona müvafiq də hərəkət etmək. Çox da nadan deyiləm, anlamayım xeyrü şərim. S.Ə.Şirvani. Xeyrü şərin qan, oğlum! Öz halına yan, oğlum! A.Səhhət. [Rəsul:] Vaxtında bu qoyun kimi camaat xeyir-şərini gözəlcə anlayacaq. Ə.Haqverdiyev. Xeyrəşərə yarayan – həm xeyir işdə, həm də yasda adamlara yaxından kömək edən. Bu adam xeyrə-şərə yarayan deyil, – “Şahsənəm xala” deyilən aralıq arvadı idi, xeyrəşərə yarayan idi, hamının dərdi-dilinə yetişən (idi)… E.Sultanov. Xeyrə-şərə yaramayan (yaramaz) – xeyirdə-şərdə iştirak etməyən, başqalarının dərdinə, qəminə yetişməyən, laqeyd, yararsız, bacarıqsız adam haqqında. Xeyrə-şərə yaramaz oğul. – Bikef İbad xeyrə-şərə yaramayan, fərdi həyat sürən bir adamdı. Çəmənzəminli. [Rüstəm Səkinəyə:] Axı adət var. Qaytararsan, dalınca min söz deyərlər. Adın qalar xeyrəşərə yaramaz. M.İbrahimov. Sərhəd boyunda Şöklü Məlik deyilən xeyrə-şərə yaramaz, kimsəyə yovuşmaz qəribə xasiyyətli qərib bir bəy yaşayırdı. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / xeyir-şər1 сущ. радость и траур, радость и горе. Xeyirdə-şərdə iştirak etmək принимать участие и в радости, и в горе (т. е. в траурах, похоронах; в свадьбах и торжествах); xeyrə-şərə yarayan тот, кто помогает, участвует и в радости и в горе; xeyrə-şərə yaramaz бесполезный человек; тот, кто не принимает участия ни в радости, ни в горе; xeyrinişərini bilən знающий свою выгоду
Azərbaycanca-rusca lüğət / xeyir-şər1 [ər.] сущ. хийир-шер, хийир-шийир (мехъер ва я яс, шадвал ва я гъам авай чка, мярекат); ** (öz) xeyir-şərini bilmək (anlamaq, qanmaq) (жуван, вичин) хийир-шийир чир хьун (жуваз вуч хийир, вуч зарар ятӀа чир хьун, гъавурда акьун, гьадаз килигна гьерекат авун); xeyrə-şərə yarayan хийир-шийирдик виже къведай (хийир-шийир крара инсанриз куьмекдай); xeyrə-şərə yaramayan хийир-шийирдик виже текъвер, хийир-шийирдик иштирак тийир, масабурун дердиниз шерик тежер (мес. кас).
Azərbaycanca-ləzgicə lüğəti / xeyir-şər