Xeyrulla sözü azərbaycan dilində

Xeyrulla

Yazılış

  • Xeyrulla • 98.6450%
  • xeyrulla • 0.8130%
  • XEYRULLA • 0.5420%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xeyrulla Aslanov
Aslanov Xeyrulla Azad oğlu (29 avqust 1954, Ramana) — Azəbaycanın əməkdar pilotu. == Həyatı == 1954-cü il Avqustun 29-da Bakı şəhəri Ramana kəndində Neftçi ailəsində anadan olmuşdur. İlk təhsilini Ramana kəndindəki E.Ağayev adına 198 saylı orta məktəbdə almışdır. 1972-ci ildə Rusiyanin Sasov şəhərindəki təyyarəçilik məktəbinə daxil olub, 1974-cü ildə həmin təhsil müəssisəsini yüksək göstəricilərlə bitirmişdir. 1974-cü ildə Zabrat aviadəstəsinə 2-ci pilot kimi işə qəbul olmuşdur. 1977-ci ildə AN 2 təyyarəsinin komandiri, 1978-ci ildən 1989-cu ilə qədər eskadriliya komandirinin müavini, eskadriliya komandiri, 323 nömrəli aviadəstənin komandiri vəzifəsində çalışmışdır. 1982-ci ildə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna qəbul olmuş, 1988-ci ildə həmin ali məktəbi müvəffəqiyyətlə bitirmişdir. 1989-cu ildə Binə Hava Limanına TU-154 təyyarəsinin 2-ci pilotu, 1993-cü ildə isə TU-154 təyyarəsinin komandiri vəzifəsinə təyin olunub. 2000-ci ildə İL-76 HG-nə 2-ci pilot, 2001-ci ildə İL-76 HG-nin kapitanı vəzifəsinə təyin edilmişdir. Eyni zamanda İL-76 təyyarəsinin təlimatçı komandiri kimi də fəaliyyət göstərib.
Xeyrulla Ağayev
Xeyrulla Məmmədov
Xeyrulla Məmmədov — pedaqoq, ədəbiyyatşünas, alim, elmlər doktoru. == Həyatı == Xeyrulla Qulam oğlu Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib. 1957-ci ildə S. M. Kirov adına ADU-nun (indiki BDU-nun) filologiya fakültəsini bitirib. 1957–1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi pedoqoci fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyyəçi işləyib. Lerik rayonda çıxan "Kolxoz yolu" qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi işləyib. 1960–1963-cü illərdə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunda aspiranturada oxuyub. 1963-cü ilin noyabr ayında ADPİ-da Azərbaycan ədəbiyyatı tarixi kafedrasına işə girib. 1963–1965-ci illərdə səsvermə yolu ilə həmin kafedrada müəllim işləyib.
Xeyrulla İbrahimov
Xeyrulla Mais oğlu İbrahimov (19 aprel 1971; Bakı, Azərbaycan SSR — 26 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, 4-cü Ordu Korpusunun Artileriya rəisi, Birinci Qarabağ müharibəsinin veteranı və qazisi, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xeyrulla İbrahimov 1971-ci il aprelin 19-da Bakı şəhərində Mais və Xalidə İbrahimovların ailəsində anadan olub. 1978–1985-ci illərdə Xətai rayonunda 116 nömrəli tam orta məktəbdə, 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1988–1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində "Artilleriya" ixtisası üzrə ali hərbi təhsil alıb. Xeyrulla İbrahimov 1998-ci ildən Pərvanə İbrahimova ilə ailəli idi. Həyat yoldaşı 5 iyun 2020-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Ləman adında bir qızı və Anar adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Xeyrulla İbrahimov 1992-ci il sentyabrın 28-dən 1993-cü il iyunun 5-nə qədər Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Haubitsalı Artilleriya Divizionunun Qərargah rəisi — Divizion Komandirinin müavini vəzifəsində, 1993-cü il iyunun 5-dən 1993-cü il noyabrın 1-nə qədər isə Hacı Zeynalabdin qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə Zenit Artilleriya Divizionunun Komandiri vəzifəsində xidmət edib. === Birinci Qarabağ müharibəsi === Xeyrulla İbrahimov 1992–1994-cü illərdə Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə savaşıb. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli istiqamətində gedən döyüşlərdə yaralanıb.
Şəbnəm Xeyrulla
== Həyatı == Xeyrullayeva Şəbnəm Ceyhun qızı 1987-ci il noyabrın 4-ü Bakının Sabunçu rayonunda anadan olmuşdur. 1994-2005-ci illərdə Balaxanı qəsəbəsində yerləşən M.ƏSabir adına orta məktəbdə təhsil almışdır. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin bakalavr, 2009-2011-ci illərdə isə həmin fakültənin magistr pilləsində təhsil almışdır. ANS Telekanalında çalışmağa başlamazdan öncə, digər telekanallarda fərqli vəzifələrdə çalışmışdır. 2012-ci ildən ANS TV-nin "Alın Yazısı" verilişinin müəllifi və aparıcısıdır. 2013-cü ildən isə "Keçmişə Salam" verilişində də aparıcı kimi çalışır.
Cəlil Xeyrullayev
Cəlil Mürvət oğlu Xeyrullayev (16 may 1989, İkinci Nügədi, Quba rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəlil Xeyrullayev 1989-cu il mayın 16-da Quba rayonunun II Nügədi kəndində anadan olub. 1996-2007-ci illərdə II Nügədi 3№-li kənd tam orta məktəbində təhsil alıb. Məktəbdə oxuduğu illərdə "Cəsurlar" komandasının üzvü olan Cəlil Xeyrullayev "Şahin" hərbi-idman oyunlarının rayon birinciliyindəki müvəffəqiyyətli çıxışlarına görə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.Nişanlı idi. == Hərbi xidməti == Cəlil Xeyrullayev 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edirdi. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Cəlil Xeyrullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəlil Xeyrullayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, Konstantinopol – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••••• 1.18
2004 •••••••••••••••• 2.70
2005 •••••••••••• 2.02
2006 ••••••••••• 1.80
2007 •••••••• 1.27
2008 •••••••••• 1.71
2009 ••• 0.48
2010 •••••••••••• 1.91
2011 ••••••••••••• 2.06
2012 ••••••••••• 1.72
2013 ••••••••••••• 2.19
2014 ••• 0.34
2015 •••••••• 1.36
2017 ••••••••• 1.46
2018 •••••••••• 1.65
2019 ••••• 0.83
2020 ••• 0.40

xeyrulla sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Allahın xeyiri, Tanrının rəhmi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#xeyrulla nədir? #xeyrulla sözünün mənası #xeyrulla nə deməkdir? #xeyrulla sözünün izahı #xeyrulla sözünün yazılışı #xeyrulla necə yazılır? #xeyrulla sözünün düzgün yazılışı #xeyrulla leksik mənası #xeyrulla sözünün sinonimi #xeyrulla sözünün yaxın mənalı sözlər #xeyrulla sözünün əks mənası #xeyrulla sözünün etimologiyası #xeyrulla sözünün orfoqrafiyası #xeyrulla rusca #xeyrulla inglisça #xeyrulla fransızca #xeyrulla sözünün istifadəsi #sözlük