Qeybulla sözü azərbaycan dilində

Qeybulla

Yazılış

  • Qeybulla • 98.9305%
  • qeybulla • 0.8021%
  • QEYBULLA • 0.2674%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qeybulla Qeybullayev
Qeybulla Ramazan oğlu Qeybullayev (9 may 1945, Katex, Balakən rayonu – 2 mart 2012, Türkiyə) — professor, elm və ictimai xadim; Türkiyə Cümhuriyyəti Baş Nazirinin Avrasiya məsələləri üzrə müşaviri. == Həyatı == Qeybulla Qeybullayev 9 may 1945-ci ildə Balakən rayonunun Katex kəndində dünyaya gəlmişdir. 1963-cü idə Katex kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1968-ci ildə Politexnik İnstitutunun İnşaat fakultəsini fərqlənmə ilə bitirmiş, sonra Dövlət Layihə İnstitutunda mühəndis-konstruktor vəzifəsində çalışmışdır. 1971-ci ildə Moskva İnşaat Fizikası İnstitutunun aspiranturasında dissertasiyasa müdafiə edərək texnika elmləri namizədi adı almışdır. 1974-cü ildə Azərbaycana qayıtmış, Azərbaycan Dövlət İnşaat və Memarlıq Komitəsində şöbə müdiri işləmişdir. 1980–1984-cü illərdə nazir müşaviri vəsifəsində çalışmışdır. 1984–1992-ci illərdə Azərbaycan Tikinti və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır. 1989-cu ildə Azərbaycan EA-nın İqtisad İnstitutunda elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. Eyni zamanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru və kafedra müdiri vəzifələrində işləmişdir.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Arzu Qeybullayeva
Arzu Qeybullayeva, Arzu Qeybulla (azərb. Qeybullayeva Arzu Qeybulla qızı‎; d. 1 avqust 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — jurnalist. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda anadan olub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb.. Türkiyə ermənilərinin İstanbulda nəşr etdirdikləri "Aqos" qəzetində yazar olaraq çalışmışdır.
Elçin Qeybullayev
Elçin Qeybullayev - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. Elçin Qeybullayev 4 dekabr 1968-ci ildə Quba rayonunun Talabı-Qışlaq kəndində anadan olub. Bakı Baş Tikinti idarəsinin 20 №-li tikinti idarəsində fəhlə işləyib. Hərbi xidməti Əfqanıstanda keçirib. Yanvarın 19-da Elçin axşam təxminən saat 23-də evdən çıxıb, Salyan qazarmasının yanına gedib. Yanvarın 21-də qardaşı İlqar Qeybullayev onun meyidini mərkəzi ölüxanadan tapıb. Quba rayonunda dəfn edilib. == Ünvan == Ölümünə qədər Bakı Baş Tikinti idarəsinin yataqxanasında yaşamışdır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == İstinadlar == Qulu Kəngərli.
Natəvan Qeybullayeva
Natəvan Qeybani Azərbaycanlı aktrisa. “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalarından biridir. == Həyatı == Aktrisanın bir oğlu və bir qızı var. == Fəaliyyəti == Natəvan Qeybani “Yuğ” Teatrının ikinci yaş nəslinə mənsub aktrisalardan biridir. Teatrın səhnəsində qoyulan tamaşalarda bir çox rollarda çxış edib. Aktrisa həmçinin dublyaj sahəsində uğurlu fərdlərdən biridir. 10 ildən çoxdur ki, dublyajda fəaliyyət göstərir. == Teatr səhnəsindəki rolları == Sara (“Solğun çiçəklər”, C.Cabbarlı) Qızılgül (“Kiçik şahzadə”, A.Ekzüperi) Qaratoxmaq qadın (“At. Daş. Qadın”, T. Daimi) Uşaq (Mirzə Cəlilin “Lal” pantomiması əsasında “Meqapolis” tamaşası) Əmidostu (“Hop?
Qiyasəddin Qeybullayev
Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu – 13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. == Həyatı == Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.
Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Elmi əsərlərinin əsas mövzusu == milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; == Təltif və üzvlüklər == UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) == Təşkilati işlər == UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti == Azərbaycanla baglı bir sıra diskussiyalarda iştirak == J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) == 70-dan çox elmi əsərin müəllifi, o cumlədən == Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.30 dəfə / 1 mln.
2004 ••• 0.67
2006 •••• 0.90
2007 ••• 0.63
2008 0.24
2009 •••• 0.80
2010 ••••• 1.27
2011 ••••• 1.20
2012 ••••• 1.12
2013 •••••••• 2.04
2014 •••••••••• 2.57
2015 •••••••••••••• 3.40
2016 •• 0.35
2019 0.14
2020 •••••••••••••••••••• 5.17

qeybulla sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

Allahın qeybi, gözəgörünməzliyi.

Azərbaycan kişi adlarının izahlı lüğəti

Oxşar sözlər

#qeybulla nədir? #qeybulla sözünün mənası #qeybulla nə deməkdir? #qeybulla sözünün izahı #qeybulla sözünün yazılışı #qeybulla necə yazılır? #qeybulla sözünün düzgün yazılışı #qeybulla leksik mənası #qeybulla sözünün sinonimi #qeybulla sözünün yaxın mənalı sözlər #qeybulla sözünün əks mənası #qeybulla sözünün etimologiyası #qeybulla sözünün orfoqrafiyası #qeybulla rusca #qeybulla inglisça #qeybulla fransızca #qeybulla sözünün istifadəsi #sözlük