* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••• | 4.33 |
2004 | ••••••••• | 5.39 |
2005 | ••••••••••••••• | 8.77 |
2006 | •••••••••••••••••••• | 12.16 |
2007 | •••••••••••••••• | 9.51 |
2008 | ••••••• | 3.65 |
2009 | ••••••••••••••••• | 9.76 |
2010 | ••••••• | 4.18 |
2011 | •••••••••••• | 6.95 |
2012 | ••••••••• | 5.42 |
2013 | •••••••••• | 5.54 |
2014 | •••••••• | 4.81 |
2015 | •••• | 2.38 |
2016 | •••••• | 3.30 |
2017 | ••••••• | 4.23 |
2018 | ••••• | 3.00 |
2019 | ••••••••••••• | 7.37 |
2020 | ••••••••••• | 6.23 |
1 is. [ər.] 1. tar. Bəzi müsəlman ölkələrində Məhəmməd peyğəmbərin vəkili və bütün müsəlmanların başçısı və hamisi sayılan şəxslərə verilən yüksək dini ünvan (xəlifələr Məhəmməddən sonra işğalçı müharibələr nəticəsində yaradılmış ilk dövlətlərdə həm dünyəvi, həm də dini hakimiyyətə malik olmuşlar; vaxtilə Türkiyə sultanları da bu adı daşımışlar). Padşah həm xəlifə olub, həm də dövlətin yol göstərəni. N.Nərimanov. Xətib xəlifə və Ağabəy Məhəmmədə dua etdiyi zamanda da xalqın bu iki ada qarşı bəslədiyi mənfi münasibət bir daha özünü göstərmiş oldu. M.S.Ordubadi. [Babək:] Xəlifə və sarayın hədsiz-hesabsız vergiləri hamını cana gətirib. M.Rzaquluzadə. 2. Keçmişdə molla məktəblərində molla köməkçisi (bu mənada çox vaxt “xəlfə” şəklində işlənir). Uşaqlardan biri – sonradan bildim ki, bu məktəbdə “xəlifə” imiş – həsrətlə baxdığımı görüb, anamdan mənim də onlarla iştirak etməyimi rica etdi. T.Ş.Simurq. Xəlifə ilə mollaya adam getmişdi, hələ gəlib çıxmamışdılar. Qantəmir. Molla, həmişə olmadığı zaman öz yerində xəlifə təyin etdiyi oğlana … dedi: – Bu gedələr yenə gəlməyiblər. P.Makulu. ◊ Burda mənəm, Bağdadda kor xəlifə – çox lovğa, çox təkəbbür, yekəbaş adam haqqında. Gülöyşə deyir, burda mənəm, Bağdadda kor xəlifə, xəstələri özüm sağaldacağam. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / xəlifə1 Ərəbcə xələf sözü ilə kökdaşdır, “sonra gələn (sələfin antonimi), davamçı” deməkdir. Məhəmməd peyğəmbərin davamçılarına xəlifələr deyilib. İlk dörd xəlifə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661) olmuşlar. Ömər 642-ci ildə İranı almış, Muğana daxil olmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xəlifə2 сущ. истор. халиф: 1. титул феодального верховного правителя мусульман, совмещавшего духовную и светскую власть в ряде стран Ближнего и Среднего Востока 2. лицо, носившее этот титул 3. в прошлом – помощник муллы в религиозных школах ◊ burada mənəm, Bağdadda kor Xəlifə – своя рука владыка (что хочу, то и делаю)
Azərbaycanca-rusca lüğət / xəlifə1 [ər.] сущ. халифа (1. ист. бязи мусурман уьлквейра Мегьамед пайгъамбардин векил ва вири мусурманрин чӀехиди (куьмек) яз гьисабзавай ксариз гудай тӀвар (титул); Мегьамедалай кьулухъ ислам диндин чӀехиди; пачагь (мусурман уьлквейра); 2. виликан мулла мектебра мулладин куьмекчи); ** burda mənəm, Bağdadda kor xəlifə гзаф лавгъа, тӀиш цава кьадай, кьама ялар авай, зун-зун лугьудай, хаха касдин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / xəlifəə. 1) canişin; 2) Məhəmməd peyğəmbərdən sonra xilafət başçısı; 3) bax xəlfə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəticanişin; islamiyyətdə Məhəmməd peyğəmbərdən sonra xilafətin hökmdarı; mollaxanada mollanın köməkçisi.
Azərbaycan kişi adlarının izahlı lüğəti