xəzəl sözü azərbaycan dilində

xəzəl

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəzəl • 80.3419%
  • Xəzəl • 17.9487%
  • XƏZƏL • 1.7094%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəzəl
Xəzəl — yerə tökülən köhnə yarpaqlar xəzəl adlanır. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan(o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.Rza xandan peyrovluqda, sair Pəhləvi sevərlər və Pəhləvi yazıçıları da bu iddianın izahında yazıblar və Pəhləvi tarixçilik mətnlərindən bir toplumun buna ixtisas veriblər.
Mehdi Xəzəli
Mehdi Xəzəli naşir, həkim, bloqçudur və öndə gələn sağçı ruhani və keçmiş Gözətçilər Şurasının üzvü, Ayətullah Xəzəlinin, oğludur.O, həmçinin İslam alimi və Tehranda Həyyan Mədəniyyət İnstitutunun direktorudur. Atasının miras əksinə-ki İran Prezidenti Əhmədinejadın güclü tərəfdarıdır o, din və hökumətin artıq qarışdırılması əleyhinədir və müasir cəmiyyətdə zərərli ola biləməyinə inanır.O, İran hökumətinin ən güclü tənqidçilərindən biridir. == Həbsxana == 2009-cu seçkilərdə Doktor Xəzəli Prezident Mahmud Əhmədinejadı kəskin tənqid edib. Onun bloqunda bir mübahisəli məqalə nəşr olmasından sonra ki,o İran Prezidenti Mahmud Əhmədinejadın yəhudi kökləri olduğunu iddia etdi, dini məhkəmədə hazır olmağa məcbur olmuşdur.Doktor Mehdi Xəzəlinin məhkəmədə hazır olmasından sonra o, 27 iyun 2009 həbs olunmuş və gizli bir yerə götürülmüşdür.Onun həbs zamanı polis onun evinə hücum etmiş və veb səhifəsini silmişdir.Xəzəli $ 20,000 kəfalətlə(zaminliklə) 20 iyul 2009-cu il azad edilmişdir.13 oktyabr 2010-cu il Doktor Mehdi Xəzəli məlumatlara görə İran təhlükəsizlik məmurları tərəfindən yenidən həbs edilmişdir.Dövlət tabeliyindəki Fars Xəbərlər Agentliyi,raport vermişdir ki Doktor Xəzəli, "sistem əleyhinə təbliğat", "yalan nəşriyyat" və ictimai rəyi narahatetmək" ittihamlara görə həbs edilib.İran hökuməti, zahirən müxalifət üzvlərin cinayətlərə təqsirləndirilməyini,rejimin tənqid etmə cəzası kimi adət etmişdir.İnqilab Məhkəməsinin hakimi $ 180,000 kəfalətlə Doktor Xəzəlini azad buraxmışdır.18 iyul 2011-ci il, Xəzəli buraxılmışdır. == Xarici keçidlər == The Violent Arrest Of Outspoken Regime Critique Blogger Dr.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2005 •••••••••• 0.67
2006 •••••••••• 0.68
2010 •••••••••••••••••••• 1.36
2012 ••••••• 0.43
2013 ••• 0.15
2015 •••••••• 0.51
2017 ••••• 0.33
2018 ••••••• 0.45
2019 ••••• 0.28

xəzəl sözünün leksik mənası və izahı

  • 1 is. 1. Payız fəslində budaqlardan tökülən (saralmış) quru yarpaqlar. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb bağda ağaclar altında çox xəzəl olan yerdə qurardıq. S.S.Axundov. İlyas qızın ayaqları yanında, keçənilki quru xəzəllər üstündə oturub qolunu daşa söykədi. Ə.Məmmədxanlı. □ Xəzəl olmaq, xəzələ dönmək – saralıb-solmaq, qurumaq. Payızdır, bağçalar xəzələ dönmüş; Təbiət bir solğun gözələ dönmüş. M.Müşfiq. Niyə xəzəl oldu salxım söyüdlər; Harda görüşəcək sevənlər indi? N.Xəzri. // Məc. mənada. Özü xəzəl olub vaxtsız töküldü; Ömrün baharını duymadı, getdi. S.Vurğun. Səni görmədən ölsəm; Xəzəl olub tökülsəm; Dadlı bahar çağımda. M.Müşfiq. Ömrünün bağçası döndü xəzələ. Biinsaf, bivəfa, yar dedi, getdi. M.Rahim. Xəzəl kimi – solğun, solğunlaşmış, təravətini itirmiş. [Fərman Mələyə:] Bir-iki ildən sonra da xəzəl kimi saralıb solacaqsan. M.İbrahimov. Əjdərin üzü xəzəl kimi saralmış və solmuşdu. S.Rəhman. Budaqda titrəyən son xəzəl kimi; Elə bil ümiddən asılıb ürək… N.Kəsəmənli. 2. Müqayisələrdə çoxluq, hədsizlik, saysızlıq bildirir. [Bibixanım:] Pul əlində elə bil Şüvəlan bağlarının xəzəlidir. B.Bayramov. □ Xəzəl kimi yağdırmaq (səpələmək, tökmək) – sağa-sola xərcləmək, israfçılıq etmək. [Fatmanisə Seyidə:] …Dua yazdıran kimdir, ruh tutduran kimdir, nəzir də ki xəzəl kimi başından aşağı pulu yağdırırlar. R.Əfəndiyev. Xəzəl kimi yağmaq (səpələnmək, tökülmək) – həddindən artıq, çoxlu, saysız-hesabsız gələn pul haqqında. Onluqdan tutmuş yüzlüyə qədər pullar sazın üstünə xəzəl kimi töküldü. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / xəzəl

xəzəl sözünün rus dilinə tərcüməsi

  • 1 опавшие сухие листья (в основном осенью)

    Azərbaycanca-rusca lüğət / xəzəl
  • 2 сущ. опавшие осенью сухие листья; xəzəl kimi: 1. желтый как сухой лист; 2. очень много (о деньгах); xəzəl olmaq, xəzələ dönmək увядать, увянуть: 1. лишаться, лишиться свежести (о растениях) 2. утрачивать, утратить молодость (свежесть, красоту) ◊ pulu xəzəl kimi səpələmək тратить деньги направоналево; транжирить деньги; başına pul xəzəl kimi yağır деньги сами идут в руки кому-л.; деньги к деньгам идут; pul əlində xəzəl kimidir kimin у кого бешеные деньги

    Azərbaycanca-rusca lüğət / xəzəl

xəzəl sözünün inglis dilinə tərcüməsi

xəzəl sözünün fransız dilinə tərcüməsi

xəzəl sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. хъипи хьайи кьуру пешер (зулухъ авахьдай); xəzəl olmaq, xəzələ dönmək хъипи хьун, кьуру хьун; xəzəl kimi хъипи хьайи пешер хьтин (хьиз), хъипи, тазавал амачир; 2. гзафвал, кьадарсузвал манада; xəzəl kimi yağdırmaq (səpələmək, tökmək) пеш хьиз къурун, акатайвал харжун, серф авун (пул); xəzəl kimi yağmaq (səpələnmək tökülmək) пеш хьиз къун, кьадардилай артух, лап гзаф къвезвай, кьадарсуз пулунин гьакъинда.

    Azərbaycanca-ləzgicə lüğəti / xəzəl

xəzəl sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Göyçay) bax xazal

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xəzəl" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəzəl nədir? #xəzəl sözünün mənası #xəzəl nə deməkdir? #xəzəl sözünün izahı #xəzəl sözünün yazılışı #xəzəl necə yazılır? #xəzəl sözünün düzgün yazılışı #xəzəl leksik mənası #xəzəl sözünün sinonimi #xəzəl sözünün yaxın mənalı sözlər #xəzəl sözünün əks mənası #xəzəl sözünün etimologiyası #xəzəl sözünün orfoqrafiyası #xəzəl rusca #xəzəl inglisça #xəzəl fransızca #xəzəl sözünün istifadəsi #sözlük