* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Bir şəxsin və ya şeyin insan fikrində, təsəvvüründə təcəssüm edən surəti; təxəyyül. Onun xəyalı heç vaxt gözümün qabağından getmir. // Xəyala, fikrə gələn şeylər; xəyalat. Pəncərənin önündə o, dayanır lal kimi; Gördükləri görünür gözünə xəyal kimi. B.Vahabzadə. Yenə uzaq yollar keçir gözümdən; Yenə min xəyalda, min soraqdayam. N.Xəzri. 2. Fikir, düşüncə. Xəyalım hürr, can sərbəst, fikrim laübalıdır; Məni azad edən sultani-əqli-nöktədanımdır. M.Hadi. □ Xəyal eləmək (etmək) – təsəvvürünə gətirmək, ağlına gətirmək, xəyalına gətirmək, düşünmək, fikir eləmək. Nə xəyal eləyirsən? – Könül titrər, gözüm görməz, əlim tutmaz, ayaq getməz; Görər heyranlığım canan, xəyal eylər ki, təmkindir. Qövsi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək, öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmırdı. Ə.Haqverdiyev. Məşədi Əsgər öz-özünə xəyal etdi ki, həqiqətdə həmin qərib müsafirin çamadanını əlindən qapıb qaçmaq çox asanca işdir. S.M.Qənizadə. Xəyala dalmaq (qapılmaq, getmək) – fikrə getmək, dərin düşüncəyə dalmaq. İndi [Şiraslan] yeni bir xəyala qapılır, sanki kainatla qovuşur… S.Rəhimov. Dərin xəyala dalsan; Mən sükutun olaram. N.Xəzri. Mən … bəzən də qoca bir kötüyün üstündə oturub xəyala gedirəm. Z.Xəlil. Xəyala gəlmək – 1) yada düşmək, anılmaq, xatırlanmaq, təsəvvürə, fikrə gəlmək, xəyalında canlanmaq. Ol afitabrüxlə keçən günlərim mənim; İndi gəlir xəyalıma hicrində xabtək. S.Ə.Şirvani; 2) ağlına gəlmək, düşünmək. …Xəyalıma gəldi ki, nökərimiz evi süpürəndə süpürgənin tikanı düşüb fərşin üstünə və batıb qonağın yumşaq yerinə. C.Məmmədquluzadə. Xəyalına gətirmək – xəyalında, təsəvvüründə canlandırmaq, yadına salmaq, xatirə gətirmək, düşünmək, fikrinə, təsəvvürünə gətirmək. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal. Qarı oturduğu yerdə gözlərini yumub, dumana bürünmüş uzaq günlərini xəyalına gətirdi… Ə.Məmmədxanlı. Xəyalına girmək – ağlına gəlmək, fikrinə gəlmək, düşündürmək. [Taybuynuz öküz] işə bir az ağır gedəndə yaman sözlərdən, töhmətdən və döyülməkdən başqa bir şey görüb eşitmir, onun ac və susuz qalmağı da bir kəsin xəyalına girmir… F.Köçərli. Xəyalında canlanmaq – təsəvvüründə, hafizəsində canlanmaq, gözünün qabağına gəlmək, təsəvvürünə gəlmək, yadına düşmək. Gələcək Bakı – əməkçi Bakısı xəyalında canlanır. M.S.Ordubadi. Hər gecə əxilər süfrəsi başında gördüyü o müxtəlif qəriblər və kimsəsizlər içərisində yavaş-yavaş bu qocanın da siması [yolçunun] xəyalında canlanırdı… Ə.Məmmədxanlı. 3. məc. Arzu edilən, həsrəti çəkilən şey mənasında. Ləbin xəyalı ilə dildə şur olur peyda; Bəli, nəməklə olur, rəsmdir, kəbab ləziz. S.Ə.Şirvani. [Mayanın] ata minmək, atın üstündə yol getmək isə şirin xəyalı idi. M.İbrahimov. □ Xəyalından keçmək – fikrindən keçmək, arzusunda olmaq, ürəyindən keçmək. [Hacı Kamyab:] [Fərmanın] xəyalından mənim qızımı almaq keçir. Qoy xəyalplovdan nə qədər yeyəcək, yesin. Ə.Haqverdiyev. // Başa gəlməz, boş xəyaldan ibarət olan şey; xülya. Sevda nədir? Hicran nədir? Bir xəyal! M.Müşfiq. □ Xəyal kimi – kölgə kimi, kabus kimi. Doğrusu … hər zaman gözlərimdə siz; Gəlib durursunuz bir sual kimi; Gah şirin, gah acı bir xəyal kimi. S.Vurğun. Otağı göyümtül papiros tüstüsü bürüdüyündən, adamların siması xəyal kimi dumanlı görünürdü. M.Hüseyn. Dağlarımın başından qalxıb bir qartal kimi; Gəzdim ana yurdumu canlı bir xəyal kimi. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / xəyal3 ə. 1) bax xəyalat (1-ci və 2-ci mənalarda).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / xəyal5 1. XƏYAL Yenə alır Rəhimi qanadına xəyallar (Ə.Kürçaylı); XƏYALƏT Təyyarə səsi Aslanı xəyalatdan ayırdı (M.Hüseyn); XƏYALPLOV (dan.) [1-ci elçi] Gözünüz görsə də odlar, alovlar; Sizə şirin gəlir xəyalplovlar (S.Vurğun); XÜLYA O gün xülya deyil, qardaşlar, haqdır; O gündən görürəm o günləri mən (Ə.Kürçaylı); KÖLGƏ (məc.) Onları yaşadır bu xalq, bu ölkə; Onlar həqiqətdir, deyildir kölgə! (S.Rüstəm); TƏXƏYYÜL Rüxsarə o qədər təxəyyül aləminə qapılmışdı... (S.Rəhimov); UTOPİYA Fəxrəddin: Kommunizm utopiyadır, – deyə Şahbaz mən ilə bəhs etdi (S.S.Axundov); FANTAZİYA, MÖVHUMAT. 2. xəyal bax düşüncə 2
Azərbaycan dilinin sinonimlər lüğəti / xəyal1 XƏYAL – HƏQİQƏT Bu bir həqiqətdir, deyildir xəyal (S.Rüstəm).
Azərbaycan dilinin antonimlər lüğəti / xəyal1 1. мечта, греза; 2. призрак, воображение, фантом, видение, иллюзия, галлюцинция; 3. утопия, химера;
Azərbaycanca-rusca lüğət / xəyal2 сущ. 1. воображение: 1) мысленное представление, воспроизведение кого-л., чего-л. в уме. Xəyalında canlandı возникло в воображении 2) психический процесс, заключающийся в создании новых представлений на основе уже имеющихся путем их преобразования 3) мнение, представление ни на чем не основанное; домысел, плод фантазии. Boş xəyal пустое воображение 2. фантазия. Xəyallar dünyası мир фантазий (мир грёз) 3. вымысел (ч т о либо не соответствующее действительности, истине) 4. видение (то, что представляется воображению в грёзах) 5. мечта, грёза (обычно мн. ч. грёзы), создание воображения. Xəyala dalmaq погрузиться в грезы (мечты), xam xəyallar несбыточные мечты (грезы), иллюзии
Azərbaycanca-rusca lüğət / xəyal1 i. 1. dream; day-dream, waking-dream; gənclik ~ları the dreams of youth; 2. spectre, ghost, phantom, apparition; dəhşətli ~ terrible apparition; 3. illusion, chimera, utopia; ~ dəryasına qərq olmaq to be* plunged (in) / absorbed (in), to be* lost / buried (in); ~ etmək 1) to dream* (of); 2) to think* (of); ~a qapılmaq / dalmaq / getmək to fall* to thinking, to be* / to become* thoughtful; to be* lost / sunk in thoughts; ~a gətirmək to imagine (d.), to fancy (d.); ~a düşmək to intend to do (d.); to be* going to do (d.); ~ından daşınmaq to give* up doing (d.); to change one’s decision, to change one’s mind; ~ından keçmək to flash through one’s mind
Azərbaycanca-ingiliscə lüğət / xəyal1 is. rêve m, illusion f ; spectre m ; dəhşətli ~ terribile apparition f ; ~ dəryasına qərq olmaq rêver à
Azərbaycanca-fransızca lüğət / xəyal1 [ər.] сущ. хиял (1. фикирда амай (авай, фикирдиз къведай) шикил, хъен ва мс.; хиялдиз, фикирдиз къведай затӀар; хиялар; 2. фикир, фагьум; // xəyal eləmək (etmək) хиял авун, фикир авун, акьулдиз гъун, хиялдиз гъун, фагьумун, фикирун; xəyala dalmaq (qapılmaq, getmək) хиялди (фикирди) тухун, хиялрик (фикирдик) акатун, фикирдиз фин, фикир авун; xəyala gəlmək хиялдиз атун, фикирдиз атун, рикӀел атун (хтун); xəyalına gətirmək хиялдиз гъун (хкун), фикирдиз гъун, фагьумун; xəyalına girmək хиялдиз атун, акьулдиз атун, фикириз (фагьумиз) тун; xəyalında canlanmaq хиялдай (вилерикай) карагун, вилин кӀаник атун, рикӀел хкун (гъун, хтун, атун); 3. пер. мурад ийизвай, рикӀяй физвай затӀ, цӀигел тир затӀ; xəyalından keçmək хиялдай фин, рикӀяй фин; 4. пер. кьилиз тефир, буш хиял хьиз аквадай затӀ; xəyal kimi хьиял хьиз (хьтин), хъен хьиз, вилерикай карагдай затӀ хьиз).
Azərbaycanca-ləzgicə lüğəti / xəyal