Xəyalə sözü azərbaycan dilində

Xəyalə

Yazılış

  • Xəyalə • 99.5970%
  • xəyalə • 0.2879%
  • XƏYALƏ • 0.1151%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xəyalə Abdulla
Xəyalə Mardan qızı Abdulla (13 iyul 1993) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2015). == Şahmat karyerası == 2010-cu ildə Gürcüstanın Batumi şəhərində keçirilmiş 18 yaşa qədər qızlar arasında Avropa çempionatında bürünc medal qazanıb.2011-ci ildə 18 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında qızıl, 20 yaşa qədər qızlar arasında isə gümüş medala sahib çıxıb.2012-ci ildə 20 yaşa qədər qızlar arasında Azərbaycan çempionatında ikinci dəfə gümüş medala sahib çıxıb.2013 və 2014-cü illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. Azərbaycanın qadınlardan ibarət milli komandasının tərkibində 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında və 2013-cü ildə Polşanın Varşava, 2015-ci ildə isə İslandiyanın Reykyavik şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir. 2016-cı ildə Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.Xəyalə Abdulla 2010-cu ildə qadınlar arasında beynəlxalq usta adına, 2015-ci ildə isə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülüb. == Reytinqi == FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin mart ayına olan məlumata görə Xəyalə Abdulla 2241 xalla Azərbaycan qadın şahmatçıları arasında 9-cu, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 320-ci yerdə qərarlaşıb. == Şəxsi həyatı == Xəyalə Abdulla azərbaycanlı qrosmeyster Nicat Abasov ilə ailə həyatı qurub. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Khayala Abdulla. Chess-DB.com (ing.) Khayala Abdulla. Chessgames.com (ing.) Khayala Abdulla.
Xəyalə Manaflı
Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı. == Həyatı == Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir. 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır. 1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub. 1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub.
Xəyalə Murad
Xəyalə Murad (Xəyalə Məmmədli; 25 noyabr 1986, Sumqayıt) — yazıçı, redaktor, tarixçi, publisist, "Sürətli oxu" təlimçisi (kouç) == Həyatı == 1986-cı il 25 noyabr tarixində Sumqayıt şəhərində mühəndis ailəsində dünyaya gəlib. İlk qələm təcrübəsi on yaşından başlayır. İlk şerini on, ilk hekayəsini on dörd yaşında yazmış Xəyalə Murad hələ orta məktəbdə təhsil alarkən bir çox yazıçıların pyeslərinin səhnələşdirilməsində yaxından iştirak edib. 2004-cü ildə Sumqayıt şəhəri N.Tusi adına 12 saylı orta məktəbi fərqlənmə ilə başa vurub. 2006-cı ildə İnformasiya Texnologiya institutunun Ağstafa şəhərində yerləşən filialında kompüter müəllimliyi üzrə dərs alıb. 2006-2008-ci illər Sumqayıt şəhərində yerləşən müxtəlif kompüter mərkəzlərində müəllimə kimi fəaliyyət göstərib. 2012-ci ilin aprel ayından 2016-cı ilin dekabr ayınadək ilk milli qadın portalı olan Qadin.Net saytında və 2016-2017-ci illərdə ilk beynəlxalq informasiya bürosu olan Voicepress.az saytında redaktor vəzifəsində çalışıb. Hazırda isə 2017-ci ilin iyun ayından etibarən Qadin.Net saytının baş redaktorudur. 2021-ci ildə Rusiyanın Tolyatti Dövlət Universitetinin (Тольяттинский государственный университет) Tarix fakültəsinə qəbul olub. 2014-cü ildən öz təcrübəsinin əsasında hazırladığı layihə ilə "Sürətli oxu" (скорочтение, Speed reading) təlimçisi (Коуч coach) kimi müxtəlif universitetlərdə, gənclər evlərində təlimlər verir, insanların mütaliə sevgisini artırmağa çalışır.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva (26 aprel 1980, Bakı) — azərbaycanlı aktrisa, teleaparıcı. == Həyatı == Xəyalə Quliyeva 26 aprel 1980-cıildə Bakı şəhərində anadan olub. 1986-cı ildə Qala kəndindəki 185 saylı məktəbə getmişdir. Hələ məktəb illərindən incəsənətə çox meyilli olan Xəyalə məktəbdə keçirilən bütün tədbirlərdə aktiv iştirak etmişdir. Onun bu istedadını müəllimləri də çox sevindirmişdir. Məktəb illəri ölkəmizin tarixində çətin dönəmlərə düşməsinə baxmayaraq, aktrisa təhsilindən geri qalmamış, bütün çətinliklərə baxmayaraq öz biliyi, savadı və qabiliyyəti sayəsində məktəbi yaxşı qiymətlərlə bitirmişdir. Eyni zamanda qarmon ifacılığı üzrə musiqi məktəbinidə yaxşı qiymətlərlə bitirmiş, 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə qəbul olmuşdur. Tələbəlik illərindədə öz istedadı ilə fərqlənən Xəyaləni tez-tez müxtəlif tədbirlərə aparıcı və aktrisa kimi dəvət olunurdu. 2003-cü ildə universitetin son kurslarında oxuyarkən ilk dəfə öz müəllifliyi ilə ATV telekanalında "Çəkirəm Haa" proyekti ilə efirə çıxmışdır. Bu veriliş böyük uğur qazanaraq az vaxtda çox saylı izləyici kütləsi yığmışdır.
Xəyalə İsgəndərova
Xəyalə İlqar qızı İsgəndərova (türk. Hayale Isgenderova; doğ. 20 oktyabr 1988, Bakı ) — Azərbaycan əsilli Türkiyə şahmatçısı, qadınlar arasında beynəlxalq usta (2009). == Şahmat karyerası == 2006-cı ildə qadınlar arasında Azərbaycan çempionatında qızıl, 2007 və 2008-ci illərdə isə bürünc medal qazanıb.2015-ci ildə qadınlar arasında Türkiyə çempionatında gümüş, 2014 və 2016-cı illərdə isə bürünc medal qazanıb.2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərinın Şarja şəhərində keçirilmiş beynəlxalq "Sharjah Cup" turnirinin qalibi olub.Müxtəlif illərdə qadınlardan ibarət Azərbaycan və Türkiyə yığma komandalarının heyətində Şahmat Olimpiadalarının (2006–2016) və Avropa çempionatlarının (2007–2009, 2015–2017) iştirakçısı olub. == Şəxsi həyatı == Türkiyə vətəndaşı ilə ailə həyatı qurub və 2013-cü ildən bu ölkəni təmsil etməyə başlayıb. == İstinadlar == == Ədəbiyyat == Gino Di Felice. Chess International Titleholders, 1950-2016. Cefferson, Şimali Karolina: McFarland & Company, Inc. 2017. ISBN 9781476671321.
Kiyevin xəyaləti
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir.MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Qara xəyalət tetra
Hyphessobrycon megalopterus (lat. Hyphessobrycon megalopterus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü.
Zirehdəki xəyalət
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.31 dəfə / 1 mln.
2003 •• 1.18
2004 ••• 1.35
2005 •• 0.67
2006 •••• 2.48
2007 ••••••• 4.02
2008 ••••••••••••••• 9.99
2009 •••••••••••••••••• 11.36
2010 •••••••••••••••••••• 13.34
2011 ••••••••••••• 8.32
2012 •••••••••••••• 8.78
2013 ••••••••••• 6.71
2014 ••••••• 4.46
2015 •••••• 3.91
2016 ••••• 3.30
2017 ••••••• 4.23
2018 ••••••• 4.34
2019 •••••• 3.62
2020 ••••• 2.92

xəyalə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

təxəyyül; fikir, düşüncə.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"xəyalə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəyalə nədir? #xəyalə sözünün mənası #xəyalə nə deməkdir? #xəyalə sözünün izahı #xəyalə sözünün yazılışı #xəyalə necə yazılır? #xəyalə sözünün düzgün yazılışı #xəyalə leksik mənası #xəyalə sözünün sinonimi #xəyalə sözünün yaxın mənalı sözlər #xəyalə sözünün əks mənası #xəyalə sözünün etimologiyası #xəyalə sözünün orfoqrafiyası #xəyalə rusca #xəyalə inglisça #xəyalə fransızca #xəyalə sözünün istifadəsi #sözlük