* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. İsmətli, abırlı, namuslu, utancaq. [Bədircahan:] Xan, özünüz bilirsiniz ki, qız uşağı hayalı olur… N.Vəzirov. Zəmanənin xarab bir vaxtında nəcib, gözəl, həyalı, iffətli və ismətli bir qız tapmaq çox da asan deyildi. S.Hüseyn. // İs. mənasında. Həyalı qızarar, həyasız ağarar. (Ata. sözü).
Azərbaycan dilinin izahlı lüğəti / həyalı3 HƏYALI, ABIRLI Amma öz qohum-qardaşlarımızdan, abırlı, həyalı müsəlmanlarımızdan həya-ədəb eyləyib (Qantəmir); ARLI Molla ədalı, sofi kirdarlı; Mərsiyəxan qanlı, mürid arlı (M.Ə.Sabir); İSMƏTLİ Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı (C.Cabbarlı); NAMUSLU ..qadınlar Allaha yalvarıb, övlad dilərkən, Gülzar kimi pak və namuslu bir qız istərlərdi (C.Cabbarlı); UTANCAQ (bax).
Azərbaycan dilinin sinonimlər lüğəti / həyalı1 HƏYALI – ƏXLAQSIZ Qan həyalı, namuslu qadının başına sıçradı, əlini çəkib şala büründü (S.S.Axundov); Hamınız əxlaqsız, murdar tayfasınız (S.Qədirzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / həyalı2 прил. стыдливый, застенчивый, стеснительный. Həyalı qadın застенчивая женщина
Azərbaycanca-rusca lüğət / həyalı1 прил. гьая авай, гьаялу, абурлу, исметлу, намуслу, регъуьвалдай, регъуь.
Azərbaycanca-ləzgicə lüğəti / həyalı