həyatın sözü azərbaycan dilində

həyatın

Yazılış

  • həyatın • 93.0542%
  • Həyatın • 6.9181%
  • HƏYATIN • 0.0277%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həyatın mənası
Fəlsəfi bir sual olan “Həyatın mənası nədir?” sualı fərqli insanlar tərəfindən fərqli şəkildə qəbul edilə bilər və “məna” sözünün qeyri-müəyyənliyi fərqli açıqlamalara səbəb olur: “Həyatın mənşəyi nədir?”, “Kainatın və həyatın təbiəti nədir?”, “Həyatı dəyərli edən nədir?”, “İnsan həyatının məqsədi nədir?” Bu suallara elmi nəzəriyyələrdən tutmuş fəlsəfi, teoloji və mənəvi dəlillərə qədər müxtəlif yollarla cavab verilir. Başqa bir nəzəriyyəyə görə, “həyatın mənası” problemi yalnız ölümlə başa çatır, cavablandırıla bilər. Fəlsəfi baxımdan nəticə qaçılmaz ölümdür. Həyatından asılı olmayaraq (varlı, kasıb, ağıllı, axmaq, gözəl, çirkin) hər bir insan ölür və bu problem sona çatır. Mövzuya dair fikirləri aşağıda ümumiləşdirmək olar. == Məşhur fikirlər == Bir çox insan müəyyən bir dövrdə özlərinə “həyatın mənası nədir?” sualını verir və sonrada öz suallarına özləri cavab verirlər. Həmin sualların cavablarının ən populyarları aşağıdakılardır: Həyatın davamlılığı və maddi/müvəqqəti uğurlar ... gəlirlərin artması və sosial statusun yüksəldilməsi. ... başqaları ilə rəqabət etmək və ya tərəfdaş olmaq ...
Həyatın imzası (kitab)
Həyatın imzası (Eramızdan min illərlə əvvəl yaranmış ən qədim irfani nəzəriyyə) — Rövşən Abdullaoğlunun 2012-ci ildə nəşr edilmiş "Qədim irfani nəzəriyyələr" silsiləsindən olan kitabı. == Məzmun == “Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox ariflərin sözlərində və irfani təlimlər barədə yazılmış kitablarda rastlaşırıq. == Nəşr == Kitab 2012-ci ildə Bakıda Qədim Qala nəşriyyatında 168 səhifədə 60x90 ölçüsündə çap edilib. == Həmçinin bax == Ölülərin hakimiyyəti == İstinadlar == == Xarici keçidlər == "Həyatın İmzası" ( (az.)). qedimqala.az. 2016-07-28 tarixində arxivləşdirilib.
Həyatın yaşam sığortası
Həyatın yaşam sığortası (ing. endowment insurance) – sığortalıya müqavilə müddətinin sonunda və ya sığortalının ölümündən sonra nominal dəyəri ödəyən həyat sığortasının bir növü. Həyatın yaşam sığortası sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığortaolunanın vəfat etdiyi və ya sığorta müqaviləsində müəyyən edilmiş yaşa / müddətə qədər yaşadığı halda sığorta ödənişinin həyata keçirilməsini ehtiva edir. Həyatın Yaşam Sığortası siyasəti sabit aylıq ödənişlərin edildiyi müddətdə risksiz, zəmanətli gəlir vəd edir. Bu sığorta məhsulunun əsas əhəmiyyəti, ilk növbədə, əmək müqavilələrinin rəsmiləşdirilməsi, əmək müqavilələrinin bağlanmasının zəruriliyi və tətbiq edilən vergilərin, məcbur dövlət sosial sığorta haqlarının çalışanların mənafeyinə olması barədə maarifləndirməkdir. “Həyatın Yaşam Sığortası” Sosial sığorta haqqında qanunun 15-ci maddəsi və Vergi Məcəlləsinin 116-cı maddəsinə əsaslanır. === Sığorta məhsulunun anlayışı === Müqavilə müvafiq lisenziyaya malik həyat sığortası şirkəti ilə, əsasən, işəgötürənlə əmək müqaviləsi əsasında işləyən şəxslər arasında bağlanır. İstənilən müəssisə, təşkilat və idarədə çalışan şəxs bu sığorta məhsuluna qoşula bilər və müqavilə əsasən, ikitərəfli (sığortaçı ilə sığortalı arasında) bağlanır. Sığortaolunan həyatın yaşam sığortası müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər yaşadığı (və ya müqavilədə nəzərdə tutulmuş yaşa çatdığı) təqdirdə, sığortaçıdan müqavilədə nəzərdə tutulmuş sığorta məbləği çərçivəsində sığorta ödənişi alır. Sığortaolunan həmin müddətdə vəfat etdiyi təqdirdə isə sığorta məbləği faydalanan şəxsə (yəni sığortaolunanın varisinə) ödənilir.
Həyatın ilmələri (film, 2021)
“Həyatın ilmələri” sənədli filmi Azərbaycan xalça sənətinin inkişafında, bu dəyərli irsin gələcək nəsillərə ötürülməsində müstəsna rolu olan Əməkdar mədəniyyət işçisi Zəhra Əliyevaya həsr olunmuşdur. == Məzmun == Qəhrəmanın həyat hekayəsi əsasında çəkilən filmdə qocaman sənətkar Zəhra Əliyevanın əvəzsiz təcrübəsi, yaradıcılıqla zəngin həyat yolu öz əksini tapıb. Burada həmçinin arxiv materiallarına istinadən Lətif Kərimov, Cəfər Muciri və Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında maraqlı xatirələr də yer alıb. Film Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm Studiyası" MMC-də istehsal olunmuşdur.
Həyatın mənası (film, 1979)
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. == 12 qayda == Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
Bir qadının həyatından iyirmi dörd saat (roman)
Bir qadının həyatından iyirmi dörd saat — Avstriya yazıçısı Stefan Sveyq 1927-ci ildə yazdığı romandır. 1931, 1944, 1952, 1968 və 2002-ci illərdə ekranlaşdırılıb. == Haqqında == "O, bir qadını bir gün ərzində izləyir, lakin o gün eyni zamanda onun həyatının ən parlaq və ən gözəl günüdür. O, bir axşam Monte-Karloda uğursuz polyak diplomatın az qala intihara səbəb olacaq ehtiyatsız qumar oyunu ilə heyran olan ingilis dul qadındır.
Dəmir yığanın həyatından bir epizod (film, 2013)
Dəmir yığanın həyatından bir epizod (bosn. Epizoda u životu berača željeza) ― 2013-cü il Bosniya istehsalı dram filmi, rejissor və ssenarist Danis Tanoviçdir. Film 63-cü Berlin Beynəlxalq Film Festivalı müsabiqəsində ilk dəfə göstərildi və orada "Münsiflər Qran Prisi"ni qazandı, Nazif Muyiç isə "Ən Yaxşı Aktyor" nominasiyasında "Gümüş Ayı"ya layiq görüldü. Film 2013 Toronto Beynəlxalq Film Festivalında "Müasir Dünya Kinosu" bölməsində nümayiş olunmuşdur. Film 86-cı Akademiya Mükafatlarında Ən Yaxşı Xarici Dildə Film nominasiyasında Bosniyanı təmsil etdi və qısa siyahıya düşdü. == Ssenari == Roma cəmiyyətindən olan ailə Bosniya və Herseqovinanın kənd yaşayış məntəqəsində yaşayır. Nazif köhnə avtomobillərdən metal yığır, onu metal qırıntıları satan şəxsə satır. Onun yoldaşı Senada onların iki kiçik qızını böyüdən ev xanımıdır. Bir gün o, kəskin mədə ağrısı hiss edir. Xəstəxanada bətnindəki uşağının öldüyü və septisemiyanın qarşısını almaq üçün təcili olaraq əməliyyat olunmalı olduğu bildirilir.
Fəhlə Həyatının Başlanğıcı (1979)
== Məzmun == Film Yeni Bakı Neftayırma Zavodunun gündəlik həyatından, burada işləyən əməkçilərin qayğılarından, gənc fəhlələrin əməyə alışmalarından və onların mənəvi tərbiyəsindən danışır. Ekranda əmək veteranlarının öz təcrübələrini gənc fəhlələrə necə öyrətmələri ilə, çilingər Yaşar Nəbiyev, "Peşəsinin ustası" müsabiqəsinin qalibi, laborant Tatyana Katkova, Sosialist Əməyi Qəhrəmanları, 42 saylı qurğunun rəisi Mirzə Baba Abutalıb oğlu, operator O.Savkina, gənclərin hamisi Y.Hüseynov və S.Əsədovla tanış oluruq. Kinokamera 19 saylı peşə-texniki məktəbdə dərs keçilməsini, neftayıranların ELOU AVT qurğusunda əmək növbəsində durmalarını da lentə almışdır. == Film haqqında == Film Azərbaycan Nazirlər Sovetinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: A.Nikolski Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Nazirlər Soveti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Fəhlə həyatının başlanğıcı (film, 1979)
== Məzmun == Film Yeni Bakı Neftayırma Zavodunun gündəlik həyatından, burada işləyən əməkçilərin qayğılarından, gənc fəhlələrin əməyə alışmalarından və onların mənəvi tərbiyəsindən danışır. Ekranda əmək veteranlarının öz təcrübələrini gənc fəhlələrə necə öyrətmələri ilə, çilingər Yaşar Nəbiyev, "Peşəsinin ustası" müsabiqəsinin qalibi, laborant Tatyana Katkova, Sosialist Əməyi Qəhrəmanları, 42 saylı qurğunun rəisi Mirzə Baba Abutalıb oğlu, operator O.Savkina, gənclərin hamisi Y.Hüseynov və S.Əsədovla tanış oluruq. Kinokamera 19 saylı peşə-texniki məktəbdə dərs keçilməsini, neftayıranların ELOU AVT qurğusunda əmək növbəsində durmalarını da lentə almışdır. == Film haqqında == Film Azərbaycan Nazirlər Sovetinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: A.Nikolski Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Nazirlər Soveti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Yetkinlik həyatının bacarıqları (film, 2016)
Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmidir. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir.Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejisor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir == Məzmun == Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər. Amma Anna hazırladığı bu videoları heç kimlə paylaşmır və heç kim bunların nə üçün hazırlandığını bilmir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.78 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 58.24
2003 •••••••••••••••• 46.06
2004 •••••••• 21.22
2005 ••••••••••• 31.71
2006 •••••••• 21.40
2007 •••••••• 22.83
2008 ••••••••• 25.82
2009 •••••••• 22.56
2010 ••••••• 20.33
2011 •••••••••• 26.34
2012 ••••••••• 25.56
2013 •••••••• 22.32
2014 ••••••••• 25.06
2015 •••••••••• 28.41
2016 ••••••••• 23.43
2017 •••••••• 20.81
2018 •••••••• 20.53
2019 ••••••••• 23.92
2020 ••••••••••• 31.83

"həyatın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həyatın nədir? #həyatın sözünün mənası #həyatın nə deməkdir? #həyatın sözünün izahı #həyatın sözünün yazılışı #həyatın necə yazılır? #həyatın sözünün düzgün yazılışı #həyatın leksik mənası #həyatın sözünün sinonimi #həyatın sözünün yaxın mənalı sözlər #həyatın sözünün əks mənası #həyatın sözünün etimologiyası #həyatın sözünün orfoqrafiyası #həyatın rusca #həyatın inglisça #həyatın fransızca #həyatın sözünün istifadəsi #sözlük