* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Utanılacaq hal, utanmağa səbəb olan şey, utanma. [Gülzar:] Allah, xəcalətimdən bibimin üzünə baxa bilmirəm. S.S.Axundov. İndi qonaqlardan çoxu sanki bir xəcalət hissi duyaraq, başını aşağı dikmişdi. Ə.Məmmədxanlı. // Xəcalətli. [Sənubər Pərşana:] Hamıdan çox sənin qarşında xəcalətəm, ana! B.Bayramov. □ Xəcalət çəkmək – çox utanmaq, çox sıxılmaq, həya etmək, ar etmək, utanıbqızarmaq. …Yazıq həkimin yanında çox xəcalət çəkdim… C.Məmmədquluzadə. Arvadlara gəldikdə, oğlan doğmadıqlarına görə hər ikisi özlərini müqəssir hesab edir və Məşədi Quludan xəcalət çəkirlərdi. T.Ş.Simurq. Nərgiz dərhal anasının qucağından sürüşüb yerə düşdü və bir az əvvəlki hərəkəti üçün indi xəcalət çəkdi. Ə.Məmmədxanlı. Xəcalət eləmək – utandırmaq, başıaşağı eləmək, rüsvay eləmək, xəcalət çəkməsinə səbəb olmaq. [Həsən xan:] Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? “Koroğlu”. [Qarı:] Üzü tökülmüş qız kişini Kəblə Qənbərin yanında xəcalət elədi. Çəmənzəminli. Nanəcib insanla olmasın aran; Səni xalq içində xəcalət eylər. Aşıq Şəmşir. Xəcalət olmaq – birinin yanında utanılacaq işi olmaq, xəcalətli olmaq, başıaşağı olmaq. Namus qədri bilib, nanı gözləyən; İnşaallah, heç yerdə xəcalət olmaz. Aşıq Ələsgər. Məzəmmət etməsin səni tay-tuşun; Olma dost yanında xəcalət, oğul! Aşıq Hüseyn. Xəcalət vermək – utandırmaq; utanmasına, sıxılmasına səbəb olmaq, pis vəziyyətdə qoymaq. [Mirzə Səməndər:] Lap, Hacı Əhməd, xəcalət verirsiniz. C.Cabbarlı. [Qədir:] Xəcalət verməyin, a bəy, kasıb evi olanda nə olar? Buyurun yuxarı başa. Mir Cəlal. Xəcalətindən çıxmaq – əvəzini vermək, qarşılıq olaraq bir şey verməklə və ya etməklə əvəzini çıxmaq. [Anası:] …Vallah, axund, daha bir şey tapa bilmədim. Allah qoysa, yenə xəcalətindən çıxarıq. B.Talıblı. [Hacı Ağakərim:] Başın ağrı çəkməsin. Sonra yenə səni görüb xəcalətindən çıxaram. S.Rəhman. 2. Xəcalətlə şəklində – utana-utana, sıxıla-sıxıla. Haşım çox xəcalətlə şəkərçörəyini çıxarıb arvadına verdi. B.Talıblı. [Böyük oğlan] xəcalətlə dedi: – Ata, əlim boşdur, üzüm qara; Su dərdinə yoxdur çara. M.Dilbazi. ◊ Xəcalətindən yerə girmək – bərk utanmaq, adam üzünə baxa bilməmək.
Azərbaycan dilinin izahlı lüğəti / xəcalət1 Ərəbcə xəcil sözünün cəmidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xəcalət1 həya — abır — ar — üzüqaralıq — rüsvayçılıq — biabırçılıq
Azərbaycan dilinin sinonimlər lüğəti / xəcalət2 сущ. 1. стыд, позор, срам (постыдное, унизительное для кого-л. положение в результате позорящего события, оскорбления, недостойного поступка, поведения и т.п.) 2. смущение, стеснение ◊ xəcalət vermək kimə заставить стыдиться, ставить в неловкое положение; xəcalət eləmək (etmək) kimi позорить, опозорить кого; xəcalət olmaq срамиться, посрамиться; xəcalət çəkmək стыдиться, постыдиться, чувствовать смущение; срамиться, посрамиться; xəcalətindən ölmək умереть со стыда; xəcalətindən yerə girmək быть готовым провалиться сквозь землю со стыда; mən sizin yerinizə xəcalət çəkirəm мне стыдно за вас; xəcalətindən çıxmaq kimin отблагодарить кого за оказанные услуги, за сделанное добро
Azərbaycanca-rusca lüğət / xəcalət1 i. shame; confusion, embarrassment; blush; ~ çəkməmək to lose* all sense of shame; ~dən ölmək to burn* / to flush / to blush with shame; ~ çəkmədən without ceremony; ~dən qızarmaq to blush with shame; ~ vermək to embarrass (d.), to confuse (d.); ~ çəkmək to be* confused / embarrassed; ~dən çıxmaq to show* one’s gratitude (i.), to return smb.’s kindness; Sən hərəkətlərindən xəcalət çəkməlisən You ought to be shamed for your action; Borçu çox olduğu üçün o xəcalət çəkirdi He / She was embarrassed by many debts
Azərbaycanca-ingiliscə lüğət / xəcalət1 is. honte f ; pudeur f ; ~ çəkirəm j’ai honte ; ~ çəkməmək n’avoir ni foi, ni loi ; ~ çəkmədən sans vergogne ; ~ vermək faire honte à qn
Azərbaycanca-fransızca lüğət / xəcalət1 [ər.] сущ. хажалат (1. регъуь жедай гьал, регъуь хьуниз себеб жедай затӀ, регъуь хьун; xəcalət çəkmək хажалат чӀугун, гьая авун, гзаф регъуь хьун, регъуьвиляй яру хьун, къекъифун; xəcalət eləmək хажалат авун, регъуь авун, кьил агъада ттун, русвагь авун, хажалат чӀугуниз себеб хьун; xəcalət olmaq хажалат хьун, садан патав хажалатлу хьун, кьил агъада хьун; xəcalət vermək хажалат гун, регъуь авун; регъуь хьуниз себеб хьун, кӀеве ттун; xəcalətindən çıxmaq хажалатдикай хкатун (хкечӀун), эвез вахгун, эвез хкечӀун (са шей вахгана ва я са хъсанвал хъувуна); 2. xəcalətlə нареч. хажалатлудаказ, регъуьла, регъуьз-регъуьз); ** xəcalətindən yerə girmək хажалатдикай чилерик фин, гзаф регъуь хьун, регъуьла кьин, инсанрин чиниз килигиз тахьун.
Azərbaycanca-ləzgicə lüğəti / xəcalət