xəcalətli sözü azərbaycan dilində

xəcalətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xəcalətli • 75.9259%
  • Xəcalətli • 20.3704%
  • XƏCALƏTLİ • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

xəcalətli sözünün leksik mənası və izahı

  • 1 sif. Birindən gördüyü yaxşılığın əvəzini çıxmadığı və ya verdiyi vədi yerinə yetirmədiyi, ya yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkən, utanan, özünü günahkar hiss edən; üzrxah. [Nəbi:] Mən sənin yanında xəcalətliyəm. S.Rüstəm. □ Xəcalətli etmək – utandırmaq, başıaşağı eləmək, üzüqara eləmək, qızartmaq. [Pərviz xan:] Ax, nə binamusluq, nə böyük biabırçılıq! … Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Ə.Haqverdiyev. Xəcalətli qalmaq – birinin yaxşılığının əvəzini çıxa bilmədiyi və ya verdiyi vədi yerinə yetirə bilmədiyi üçün onun qabağında xəcalət çəkmək, sıxılmaq, utanmaq, üzüqara olmaq. [Dostum:] Ova gəlmişdi. Kişidən xəcalətli qaldıq. M.Rzaquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / xəcalətli

xəcalətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 XƏCALƏTLİ (xəcalət çəkən) [Bənövşə xala:] Xəcalətli düşmənin olsun, qızım, sən də mənim balam (Ə.Qasımov); XƏCİL Gülsənəm: Çox sağ olun, yanınızda xəciləm (A.Şaiq); ŞƏRMƏNDƏ Molla İbrahimxəlil: ..zahirən sizdən şərməndə olacağam (M.F.Axundzadə); ŞƏRMSAR Bu otaqda əyləşən möhtərəm vücudun yanında mən Şərmsar olmuşam.. (C.Məmmədquluzadə); ÜZÜQARA Yarın özü qaradır; Qaşı-gözü qaradır; Yoxsul qonaq istəməz; Çünki üzüqaradır (Bayatı).

    Azərbaycan dilinin sinonimlər lüğəti / xəcalətli

xəcalətli sözünün rus dilinə tərcüməsi

  • 1 1. смущенный, сконфуженный, пристыженный; 2. обязанный кому-то за оказанное добро, заслугу;

    Azərbaycanca-rusca lüğət / xəcalətli
  • 2 прил. 1. пристыженный, смущённый, сконфуженный 2. чувствующий себя обязанным кому-л. за оказанное добро

    Azərbaycanca-rusca lüğət / xəcalətli

xəcalətli sözünün inglis dilinə tərcüməsi

xəcalətli sözünün fransız dilinə tərcüməsi

xəcalətli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. (садан патав) хажалатлу, регъуь тир, вичи-вич гунагькар яз гьисс ийизвай; xəcalətli etmək хажалатлу авун, регъуь авун, яру авун, кьил агъада ттун; xəcalətli qalmaq хажалатлу яз амукьун, садан вилик регъуь хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / xəcalətli

"xəcalətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xəcalətli nədir? #xəcalətli sözünün mənası #xəcalətli nə deməkdir? #xəcalətli sözünün izahı #xəcalətli sözünün yazılışı #xəcalətli necə yazılır? #xəcalətli sözünün düzgün yazılışı #xəcalətli leksik mənası #xəcalətli sözünün sinonimi #xəcalətli sözünün yaxın mənalı sözlər #xəcalətli sözünün əks mənası #xəcalətli sözünün etimologiyası #xəcalətli sözünün orfoqrafiyası #xəcalətli rusca #xəcalətli inglisça #xəcalətli fransızca #xəcalətli sözünün istifadəsi #sözlük