xələt sözü azərbaycan dilində

xələt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xələt • 91.7526%
  • Xələt • 5.1546%
  • XƏLƏT • 3.0928%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xələt
xələt : is.ər. Xələt — müxtəlif təyinatlı ola bilər: hamam xələti, cimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.80
2010 •••••••••••••••••••• 0.82

xələt sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bəxşiş, hədiyyə. Hərə bir cür xələt götürüb Eyvazı pişvaz elədilər. “Koroğlu”. [Hacı Mehdi:] Sənə də bir yaxşı xələt verərəm. Ə.Haqverdiyev. [Bəşir:] Sona xala, oğlunu yola gətirmişəm. De görüm, mənə nə xələt verəcəksən? S.S.Axundov. // Toy, nişan mərasimlərində verilən hədiyyə. Novruz bayramında qız üçün bayram xələti, novbar meyvə, yemiş alıb göndərərdilər. H.Sarabski. 2. bax xalat 2-ci mənada. Sonra üzün dörd nəfər hazırda olan pişxidmətlərə tutub dedi ki: – Xələti-şahanəni gətirin, qibleyialəmi geyindirin! M.F.Axundzadə. Ağ xələt bürünər, zərnişan geyməz; Heç kəsi dindirib keyfinə dəyməz. Aşıq Ələsgər. Bir azdan sonra dəhlizdə böyük lampalar yandı, Əbülfət Mirzə əynində tirmə xələt qapını açdı. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / xələt

xələt sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 hədiyyə — bəxşiş — sovqat — ənam

    Azərbaycan dilinin sinonimlər lüğəti / xələt
  • 2 1. XƏLƏT/XALAT [Qətibə] yata bilmədi, yatağından qalxıb xələtini üstünə saldı, otağın qabağındakı güllərin dibində oturdu (M.S.Ordubadi); CÜBBƏ (köhn.) Vəzir: Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? (M.F.Axundzadə); LƏBBADƏ (köhn.) Kamal istəyirdi ki, babası üçün təzə bir ləbbadə alsın (S.Vəliyev). 2. xələt bax hədiyyə

    Azərbaycan dilinin sinonimlər lüğəti / xələt

xələt sözünün rus dilinə tərcüməsi

  • 1 1. халат; 2. дар, подарок (подарок в виде одежды или материи на одежду);

    Azərbaycanca-rusca lüğət / xələt
  • 2 I сущ. 1. халат. Çit xələt ситцевый халат, ev xələti домашний халат, ağappaq xələt белоснежный халат, xələti çiyninə salmaq накинуть на плечи халат 2. устар. подарок (подаренная одежда или материал на одежду) II прил. халатный. Xələt ülküsü халатный покрой

    Azərbaycanca-rusca lüğət / xələt

xələt sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (evdə) dressing-gown; (çiməndən sonra geyinilən) bathrobe; 2. (şərqdə) oriental robe; 3. (fəhlələr üçün) overall; həkim ~i doctor’s smock; (cərrahlıqda) operating / surgical coat; 4. arx. (şərq ölkələrində) honourable dressing gown; 5. bax bəxşiş

    Azərbaycanca-ingiliscə lüğət / xələt

xələt sözünün fransız dilinə tərcüməsi

xələt sözünün ləzgi dilinə tərcüməsi

xələt sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Üst geyimi. (“Koroğlu” dastanının lüğəti) Bir xələt biçərəm Eyvaz boyundan, İncimərəm xasiyyəti-xoyundan, Kəsin tunculardan, qırın qoyundan, Yeyin, dəlilərim, keflər xoş olsun.                                     (“Koroğlunun Qars səfəri”) * Koroğlu hökm etdi, Bəlli Əhmədi həbsdən buraxdılar. Koroğlu Bəlli Əhmədi əzizləyib ona bahalı xələt bağışladı, məclisin yuxarı başında, öz yanında əyləşdirdi. (Paris nüsxəsi, 5-ci məclis) * Dolu-dolu badələrim içildi, Qəm xələti bu boynuma biçildi, Üç yüz atlı bu meydana seçildi, Yeri, İsabalım, durma bu yerdə!                                 (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd”) * Qırata xələt biçəndə, Üstündə badə içəndə, Şeşpər yalmandan keçəndə Sərxoş-sərxoş yerirmi ola?                                  (“Həmzənin Qıratı aparmağı”) Toy, nişan və s. mərasimlərdə verilən bəxşiş, hədiyyə; nəmər. (“Koroğlu” dastanının lüğəti) O qədər xələt, o qədər nəmər yığıldı ki, hədsiz, hesabsız. (“Eyvazın Çənlibelə gətirilməyi”) * Xələt üstündən yağırdı. Hərə öz qüvvəsinə görə ona bir cür xələt verirdi. (“Koroğlunun İstanbul səfəri”)

Azərbaycan dastanlarının leksikası

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

XƏL’ƏT ə. 1) hədiyyə olaraq bağışlanan bahalı paltar; 2) toyda və ya nişanda qız, yaxud oğlanın qohumlarına verilən hədiyyə; 3) mükafat, bəxşiş.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Tovuz) yas yerində yığılan pul. – Gedim, ölü yerində xələt yazdırıf gəlim II (Goranboy, Xanlar) üst köynəyi. – Xələtim kirrənif, gərəx’ yudurdam (Goranboy); – Xələti pencahın altdan geyillər (Xanlar)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"xələt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xələt nədir? #xələt sözünün mənası #xələt nə deməkdir? #xələt sözünün izahı #xələt sözünün yazılışı #xələt necə yazılır? #xələt sözünün düzgün yazılışı #xələt leksik mənası #xələt sözünün sinonimi #xələt sözünün yaxın mənalı sözlər #xələt sözünün əks mənası #xələt sözünün etimologiyası #xələt sözünün orfoqrafiyası #xələt rusca #xələt inglisça #xələt fransızca #xələt sözünün istifadəsi #sözlük