xələt-barat sözü azərbaycan dilində

xələt-barat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xələt-barat • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xələt
Xələt — adətən bütün bədəni örtən uzunqol və uzunətək geyim növü. Xələt müxtəlif təyinatlı ola bilər: hamam xələti, çimmək xələti, həkim xələti, xan xələti və s. Xələt bir çox şərq xalqları arasında milli geyim olmuşdur. Hamam xələti adətən, məhrəba cinsindən və ya digər absorbent tekstildən hazırlanır.
Barat Daya
Barat Daya (ind. Pulau Banyak) — Kiçik Zond adalarının şimal-şərq hissəsində yerləşən adalar qrupu. İnzibati baxımından İndoneziyanın Maluku vilayəti, Barat Daya dairəsi ərazisində yerləşir. == Coğrafiyası == Arxipelaqa 1 iri (Vetar (3,6 min km²) və bir neşə kiçik ada daxildir (Roma, Damar, Teun və Nila.). Ərazisi əsasən dağlıqdır. Maksimal hündürlük Vetar (1412 m) adasında yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində orta temperatur 25-27 ºС arasında dəyişir. Sıx meşələri savannalar əvəz edir. İl ərzində 2000 mm yağıntı düşür.
Barat Qaravəliyev
Barat Süleyman oğlu Qaravəliyev (1923, Dağ Kəsəmən, Qazax qəzası – 18 avqust 2009, Ağstafa) — Azərbaycanlı ictimai-siyasi və dövlət xadimi. == Həyatı == Barat Qaravəliyev 1923-cü ildə indiki Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. 1930-cu ildə kənddəki yeddillik məktəbə daxil olub. 1939-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib Dağ Kəsəmən kəndində müəllim təyin edilib. 1942-ci ilə kimi Əli Bayramli və Tərtər rayonlarında İcraiyyə Komitəsinin sədri olub. 1942–1945-ci illərdə Ukrayna, Belarus, Latviya, Litvada Sovet ordusu tərkibində alman faşistlərinə qarşı vuruşub. "Şöhrət", "I dərəcəli Vətən müharibəsi", "III dərəcəli Şərəf nişanı", "Qırmızı Ulduz" ordenləri və 12 medalla təltif olunub. Müharibədən sonra bir müddət Dağ Kəsəmən kəndində pedaqoji fəaliyyət göstərib. 1952-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirir. O vaxt yaradılmış Gəncə vilayətində hələ təhsilini qurtarmamış təlimatçı təyin olunub.
Barat Quliyev
Barat Vüsal
Barat Vüsal — Azərbaycanlı şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. == Həyatı == Barat Vüsal 1951-ci ildə Qazax rayonunun Kosalar kəndində doğulub. Orta təhsilini burada almışdır. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini bitirmişdir. 1968-ci ildə “Sarı sünbül” adlı ilk şeirini yazmışdır. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü oldu. Şair 1993-cü ildən AYB-nin Qazax bölməsinə rəhbərlik edir. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, Yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi” və “Kufə əhli” kitablarının müəllifidir. 1998-ci ildə Xəlil Rza Ulutürk, 2008-ci ildə Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb.
Barat Şəkinskaya
Barat Həbib qızı Şəkinskaya (15 (28) iyun 1914, Şuşa – 14 yanvar 1999, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1949). == Həyatı == Barat Həbib xan qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan, 1920-ci il, aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən "Şəbih" tamaşasında Səkinə rolunda iştirak edib.O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı, birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.) 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb. Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. == Həyatı == Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. == Təhsili == 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
Barat bulağı
Barat bulağı — Füzuli rayonunun Yağlıvənd kəndində bulaq. == Haqqında == Barat bulağı kəndin Çökək məhəlləsinin yaxınlığında yerləşir. Bulağın XX əsrin 70-ci illərində Yağlıvənd kənd sakini Barat Sifahanov aşkar etdiyi üçün kənd sakinləri tərəfindən bulağa onun adı verilmişdir. Bulaqdan ildə bir neçə ay istifadə etmək mümkün olub. Buna səbəb Yağlıvənd gölünün şişərək bulaq olan ərazini tutmasıdır. 1993-cü ilin 15 avqust tarixində Yağlıvənd kəndi işğal edildikdən sonra bulaq baxımsız qalıb. Nəticədə bulağın suyu quruyub, özü isə baxımsız vəziyyətə düşərək gözü tutulub.
Barat Quliyev (şəhid)
Barat Quliyev (əsgər)

xələt-barat sözünün leksik mənası və izahı

  • 1 top. [ər.] Bağışlanan şey, pul və s.; bəxşeyiş, hədiyyə. On səkkiz gün toyda qalandan sonra aşıq xələt-baratını da götürüb, yola düşdü. Aşıq Ələsgər. [Vaqif Kazıma:] Nahaq yerə xanın keyfi tutulanda imarətə gəlmirsən. Bilirsən, bol xələt-barat alarsan. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / xələt-barat

xələt-barat sözünün rus dilinə tərcüməsi

xələt-barat sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#xələt-barat nədir? #xələt-barat sözünün mənası #xələt-barat nə deməkdir? #xələt-barat sözünün izahı #xələt-barat sözünün yazılışı #xələt-barat necə yazılır? #xələt-barat sözünün düzgün yazılışı #xələt-barat leksik mənası #xələt-barat sözünün sinonimi #xələt-barat sözünün yaxın mənalı sözlər #xələt-barat sözünün əks mənası #xələt-barat sözünün etimologiyası #xələt-barat sözünün orfoqrafiyası #xələt-barat rusca #xələt-barat inglisça #xələt-barat fransızca #xələt-barat sözünün istifadəsi #sözlük