* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Odlu silahlardan ötrü patron, mərmi hazırlamaq üçün partlayıcı maddə. Tüstüsüz barıt. Ağ barıt. Barıt tüstüsü. Barıt iyi. ◊ Barıt qoxusu gəlir məc. – müharibə gözlənilir. Barıt kimi açılmaq (partlamaq) – dərhal hirslənmək, özündən çıxmaq, qışqırmaq, bağırmaq. Hacı bu sözləri dedikdən sonra xeyli dinmədi, birdən barıt kimi partladı. M.S.Ordubadi. [Pirqulu:] Əşi, nə oldu sənə, yenə barıt kimi partladın? C.Cabbarlı. Aslan birdən barıt kimi açıldı. S.Rəhimov. Barıtı quru saxlamaq məc. – müharibəyə, müdafiəyə həmişə hazır olmaq. Biratımlıq barıtı varmış – hünəri, bacarığı çatmayan, tez coşub tez də soyuyan, yaxud hirsi, acığı tez soyuyan, tez yumşalan adam haqqında. Burnuna barıt iyi dəyməmiş – təcrübəsiz; müharibə, döyüş görməmiş adam haqqında.
Azərbaycan dilinin izahlı lüğəti / barıt1 Barod forması da mövcud olub. Görünür, “od” (yanmaq) anlamı ilə bağlıdır. “Od saçan” deməkdir. Ehtimal ki, bar hissəsi “elektrik” mənasında işlədilən bərq kəlməsinin təhrif edilmiş formasıdır; birinci komponent ərəb, od isə türk mənşəlidir, sinonimlər birləşməsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / barıt2 I сущ. порох. Tüstüsüz barıt бездымный порох, barıt iyi запах пороха II прил. пороховой. Barıt anbarı пороховой склад, barıt yeşiyi пороховой ящик ◊ barıt qoxusu gəlir пахнет порохом (близится война); barıtı quru saxlamaq держать порох сухим; barıt kimi partlamaq вспыхнуть (взорваться) как порох; burnuna barıt iyi dəyməyib необстрелянный, неопытный, не нюхал пороху; biratımlıq barıtı olmaq иметь пороху на один заряд (иметь силы только для начала какой-л. работы); barıtı çatmır kimin пороху не хватает у кого; barıt çəlləyi пороховая бочка (о потенциальном очаге войны или о чём-л. грозящем бедой, катастрофой)
Azərbaycanca-rusca lüğət / barıt1 I. i. powder; qara ~ gunpowder; tüstüsüz ~ smokeless powder; ◊ bir atımlıq ~ı olmaq to have* one supply of gunpowder II. s. (gun) powder; ~ zavodu gunpowder works; powder-mill; ~ anbarı powdermagazine, powder-room
Azərbaycanca-ingiliscə lüğət / barıt1 is. poudre f ; ~ anbarı poudrerie f ; magasin m a poudre ◊ bundan ~ qoxusu gəlir ça sent la poudre ◊ onun burnuna ~ iyi dəyməyib il est sans expyrience (il est inexpyrimenty)
Azərbaycanca-fransızca lüğət / barıt