qəflət sözü azərbaycan dilində

qəflət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qəflət • 81.7518%
  • Qəflət • 15.3285%
  • QƏFLƏT • 2.9197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2007 •••••• 0.21
2008 ••••••• 0.24
2009 ••••••••••••• 0.48
2010 •••••••••• 0.36
2011 •••••••••••••• 0.51
2012 ••••••••••• 0.43
2013 •••••••• 0.29
2015 ••••• 0.17
2018 •••••••• 0.30
2019 •••• 0.14

qəflət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Qafillik, xəbərsizlik. Qılma bizi qəflət ilə mədhuş; Həmsöhbətin eyləmə fəramuş. Füzuli. [Ziba xanım:] Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür. M.F.Axundzadə. Bülbül, keçirtmə bağda qəflətdə ömrünü. S.Ə.Şirvani. □ Qəflətdə olmaq – xəbərsiz olmaq, bilməmək. Həqiqətdə də mən öz səmimi dostlarım haqqında qəflətdə olmuşam. M.S.Ordubadi. 2. Cəhalət, avamlıq. □ Qəflətdə saxlamaq – qəsdən ayılmağa, başa düşməyə qoymamaq, cəhalətdə saxlamaq. 3. Diqqətsizlik, qeydsizlik, huşsuzluq, səhlənkarlıq. □ Qəflət eləmək (etmək) – diqqətsizlik, qeydsizlik göstərmək; unutmaq, nəzərdən qaçırmaq; səhlənkarlıq etmək. [Ağa Kərim:] Ağa Mərdan hər nə istəsə, ona yol tapar; onun müqabilində gərək qəflət eləməmək. M.F.Axundzadə. ◊ Qəflət yuxusu – ətrafında baş verən hadisələrdən tam xəbərsizlik. Vaiz sözünə tutma qulaq, qafil olma, kim; Qəflət yuxusunun səbəbi ol fəsanədir. Füzuli. …Qadından təsadüfi öyrəndiyi əhvalat Xəlili sanki qəflət yuxusundan oyatdı. M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / qəflət

qəflət sözünün etimologiyası

qəflət sözünün sinonimləri (yaxın mənalı sözlər)

qəflət sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QƏFLƏT – MƏDƏNİYYƏT Vay sənin halına, vay sənin halına ki, qəflət gözünü örtübdür (M.F.Axundzadə); Mədəniyyət xalqın gözünü açır, onun inkişafına təkan verir.

    Azərbaycan dilinin antonimlər lüğəti / qəflət

qəflət sözünün rus dilinə tərcüməsi

  • 1 1. неведение, неосведомленность; 2. невежество, темнота; 3. невнимательность, нерадивость, беспечность, небрежность, оплошность; 4. перен. спячка;

    Azərbaycanca-rusca lüğət / qəflət
  • 2 сущ. 1. неведение, неосведомлённость 2. невежество, необразованность 3. невнимательность, нерадивость, беспечность ◊ qəflətdə olmaq быть в неведении, быть в стороне от событий; qəflətdə saxlamaq kimi держать в неведении кого; qəflətdə yatmaq быть в неведении; qəflət yuxusu полное неведение; qəflət yuxusuna getmək быть, находиться в полном неведении; qəflət yuxusundan ayılmaq просыпаться, проснуться; открыть глаза на мир

    Azərbaycanca-rusca lüğət / qəflət

qəflət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. ignorance, lack of information; ◊ ~də olmaq to be* ignorant (of), to be* in ignorance (of), to be* unaware (of); ◊ ~də saxlamaq to keep* in ignorance II. s. ◊ ~ yuxusu ignorance, somnolence; ◊ ~ yuxusundan oyanmaq to open one’s eyes to the world; ◊ bir kəsi ~ yuxusundan oyatmaq to open smb.’s eyes to the world

    Azərbaycanca-ingiliscə lüğət / qəflət

qəflət sözünün fransız dilinə tərcüməsi

qəflət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гъафилвал, хабарсузвал; 2. авамвал, буьндуьгуьрвал; // qəflətdə saxlamaq авамвиле хуьн; ксурун (пер.); 3. дикъетсузвал, къайгъусузвал, чалкечирвал, япалагъун; qəflət eləmək (etmək) дикъетсузвал авун; фикир тагун, рикӀелай алудун; яб тагун; ** qəflət yuxusu пер. ксун, хабарсузвал, дуьньядикай хабарсуз хьунухь.

    Azərbaycanca-ləzgicə lüğəti / qəflət

qəflət sözünün türk dilinə tərcüməsi

qəflət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. qafillik, xəbərsizlik, qafil olma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

xəbərsizlik, qafillik.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"qəflət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qəflət nədir? #qəflət sözünün mənası #qəflət nə deməkdir? #qəflət sözünün izahı #qəflət sözünün yazılışı #qəflət necə yazılır? #qəflət sözünün düzgün yazılışı #qəflət leksik mənası #qəflət sözünün sinonimi #qəflət sözünün yaxın mənalı sözlər #qəflət sözünün əks mənası #qəflət sözünün etimologiyası #qəflət sözünün orfoqrafiyası #qəflət rusca #qəflət inglisça #qəflət fransızca #qəflət sözünün istifadəsi #sözlük