piyalə sözü azərbaycan dilində

piyalə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • piyalə • 96.2025%
  • Piyalə • 2.5316%
  • PİYALƏ • 1.2658%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Piyalə Paşa
Piyalə Paşa(d. 1515 - ö. 1578) — Qanuni Sultan Süleyman dövründə 14 il kapitanı dərya vəzifəsində olmuş və mühüm qələbələr qazanmış bir Osmanlı dövlət xadimi və dənizçisidir. == Həyatı == Əslən xarvatdı. Atası sonradan müsəlman olaraq Əbdürrəhman adını almışdır. Mohaç müharibəsindən sonra Macarıstandan yığılan bir uşaq kimi kiçik yaşlarda Endurana gətirilib burada təhsil almışdır. 1547-ci ildə qapıçıbaşı olaraq saraydan çıxmışdır. Sonra Gelibolu bəylərbəyi olmuşdur. 1553-cü ildə aldığı bəylərbəylik ilə kapitanı dərya adı verilmiş və kapitanı dərya adını 1567-ci ilə qədər saxlamışdır. 1555-ci ilin yazında əmrində olan 60 gəmidən ibarət donanma ilə və Turqut Rəislə birlikdə Fransaya yardıma göndərilib.
Piyalə Paşa məscidi
Piyalə Paşa məscidi (osm. پیاله پاشا جامع Piyale Paşa Camii) və ya Tərsanə məscidi — Türkiyədə, İstanbul şəhərinin Bəyoğlu ilçəsinin Kasımpaşa məhəlləsində yerləşən XVI əsrə aid Osmanlı məscidi. == Tarix == Piyalə Paşa məscidi Osmanlı imperatoru memar Mimar Sinan tərəfindən vəzir və böyük admiral Piyalə Mehmed Paşa üçün dizayn edilmişdir. Məscid 1565-1573 -cü illərdə tikilmişdir. == Memarlıq == Böyük bir mərkəzi günbəzə malik olan Sinan tərəfindən hazırlanmış digər məscidlərdən fərqli olaraq, Piyalə Paşa məscidi hər birinin diametri təxminən 9 metr (30 ft) olan, üç sırada düzülmüş altı eyni günbəz ilə inşa edilmişdir. Məscid Vasat Atik Əli Paşa məscidi ilə birlikdə İstanbuldakı iki çoxqübbəli məsciddən biridir. Qübbələr namaz qılınan yerin mərkəzindəki bir cüt nazik qranit sütunla dəstəklənir. Minarə qiblənin əksi istiqamətindəki divarın ortasında yerləşir. Minarə 19-cu əsrin ortalarında yenidən qurulmuşdur. Məscidin üç daxili divarı üzərində kobalt-mavi fon üzərində yazılmış ağ süls skriptində yazılar olan bir sıra İznik saxsısı ilə örtülmüşdür.
Piyalə və ox
Piyalə və ox — Novruz bayramı ve digər el şənliklərində təşkil edilmiş atüstü oyun. == Oyun haqqında == Orta əsrlərdə geniş yayılmış bu oyun klassik ədəbiyyatımızın nümunələrindən də bəllidir. Melumata görə, oyunda bir neçə nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin başına içi sikkə ile dolu piyalə qoyulur. Süvarilər hər dəfə çaparaq dirəyin yanından keçərkən, eyni yerdə yana çevrilib ox atırdılar. Oxlar qıjıltı ile piyalənin yanından ötüb-keçir. Serrast nişan alıb bu qiymətli mükafatı vurub salan qalıb sayılır ve piyalədən tökülən sikkələr ona çatır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2006 •••••••••••••• 0.45
2009 ••••• 0.16
2010 •••••• 0.18
2011 •••••• 0.17
2016 •••••• 0.17
2017 ••••• 0.16

piyalə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Ağzı gen, dibi dar balaca içki qabı; qədəh. Su piyaləsi. – [Pəri Cadu:] Doldur piyaləni, anadan olandan indiyə kimi mən belə kefi görməmişəm. Ə.Haqverdiyev. Hamı bir ağızdan “urra” deyib piyalələri qaldırdılar. Ə.Vəliyev. // Həmin qabın çay içmək üçün olan növü. Piyaləyə çay tökmək. // Müxtəlif obrazlı təşbehlərdə. Sözləri qənd, ağızları piyalə; Şəkər əzmiş dilə, dodağa qızlar. M.P.Vaqif. Qaşının tağında piyalə gözlər; Yeni ay qoynunda ulduza bənzər. A.Şaiq.

    Azərbaycan dilinin izahlı lüğəti / piyalə

piyalə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 PİYALƏ Allahqulu piyaləni dodaqlarına yaxınlaşdırıb, bir qurtum aldı, həyəcan keçirən adam kimi, bir az düşünüb sözünə davam etdi (Çəmənzəminli); AYAQ (kl.əd.) Ta girib meyxanə içrə başıma çəkdin ayaq (S.Ə.Şirvani); BADƏ (məc.) Muxtar arvadının sağlığına neçə badə qaldıra bilər? (B.Bayramov); BAKAL [Camal:] Dostumuza bir bakal, bir də boşqab! (Y.Şirvan); CAM Dur saqi, ayağa, ver dolu cam; Bu səy ilə hasil olmadı kam (A.Şaiq); QƏDƏH Qonaqlar öz qədəhlərini Həmidin qədəhlərinə vurdular (B.Bayramov); PEYMANƏ (kl.əd.) Sındırma qəlbimi peymanə kimi (M.Rahim).

    Azərbaycan dilinin sinonimlər lüğəti / piyalə

piyalə sözünün rus dilinə tərcüməsi

  • 1 1. кубок, фиал; 2. чашечка, пиала, чарка;

    Azərbaycanca-rusca lüğət / piyalə
  • 2 сущ. 1. пиала (сосуд для питья в виде круглой расширяющейся кверху чашки без ручки). Piyaləyə çay süzmək налить чай в пиалу 2. чаша, чара (пиршественный сосуд для вина). Qızıl piyalə золотая чаша, büllur piyalə хрустальная чаша, mey piyaləsi чаша вина

    Azərbaycanca-rusca lüğət / piyalə

piyalə sözünün inglis dilinə tərcüməsi

piyalə sözünün fransız dilinə tərcüməsi

piyalə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. пияла, рюмка; гъвечӀи жем, сукӀра, фенжан (сив гьяркьуь, кӀан гуьтӀуь, чехир, чай, яд хъвадай гъвечӀи къаб).

    Azərbaycanca-ləzgicə lüğəti / piyalə

piyalə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. qədəh, badə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ağzı gen, dibi dar, balaca içki qabı; qədəh.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"piyalə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#piyalə nədir? #piyalə sözünün mənası #piyalə nə deməkdir? #piyalə sözünün izahı #piyalə sözünün yazılışı #piyalə necə yazılır? #piyalə sözünün düzgün yazılışı #piyalə leksik mənası #piyalə sözünün sinonimi #piyalə sözünün yaxın mənalı sözlər #piyalə sözünün əks mənası #piyalə sözünün etimologiyası #piyalə sözünün orfoqrafiyası #piyalə rusca #piyalə inglisça #piyalə fransızca #piyalə sözünün istifadəsi #sözlük