ziyalı sözü azərbaycan dilində

ziyalı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ziyalı • 94.3900%
  • Ziyalı • 5.1944%
  • ZİYALI • 0.4156%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziyalı
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.
Ziyalı Məclisi
Ziyalı Məclisi — mədəni-maarif cəmiyyəti. == Tarixi == 1882-ci ildə Naxçıvan şəhərində yazıçı-publisist Eynəli Sultanov tərəfindən yaradılmışdır. XIX əsrin 90-ci illərinədək fəaliyyət göstərən məclis Naxçıvanda maarifçilik hərəkatının əsas ideya-əməl mərkəzi idi. === Əsas məqsəd === Əsas məqsədi Naxçıvanın gənc ziyalı qüvvələrini məktəb,maarif və mədəniyyətin inkişafına cəlb etmək idi. Məclis üzvləri mövhumat və cəhalət əleyhinə açıq mübarizə aparırdılar. Ziyalı Məclisində bədii əsərlərin,teatr tamaşalarının müzakirəsi də keçirilirdi. Məclisin üzvləri Naxçıvan teatrının yaradıcıları hesab olunurlar. === Üzvləri === Cəlil Məmmədquluzadə, Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Əliməmməd, Məhəmmədqulu bəy Kəngərli, Məhəmmədhüseyn və Sadiq Xəlilovlar,Əbülqasım Sultanov və başqaları məclisin üzvləri idilər. == Xarici keçidlər == Yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun 150 illik yubileyi qeyd olunub == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı.
Azərbaycan Ziyalılar Forumu
Azərbaycan Ziyalılar Forumu — Azərbaycanda ictimai təşkilat. == Tarixi == Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılmışdır. Forumun əsas yaradıcıları yazıçı Rüstəm İbrahimbəyov, şair Ramiz Rövşən, alimlər Cəmil Həsənli, Rafiq Əliyev, politoloq Eldar Namazovdur. == Məqsədi == Azərbaycan Ziyalılar Forumunun əsas məqsədi Azərbaycanda ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. == Məşvərət Məclisi == Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqandır. Bu orqan 27 iyun 2012-ci ildə yaradılmışdır. === Məşvərət Məclisinin tərkibi === Rüstəm İbrahimbəyov Ramiz Rövşən Cəmil Həsənli Rafiq Əliyev Eldar Namazov Gültəkin Hacıbəyli Çingiz Hüseynov Cavanşir Quliyev Musa Yaqub Eldəniz Quliyev Elçin Şıxlı Arif Əliyev Mehman Əliyev Qulu Məhərrəmli Ramiz Abutalıbov Arzu Abdullayeva Zəfər Quliyev Erkin Qədirli == Mənbə == YAP-çı deputat: "Özünü Ziyalılar Forumu adlandıran qurumda ziyalı yoxdur". mediaforum.az 28.12.2011 Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine (az.) == İstinadlar == == Xarici keçidlər == Cəmil Həsənli Ziyalılar Forumu barədə.
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı
Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı. == Yaradılması == 1919-cu il fevralın 15-də gənc Azərbaycan dövlətini möhkəmləndirmək üçün hökumətə yardım etməkdən ötrü ziyalıları birləşdirmək məqsədilə yaradılmışdı. Mehdi bəy Hacıbababəyovım sədrliyi ilə keçirilən təsis iclasında ittifaqın nizamnaməsi qəbul edilmiş, 12 üzvdən və 6 namizəddən ibarət şura seçilmişdi. 1919-cu il fevralın 17-də şura ittifaqın gələcək fəaliyyətinə həsr olunmuş ilk iclasını keçirdi. İclasda doktor Əli Seyidovun sədrliyi ilə şuranın rəyasət heyəti seçildi və texniki, maliyyə-iqtisadi, tibbi-sanitar, təsərrüfat, mətbuat komissiyaları yaradıldı. == Fəaliyyəti == Ziyalılar ittifaqı dövrün bütün demokratik təşkilatları ilə əl-ələ verərək Azərbaycanın müstəqilliyinə təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizədə hökuməti qızğın müdafiə edirdi. İttifaqın iclaslarında ölkə həyatının mühüm məsələləri müzakirə olunurdu. Müzakirələrdə müxtəlif partiyaların təmsilçiləri, həmçinin Türkiyə, İran, Krım və Türküstandan gələn nümayəndələr də çıxış edirdilər.
Ziyalılar
Ziyalı və yaxud intelligensiya (lat. intelligentia - dərketmə, anlama, bilik) — cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı ilk dəfə olaraq 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Bielinski, Almaniyada Karl Kautski, Karl Marks, Huqo Ball və Adolf Hitler tərəfindən bütün savadlı təbəqənin vəhdəti kimi işlədilmişdir. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilmiş və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılmışdır. O Qərbdə işlədilən intellektual anlayışı ilə çox yaxındır. Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edir. Ziyalılar onun zənnicə cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və profosional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxili olduğu sosial təbəqəyə deyilirdi. Nikolay Berdyayev sonralar bu anlayışı genişləndirərərk, ictimai həyatda aktiv iştirak edən, cəmiyyətin təhsili olmayan təbəqəsini də buraya daxil edir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. Ziyalı məfhumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.32 dəfə / 1 mln.
2002 •••••••••• 30.84
2003 •••••••••••••••••••• 62.20
2004 ••• 7.75
2005 •••• 10.80
2006 •••• 10.14
2007 ••••• 12.90
2008 •••• 10.48
2009 •••• 10.56
2010 •••• 11.80
2011 •••• 11.32
2012 •••• 11.19
2013 •••• 10.79
2014 ••• 8.07
2015 ••• 6.80
2016 •• 5.73
2017 •• 5.37
2018 ••• 8.99
2019 •••• 10.57
2020 ••••• 13.66

ziyalı sözünün leksik mənası və izahı

  • 1 1. is. Elm, texnika, mədəniyyət sahəsində təhsilə və xüsusi biliyə malik olan və əqli əməklə məşğul olan adam. Hər kəndin özünə görə ziyalıları var… Ə.Sadıq. Heç zaman ziyalı sayıla bilməz; Özgənin dərdini yaşamayan kəs. B.Vahabzadə. // Ümumiyyətlə, oxumuş, mədəni, savadlı adam. // Sif. mənasında. Ziyalı təbəqələr. Ziyalı qadınlar. – [Rəcəb:] Naçalnik müavini dedi ki, axı siz ziyalı cavanlarsınız. Qantəmir. 2. sif. Açıq, aydın, nurlu, işıqlı. Mənim bağım, baharım! Fikri ziyalı, oğlum. M.Ə.Sabir.

    Azərbaycan dilinin izahlı lüğəti / ziyalı

ziyalı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 açıq — aydın — nurlu — işıqlı

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziyalı
  • 3 1. ZİYALI (elm, texnika, mədəniyyət sahəsində təhsilə, xüsusi biliyə malik olan adam) Gördü fikir verən yox əsla onun sözünə; Dedi: “Bunlar xalq deyil, beş-altı ziyalıdır..” (M.Rahim); ƏHLİ-ÜRFAN (kl.əd.) Uş Xətayi, sözlərindən əhli-ürfan utanır; Cahilü nadan rəşbü namüsəlman mənfeil (Xətayi); MÜNƏVVƏR (köhn.) Bu dil münəvvər bir adamın düşüncələrini ifadə etmədən acizdir (Çəmənzəminli); ELMLİ (bax), SAVADLI (bax). 2. ziyalı bax işıqlı

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziyalı

ziyalı sözünün rus dilinə tərcüməsi

  • 1 1. интеллигент; 2. интеллигентный, просвещенный;

    Azərbaycanca-rusca lüğət / ziyalı
  • 2 I сущ. интеллигент, интеллигентка II прил. 1. интеллигентный: 1) умственно развитый; образованный, культурный. Ziyalı ailə интеллигентная семья 2) свойственный, присущий интеллигенту. Ziyalı görkəmi интеллигентный вид 2. интеллигентский. Ziyalı nəzakəti интеллигентская деликатность

    Azərbaycanca-rusca lüğət / ziyalı

ziyalı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. intellectual, educated man*; ~lar intellectuals, intelligentsia, intelligentzia, educated men / people II. s. 1. (işıqlı) light; (nur saçan) radiant, shining; 2. (aydın, açıq) lucid, bright, clear; Mənim fikri ziyalı oğlum My lucid-minded son; 3. (maariflənmiş) enlightened, illumined, educated, intellectual, informed

    Azərbaycanca-ingiliscə lüğət / ziyalı

ziyalı sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. intellectuel m, -le f ; ~lar intellectuels m pl, intelligentsia f (parfois péj.) ; 2) sif. intellectuel, -le ; intelligent, -e ; ~ ailəsi famille f intellectuelle ; ~ həyatı vie f intellectuelle

    Azərbaycanca-fransızca lüğət / ziyalı

ziyalı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 зиялу (1. сущ., прил. кӀелай, савадлу, медени, кьетӀен чирвилер авай, акьулдин зегьметдалди (кӀелуникай менфят къачуна) кӀвалахзавай (кас); 2. прил. ахъа, ачух, экуь, нурлу).

    Azərbaycanca-ləzgicə lüğəti / ziyalı

ziyalı sözünün türk dilinə tərcüməsi

"ziyalı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ziyalı nədir? #ziyalı sözünün mənası #ziyalı nə deməkdir? #ziyalı sözünün izahı #ziyalı sözünün yazılışı #ziyalı necə yazılır? #ziyalı sözünün düzgün yazılışı #ziyalı leksik mənası #ziyalı sözünün sinonimi #ziyalı sözünün yaxın mənalı sözlər #ziyalı sözünün əks mənası #ziyalı sözünün etimologiyası #ziyalı sözünün orfoqrafiyası #ziyalı rusca #ziyalı inglisça #ziyalı fransızca #ziyalı sözünün istifadəsi #sözlük