ziyanlıq sözü azərbaycan dilində

ziyanlıq

Yazılış

  • ziyanlıq • 84.6154%
  • Ziyanlıq • 11.5385%
  • ZİYANLIQ • 3.8462%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziyanlıq
Ziyanlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Ziyanlıq adətinin formaları == Azərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2010 ••••••••••• 0.09
2013 •••••••••••••••••• 0.15
2015 •••••••••••••••••••• 0.17

ziyanlıq sözünün leksik mənası və izahı

  • 1 is. Zərər, itki, tələfat, xəsarət, zərər. Zəf eylədi aciz məni, qaldım əməlimdən; Çəkdim nə ziyanlıq. M.Ə.Sabir. [Qurbanəli:] …O ki qaldı qoyuna, keçiyə, onlardan da bir balaca ziyanlıq olub. N.Vəzirov. [Həsən:] Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam. Ziyanlığın hamısını [Həzrətqulunun] gözündən soyacağam. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / ziyanlıq

ziyanlıq sözünün sinonimləri (yaxın mənalı sözlər)

ziyanlıq sözünün antonimləri (əks mənalı sözlər)

ziyanlıq sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. вред. Ziyanlıq eləmək причинить вред 2. вредность 3. ущерб, убыток. Ziyanlıq vurmaq нанести ущерб, ziyanlıq çəkmək понести убытки 4. истор. в Азербайджане до 1920 года: товарищество бедных крестьян, основанное на взаимопомощи

    Azərbaycanca-rusca lüğət / ziyanlıq

ziyanlıq sözünün inglis dilinə tərcüməsi

ziyanlıq sözünün fransız dilinə tərcüməsi

ziyanlıq sözünün ləzgi dilinə tərcüməsi

"ziyanlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ziyanlıq nədir? #ziyanlıq sözünün mənası #ziyanlıq nə deməkdir? #ziyanlıq sözünün izahı #ziyanlıq sözünün yazılışı #ziyanlıq necə yazılır? #ziyanlıq sözünün düzgün yazılışı #ziyanlıq leksik mənası #ziyanlıq sözünün sinonimi #ziyanlıq sözünün yaxın mənalı sözlər #ziyanlıq sözünün əks mənası #ziyanlıq sözünün etimologiyası #ziyanlıq sözünün orfoqrafiyası #ziyanlıq rusca #ziyanlıq inglisça #ziyanlıq fransızca #ziyanlıq sözünün istifadəsi #sözlük